1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri


Nəqletmə zamanı hər bir logistik xərclər ayrıca götürülmüş formada lo­gistik sistemin ixtiyari mərhələsi üçün qruplaşdırılır və ya differensiallaşdırılır



Yüklə 340,18 Kb.
səhifə40/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   36   37   38   39   40   41   42   43   ...   121
n.Menecment mühazirə

Nəqletmə zamanı hər bir logistik xərclər ayrıca götürülmüş formada lo­gistik sistemin ixtiyari mərhələsi üçün qruplaşdırılır və ya differensiallaşdırılır. Məsələn, nəzərə alsaq ki, gömrük belə logistik mərhələlərdən birini təşkil edir, onda onun üçün aşağıdakı məsrəfləri tərkib elementi kimi göstərmək olar:

- gömrük rüsumu;

- əlavə edilmiş dəyərdən vergi;

- aksizlər;

- gömrük orqanları tərəfindən lisenziyanın verilməsi üçün müvafiq yığımlar;

- kvalifikasiya attestatlarının verilməsinə görə yığımlar;

- yüklərin gömrük rəsmiləşdirilməsinə görə yığımlar;

- məhsulların saxlanmasına görə gömrük yığımları;

- məhsulların gömrük müşahidəsinə görə gömrük yığımları;

- informasiya və konsaltinq xidmətinə görə ödəmələr və s.

Son illər Azərbaycan Respublikasında beynəlxalq avtomobil yükdaşıma­larının (İran İslam Respublikası, Türkiyə Respublikası, Rusiya Federasiyası, Gürcüstan Respublikası və s.) həcminin artması nəticəsində bu növ yükda­şımaların düzgün uçotu, məsrəflərin müəyyən edilməsi və proqnozlaşdırılması (planlaşdırılması) xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasında yeni iqtisadi sistemin qurulması ölkəmizdə özəlləşdirmənin aparılması və yeni mülkiyyət formalarının meydana gəlməsini obyektiv zəruriyyətə çevirdi. Nəticə etibarı ilə nəqliyyat, xüsusilə avtomobil müəssisələri aparılan iqtisadi islahatların obyektinə çevrildiyindən inzibati-amirlik dövründə mərkəzləşdirilmiş formada fəaliyyət göstərən nəqliyyat xidməti preyskurantları (xüsusilə 13-01-01; 11-01; 11-03 və s.) özlərinin hüquqi güclərini itirdilər və hal-hazırda tətbiq edilmirlər.

Əksər nəqliyyat müəssisələri yüklərin daşınmasına çəkilən ilkin xərclər (yükdaşımaların maya dəyəri) və mənfəətlik normasını nəzərə alınmaqla xüsusi müqavilə tarifləri müəyyənləşdirirlər. Digər nəqliyyat müəssisələri isə tarifləri beynəlxalq unimodal və multimodal yükdaşımalar üçün xarakterik olan sxem üzrə qururlar.


Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin