38-ci maddənin 1-ci hissəsinin “a” yarımbəndinin birinci cümləsinə “(layihəsini)” sözündən sonra “və su təsərrüfatı pasportunu” sözləri, üçüncü cümləsində “təsdiqlənmiş plana” sözlərindən sonra “və razılaşdırılmış su təsərrüfatı pasportuna” sözləri əlavə edilmişdir.
[26]17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 436) ilə 46-cı maddəsinin mətni yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Torpaq qanunvericiliyinə zidd olmayan hallarda torpaq mülkiyyətçisi ilə razılığa gəlmək mümkün olmadıqda, dövlət və ictimai mənafelərin təmin olunması, təbii fəlakətlərin nəticələrini və ya təhlükəsini aradan qaldırmaq məqsədi ilə torpaq sahəsi onun mülkiyyətçisindən qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətinə məcburi satın alına bilər. Bu halda itirilmiş faydanı da nəzərə almaq şərti ilə torpağın əvvəlki mülkiyyətçisinə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya ödənilir və ya onun arzusu ilə ona digər torpaq sahəsi verilir.