1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri


- yeni məhsul ideyasının işlənib hazırlanması; -



Yüklə 340,18 Kb.
səhifə113/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   109   110   111   112   113   114   115   116   ...   121
n.Menecment mühazirə

- yeni məhsul ideyasının işlənib hazırlanması;

- yeni məhsulun iqtisadi səmərəliliyinin təhlili;

- yeni məhsulun yaradılması;

- yeni məhsulun bazarda testerinin aparılması;

- məhsulun kütləvi istehsalına başlamaq haqqında qərar qəbul edilməsi.

Innovasiya fəaliyyəti ilə məşğul olan müəssisələr aşa­ğıdakılardır:

1. Vençur firmaları. Vençur firmalarına «riskli fir­ma­lar» deyirlər. Bu firmaların yaradıcıları əsasən tədqi­qat­çılar, ixtiraçılardır.

2. Eksperiment firmalar yeni məhsulun yaradılması rolunu oynayan firmalardır. Eksperiment firmalar çox da böyük olmurlar. Onlar yeni məhsul nümunələri istehsal edərək, onları bazarda test etməklə, həmin məhsullara ba­zar tələbatını öyrənirlər.

3. Patent firmalar eksperiment - firmalardan fərqli ola­raq yeni məhsulların yaradılması və ya ixtira edil­mə­si­nə yox, yaranmış məhsulun yayılması, istehsa­lının artı­rıl­ma­sı sahəsində daha çox səy göstərirlər.

4. Violent firmalar - innovasiyaya investisiya qoy­maqla kütləvi məhsul istehsalı ilə məşğul olurlar. Onların əsas məqsədi istehsalı genişləndirmək, məhsul isteh­salının həcmini artırmaq, geniş alıcı dairəsini formalaşdırmaqdır.

5. Biznes inkubatorlar isə innovasiya strukturları üçün istehsal mühiti formalaşdırır, onları texnika və texno­logiya ilə, avadanlıqlarla təmin edirlər. İnkubatorlar həm­çi­­nin innovasiya təşkiltlarına məlumatların toplan­ması, fəaliyyətin təşkil olunması sahəsində məsləhətlərin veril-mə­­si, hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar yaxın­dan köməkliklər göstərirlər.

İnnovasiyanın tətbiqi ilə əlaqədar olaraq müəssisədə aşağıdakı hallar və dəyişikliklər baş verir:

1) Yeni texnikanın istifadəsi.

2) Yeni texnologiya ilə məhsul istehsalının həyata ke­­çiril­məsi.

3) Yeni xammalın istifadəsi.

4) İstehsalın təşkilində və maddi-texniki təchizat sa­həsində dəyişiklik.

5) Yeni bazarların meydana çıxması.

İnnovasiya fəaliyyəti və ona olan tələbat innovasiya pro­sesləri nəzəriyyəsini irəli sürür. İnnovasiya fəaliyyəti tex­­niki tərəqqinin strateji idarəetmə problemləri ilə bila­vasitə bağ­lıdır.

İnnovasiya menecmenti innovasiya proseslərinin, inno­­vasiya fəaliyyətinin, bu fəaliyyətlə məşğul olan təş­ki­la­­ti struk­turun və heyətin idarə edilməsinin prinsip, metod və for­ma­la­rı­nın məcmusudur.

İnnovasiya meneceri innovasiya prosesinin müxtəlif fa­­za­larında fəaliyyət göstərir və bu sahədə özünün ida­rəetmə fəa­liyyətini qurur. Müəssisə və təşkilatlar inno­va­si­ya fə­aliyyəti ilə məşğul olmaq məqsədi ilə aşağıdakı təş­ki­lati struk­turları yarada bilər­lər:

1. Elmi tədqiqat institutları və ya elmi mərkəzlər.

2. Layihə - konstruktor şöbələri.

3. Strateji araşdırma mərkəzləri.

4. Marketinq şöbəsi nəzdində marketinq tədqiqatları bölməsi.

5. Laboratoriyalar.

6. Məsləhət (konsaltinq) şöbələri və s.

Müəssisədə innovasiya ilə bağlı struktur vahidləri in­no­vasiya fəaliyyəti, innovasiya prosesi, elmi tədqiqat işləri ilə məşğul olan şöbə və ya bölmələrdir. İnnovasiya fəaliy­yəti ilə məşğul olan elmi institutların və qurumların əsas fəaliyyəti fundamental elmi tədqiqatların, araşdır­maların apa­rıl­masın­dan ibarətdir. İnnovasiyanın inki­şafın­­da bu fəaliy­yətlə məşğul olan firmaların, təşki­lat­ların, kiçik müəs­­sisələrin rolu böyük­dür.

İnnovasiya firmalarına və qurumlarına rəhbərlik mü­hən­­­dislər və menecerlər tərəfindən həyata keçirilir.

Menecerlər − innovasiyanın təşkili, həyata keçiril­mə­si, maliy­yə mənbələrinin müəyyən olunması, yeni tex­ni­kanın, texno­logiyanın cəlb edilməsi, yeni məhsulların is­teh­salı proses­lərini idarə edirlər. Menecer­lər bu sahənin ida­rə edil­mə­sini təşkilati struktur bölmə­ləri vasitəsilə hə­ya­ta keçirirlər. Mühəndislər isə layihənin texniki tə­rəfl­ə­ri­ni işləyir, məhsul istehsalının texnologiyasında dəyişik­liklər edirlər. Onlar yeni məh­su­l­­ların layihəsini işləyir, əsas vəsaitlərin rekons­truk­si­yasını hazırlayırlar.


Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin