Azərbaycanın qlobal iqtisadi inteqrasiyası prosesində xarici təcrübənin rolu
XXI əsrin astanasında Azərbaycan Respublikasının müstəqil inkişaf yoluna qədəm qoyması ölkəmizin gələcək sosial-iqtisadi təkamülündə dönüş nöqtəsi oldu və bu təkamül prosesində taleyüklü dəyişikliklərin meydana gəlib genişlənməsi üçün zəmin yaratdı. Dünyada gedən irimiqyaslı qloballaşma prosesi, iqtisadi həyatın getdikcə daha çox beynəlmiləlləşməsi bu və ya digər ölkənin ictimai inkışafında xarici amillərin rolunun sürətlə artmasına səbəb olmuşdur. Hazırkı şəraitdə ölkələrin zənginliyi onların təbii sərvətlərinin bolluğu ilə deyil, bu sərvətlərdən beynəlxalq əmək bölgüsünün üstünlükləri nəzərə alınmaqla, bacarıqla istifadə edilməsindən əhəmiyyətli dərəcədə asılıdır.
70 il ərzində Azərbaycanı SSRİ xalq təsərrüfat kompleksinə bağlayan siyasi və iqtisadi dayaqların ləğvi ölkəmizin şimala yönəlmiş birtərəfli iqtisadi əlaqələrınə son qoymuş, bu əlaqələrin istər iqtisadi-coğrafi, istərsə də məzmun baxımından yeni istıqamət və mahiyyət kəsb etməsinə imkan vermişdir. Mübaliğəsiz demək mümkündür ki, inkişaf etmiş və mürəkkəb dünya bazarı ilə iqtisadi inteqrasıyasının və qarşılıqlı təsərrüfat əlaqələrinin formalaşan yeni mexanizmi respublikamızın gələcək inkişaf perspektivini müəyyən edən başlıca amillərdəndir. Ona görə də ölkəmizin beynəlxalq iqtisadi inteqrasiyasının strateji istiqamətləri mövcud dünya təcrübəsi nəzərə alınmaqla müəyyənləşdirilməli və bu sahədə ciddi dövlət tənzimlənməsi həyata keçirilməli, iqtisadi proseslərə məqsədyönlü istiqamət verilməlidir.
Dünya bazarına nəzarət edən nəhəng transmilli şirkətlər (TMŞ) şəbəkəsınə qoşulma yolları ümumdünya iqtisad tarixindən yaxşı məlumdur. Bu yollar son nətıcədə iki istiqamətdə özünü göstərir və şərti olaraq
Dostları ilə paylaş: |