Maliyyə siyasətini – iqtisadi strategiyanın həyata keçirilməsinə yönəldilən maliyyə sistemi vasitəsilə reallaşdırılan tədbirlərin elmi əsaslarının məcmusu kimi qiymətləndirmək olar.
Dövlətin büdcə siyasətində ən başlıca məqsədi onun gəlir hissəsinin getdikcə artırılması əsasında büdcə gəlirlərinin normal minimum həddə çatdırılmasıdır. Dövlət büdcəsi iki hissədən – gəlir və xərc hissələrindən ibarət olmaqla bərabər inzibati ərazi bölgüsündən asılı olaraq Mərkəzi Büdcə, Vilayət Büdcəsi, Yerli Büdcələrdən ibarətdir. Yerli büdcələr Mərkəzi büdcədən fərqli olaraq ölkələrin bütün pul resurslarını əhatə etmir. Çünki yerli büdcənin formalaşması həmin ərazidəki sosial istehsal strukturları hesabına aparılır. Bundan əlavə, yerli büdcələr mərkəzi büdcədən də vəsait alırlar.
Dövlət büdcəsinə büdcədən kənar fondlara da aid edilir. Büdcədən kənar fondlar dövlətin pul vəsaitinin məqsədli istifadəsidir. Bu vəsait mərkəzi və yerli büdcələrdə xüsusi formalarda toplanır və müəyyən ehtiyaclara sərf olunur. Qeyri büdcə formaları vergilər, istiqrazlar, subsidiyalar və s. maliyyə yaradılır.
Beləliklə, dövlət büdcəsi – dövlətin pul gəlirləri və xərclərinin illik proqramıdır. Büdcə layihəsi hər il dövlət qanunverici orqanlarından müzakirə olunur və təsdiq edilir. Yəni maliyyə ili başa çatdıqda icra aparatının nümayəndələri hesabat verir və dövlət büdcəsini n gəlirlərini səfərbərliyə alınması mənbələrini göstərir. Sonra yeni il büdcə üçün büdcə layihəsi tərtib edilir, icra aparatında müzakirə və təsdiq olunur. Dövlət büdcəsi həmişə ölkədə mövcud olan müxtəlif sosial iqtisadi qruplarla kompromisdə tərtib olunmalıdır. Məsələn, özəl müəssisələr və yaxud fərdi əməklə məşğul olan hər bir şəxs büdcənin onun haqqında çıxardığı qərarı tədbiri bilməlidir.
Dostları ilə paylaş: |