[27]1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348) ilə 46-cı maddəsindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılsın.
20 aprel 2012-ci il tarixli 339-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2012-ci il, № 122, “Azərbaycan” qəzeti 6 iyun 2012-ci il, № 123, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 6, maddə 505) ilə 46-cı maddəsinin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaqların dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və şərtlərlə yol verilir.