1. Ölkəmizdə marketinq tətbiqinin zəruriliyi nə ilə əlaqədardır: (Qarışıq)

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 0.95 Mb.
səhifə2/6
tarix25.05.2018
ölçüsü0.95 Mb.
1   2   3   4   5   6

61. Marketinqin informasiya sisteminin effektli fəaliyyəti üçün aşağıdakıların olması zəruridir:

A) informasiyanın təhlili metodları;

B) mükəmməl idarəetmə strukturu və informasiyanın təhlili metodları;

C) informasiyanın toplanması və işlənməsi sahəsində təcrübəsi olan mütəxəssislər, zəruri avadanlıq və təlimatlar;;

D) mükəmməl nəzarət və planlaşdırma sistemi;

E) mükəmməl idarəetmə strukturu



62. Hər hansı bir dəyişənin digər amillərdən asıllıq səviyyəsini müəyyənləşdirmək üçün aşağıda göstərilən təhlil üsullarından hansından istifadə edilir:

A) reqressiya təhlilindən;

B) qrafiklərin qurulmasından;

C) sistemli təhlildən;

D) variasiya təhlilindən;

E) qruplaşdırmadan;



63. İstehlak vasitələri bazarı:

A) məhsulları yenidən emal etmək məqsədi ilə satın alan istehlakçılardan ibarətdir;

B)məhsulları şəxsi istehlakı üçün alan istehlakçılardan ibarətdir;

C) istehlak vasitələri istehsalı ilə məşğul olan istehlakçılardan ibarətdir;

D) məhsulları yenidən satmaq məqsədi ilə satın alan müəssisə və təşkilatlardan ibarətdir;

E) məhsulları hər hansı təbii fəlakətlərin nəticəsini aradan qaldırmaq məqsədi ilə alan istehlakçılardan ibarətdir;



64. İntistutsional təşkilatlar bazarı:

A) digər məhsullar istehsal etmək məqsədi ilə məhsul satınalan istehlakçılardan ibarətdir;

B) məhsulları yenidən satmaq məqsədi ilə satın alan müəssisə və təşkilatlardan ibarətdir;

C) həmin məhsulları humanitar yardımların göstərilməsi məqsədi ilə alan istehlakçılardan ibarətdir;

D) həmin məhsulları şəxsi istehlakı məqsədi ilə alan istehlakçılardan ibarətdir;

E) həmin məhsulları hər hansı təbii fəlakətlərin nəticəsini aradan qaldırmaq məqsədi ilə alan istehlakçılardan ibarətdir;



65. Marketinqin məhsul siyasətinin hazırlanmasının məqsədi:

A) mövcud istehlakçıların saxlanması və yeni istehlakçıların cəlb edilməsi üzrə tədbirlərin hazırlanmasıdır;

B) məhsul çeşidinin müəyyənləşdirilməsi, məhsulun həyat dövranının idarə edilməsi və məhsulla əlaqədar olan digər tədbirlərin həyata keçirilməsidir;

C) məhsulların saxlanması və nəql edilməsi texnologiyasının hazırlanması­dır;

D) məhsulgöndərənlərlə və alıcılarla müqavilələrin tərtib edilməsidir;

E) məhsulların reklam kompaniyasının təşkili və satışının həvəsləndirilməsi tədbirlərinin həyata keçirilməsidir;



66. Yeni məhsulun hazırlanmasına hansı mərhələdən başlanılır:

A) məhsulun yaradılmasına dair ideyanın verilməsindən)

B) məhsulun sınaq nümunələrinin hazırlanmasından;

C) məhsulun eskizlərinin və çertyoclarının hazırlanmasından;

D) istehsal güclərinin mövcudluğunun təhlilindən;

E) məhsulun istehsal üçün zəruri olan material resurslarının əldə edilməsi imkanlarının təhlilindən;



67. Məhsulun keyfiyyətinin yüksəldilməsi əsasında onun modifikasiyası hansı halda məqsədəuyğundur:

A) bu işin həyata keçirilməsi üçün daha ucuz və keyfiyyətli material resurslarının mövcud olduğu halda;

B) elmi-tədqiqat və konstruktor-layihələrinin həyata keçirilməsi üçün resurslar mövcud olduğu halda;

C) keyfiyyət parametrinin yüksəldilməsini istehlakçı mütərəqqi dəyişilik kimi qəbul etdiyi halda;

D) məhsulun modifikasiyası əlavə xərclər və resurslar tələb etmədiyi halda) ;

E) məhsulun keyfiyyətini yüksəltməyə imkan verən texnika və texnologiya mövcud olduğu halda;



68. Yeni məhsulun hazırlanmasını hansı formada həyata keçirmək daha məqsədəuyğundur:

A) bu, müəssisənin məqsədi və resursların mövcudluğundan asılı olaraq müəyyən edilir;

B) kənardan lizensiya almaqla;

C) özünün gücü ilə;

D) xarici firmalarla əməkdaşlıq etməklə;

E) kənardan patent almaqla;



69. Məhsul çeşidi:

A) məhsulun müxtəlif növlülüyünü ifadə edir;

B) məhsul nomenklaturasından daha geniş anlayışdır və müəssisə tərəfindən istehsal edilən bütün məhsulları əhatə edir;

C) məhsulun istehlak xüsusiyyətlərini əks etdirir;

D) müəyyən məhsul kateqoriyasına daxil olan və eyni bir məhsul markası ilə buraxılan məhsulların məcmusudur;

E) məhsul çeşidi anlayışından istifadə edilmir;



70. Məhsulun həyat dövranının hansı mərhələsində məhsulun qiyməti daha aşağı olur:

A) stabillik mərhələsində;

B) inkişaf mərhələsində;

C) artım mərhələssində;

D) böhran mərhələsində;

E) bazara çıxma mərhələsində;



71. Məhsul çeşidinin genişliyi:

A) məhsul çeşidinin yeni məhsul qrupları hesabına artırılmasıdır;

B) yeni məhsulların istehsalının təşkilidir;

C) yeni növ-tip-ölçülü məhsulların sayıdır;

D) məhsulların modifikasiya edilməsidir;

E) məhsulların keyfiyyət parametrlərinin yüksəldilməsidir;



72. Məhsul çeşidinin dərinliyi:

A)


B) məhsul çeşidinin yeni məhsul qrupları hesabına artırılmasıdır;

C) yeni məhsulların istehsalının təşkilidir;

D) məhsulların modifikasiya edilməsidir; məhsul çeşidinin yeni növ-tip-ölçülü məhsullar hesabına artırılmasıdır;

E) məhsulların keyfiyyət parametrlərinin yüksəldilməsidir;



73. Məhsul nomenklaturası:

A) onun xarici tərtibatının müxtəlifliyini əks etdir;

B)məhsulların müxtəlif növlülüyünü xarakterizə edir;

C) məhsulun istehlak xüsusiyyətlərini əks etdirir;

D) məhsulun marka adını ifadə edir;

E) məhsul çeşidindən geniş anlayışdır və bazara təklif edilən bütün məhsulların məcmusudur;



74. Məhsul nomenklaturasının genişliyi:

A) məhsul çeşidinə daxil olan markaların (müxtəlif növlərinin, modellərinin) orta sayıdır;

B) müəssisənin bazara təklif etdiyi məhsul çeşidlərinin sayıdır

C) məhsullara yeni marka adlarının veirilməsidir;

D) yeni növ-tip-ölçülü məhsulların sayıdır;

E) məhsul çeşidinə daxil olan markaların (müxtəlif növlərinin, modellərinin) orta sayıdır;



75. Məhsul nomenklaturasının dərinliyi

A) məhsul çeşidinə daxil olan markaların (müxtəlif növlərinin, modellərinin) orta sayıdır;

B) məhsulların çeşid müxtəlifliyidir;

C) məhsullara yeni marka adlarının verilməsidir;

D) müəssisənin bazara təklif etdiyi məhsul çeşidlərinin sayıdır

E) yeni növ-tip-ölçülü məhsulların sayıdır;



76. Müəssisə üç çeşiddə: A, B və C çeşiddə məhsul istehsal edir. A məhsul çeşidinə 4, B-yə 6 və C-yə isə 8 adda məhsul daxildir. Məhsul nomenklaturasının dərinliyi nə qədər olacaqdır:

A) 7


B) 6

C) 3


D) 5

E) 4


77. Ticarət (məhsul) markası:

A) məhsulların identifləşdirilməsi üçün istifadə edilən adlardır

B) məhsulların identifləşdirilməsi üçün istifadə edilən simvollardır;

C); məhsulların identifləşdirilməsi üçün istifadə edilən simvolların və adların məcmuusudur;;

D) məhsulun keyfiyyət göstəricisidir

E) istehsal edilən məhsul çeşidlərinin məcmusudur;



78. Məhsullara ticarət (məhsul) markasının verilməsində məqsəd:

A) satıcı və ya satıcılar qrupunun məhsulunun rəqiblərin məhsulundan fərqləndirilməsi və identifləşdirilməsidir;

B) satıcı və ya satıcılar qrupunun məhsulunun yüksək keyfiyyətə malik olmasını göstərməkdir;

C) satıcı və ya satıcılar qrupunun məhsulunun yüksək istehlak xüsusiyyətlərinə malik olmasını göstərməkdir;

D) satıcı və ya satıcılar qrupunun məhsul nomenklaturasının genişliyini diqqətə çatdırmaqdır;

E) satıcı və ya satıcılar qrupunun məhsulunun uçotunun asanlaşdırılmasıdır



79. Marka adı:

A) ticarət markasıdır;

B) ticarət markasında istifadə edilən simvolardır;

C) ticarət markasının tələffüz edilə bilən hissəsidir;

D) istehsal edilən məhsulların çeşiddidir;

E) istehsal edilən məhsul nomenklaturasıdır;



80. Marka emblemi (nişanı):

A) ticarət markasıdır;

B) ticarət markasının tələffüz edilə bilən hissəsidir;

C) ticarət markasında istifadə edilən simvolardır;

D) ticarət markasının tanına bilən, lakin tələffüz edilə bilməyən hissəsidir

E) istehsal edilən məhsulların çeşiddidir;



81. Ticarət nişanı:

A) ticarət markasıdır;

B) patentləşdirilmiş marka adıdır;

C) hüquqi müdafiəsi təmin olunmuş marka və ya onun hissəsidir;

D) marka adıdır;

E) ticarət markasında istifadə edilən simvollardır;



82. Məhsulların qablaşdırılmasında məqsəd:

A) yükləmə-boşaltma üçün yük vahidi formalaşdır­maqıdır;

B) məhsulların nəql edilməsi üçün yük vahidi formalaşdırmaqdır;

C) yuxarıda göstərilən bütün variantlar doğrudur;

D) məhsulların anbarlaşdırılması üçün yük vahidi formalaşdır­maqdır;

E) onların xarab olmasının qarşısını almaqdır;



83. Məhsullara ştrixli kodların verilməsində məqsəd:

A) hesablaşma əməliyyatlarının aparılmasının asanlaşdırılması və məhsulların satış dinamikasının öyrənilməsidir;

B) B) marketinq informasiya sisteminin yaradılması prosesinin avtomatlaşdırılmasının təmin edilməsidir;

C) yuxarıda göstərilən bütün variantlar doğrudur;

D) məhsulların gömrük və müəssisədaxili uçotunun aparılmasının təmin edilməsidir;

E) müəssisənin məhsulunun bütün beynəlxalq bazarlarda tanınması və identifləşdirilməsinin təmin edilməsidir;



84. Məhsulun satış qiyməti:

A) məhsulun quraşdırılmasına və servis xidmətinin göstərilməsinə çəkilən xərclərin məbləğidir;

B) məhsulun satışına çəkilən xərclərin məbləğidir

C) məhsulun nominal qiymətidir;;

D) məhsulun nominal qiyməti ilə istismar müddətində ona çəkilən bütün xərclərin (quraşdırılma və daşınma xərcləri də daxil olmaqla) cəmidir;

E) məhsulun istehsalı ilə əlaqədar olan dəyişən (birbaşa) və sabit (qaimə) xərclərinin məbləğidir:



85. Məhsulun istehlak qiyməti:

A) məhsulun satışına çəkilən xərclərin məbləğidir;

B) məhsulun nominal qiymətidir;

C) məhsulun quraşdırılmasına və servis xidmətinin göstərilməsinə çəkilən xərclərin məbləğidir;

D) məhsulun nominal qiyməti ilə istismar müddətində ona çəkilən bütün xərclərin (quraşdırılma və daşınma xərcləri də daxil olmaqla) cəmidir;

E) məhsulun istehsalı ilə əlaqədar olan dəyişən (birbaşa) və (sabit) qaimə xərclərinin məbləğidir:



86. Məhsulun «franko» qiyməti aşağıdakılardan hansına imkan verir:

A) məhsulgöndərmənin müxtəlif bazis şərtlərini nəzərə almağa;

B) məhsul satışından əlavə gəlir əldə etməyə;

C) məhsulun satış qiymətini müəyyən etməyə;

D) məhsulun istehlak qiymətini müəyyən etməyə;

E) müştəriyə müəyyən qiymət güzəştlərinin edilməsinə



87. Zərərsizlik nöqtəsində:

A) əlavə istehsal edilən hər məhsul vahidinin son hədd gəlirləri son hədd xərclərindən azdır;

B) əlavə istehsal edilən hər məhsul vahidinin son hədd gəlirləri son hədd xərclərinə bərabərdir;

C) əlavə istehsal edilən hər məhsul vahidinin son hədd gəlirləri son hədd xərclərindən çoxdur;

D) əlavə istehsal edilən hər məhsul vahidinə çəkilən dəyişən (birbaşa) xərclər sabit (qaimə) xərclərindən çoxdur;

E) əlavə istehsal edilən hər məhsul vahidinə çəkilən dəyişən (birbaşa) xərclər sabit (qaimə) xərclərindən azdır;



88. Məhsulgöndərmənin CIF şərtində kontrakt qiymətinin tərkibinə daxildir:

A) məhsulun qiyməti, təyinat limanına kimi çatdırılması ilə əlaqədar olan bütün xərclər və sığorta haqqı;

B) məhsulun qiyməti, göndəriş limanına çatdırılması və gəmiyə yüklənməsi ilə əlaqədar olan bütün xərclər;

C) məhsulun qiyməti və təyinat limanına çatdırılması ilə əlaqədar olan bütün xərclər;

D) məhsulun qiyməti və göndəriş limanına çatdırılması ilə əlaqədar olan bütün xərclər;

E) məhsulun qiyməti, kontraktda göstərilmiş sərhəd məntəqəsinə kimi çatdırılması xərcləri və sığorta haqqı (müqavilədə nəzərdə tutulduğu halda).



89. Məhsulgöndərmənin «sərhədə çatdırılmışdır (DAF)» şərtində kontrakt qiymətinin tərkibinə daxildir:

A) məhsulun qiyməti, kontraktda göstərilmiş sərhəd məntəqəsinə kimi çatdırılması xərcləri və sığorta haqqı (müqavilədə nəzərdə tutulduğu halda.

B) məhsulun qiyməti, göndəriş limanına çatdırılması və gəmiyə yüklənməsi ilə əlaqədar olan bütün xərclər;

C) məhsulun qiyməti və təyinat limanına çatdırılması ilə əlaqədar olan bütün xərclər;

D) məhsulun qiyməti, məhsulun təyinat limanına kimi çatdırılması ilə əlaqədar olan bütün xərclər və sığorta haqqı;

E) məhsulun qiyməti və göndəriş limanına çatdırılması ilə əlaqədar olan bütün xərclər;



90. Məhsulgöndərmənin «franko-zavod» şərtində kontrakt qiymətinin tərkibinə daxildir:

A) məhsulun qiyməti, göndəriş limanına çatdırılması və gəmiyə yüklənməsi ilə əlaqədar olan bütün xərclər;

B) məhsulun qiyməti, müəssisənin yük həyətınə çatdırılması və orada boşaldılması ilə əlaqədar olan bütün xərclər;

C) məhsulun qiyməti və təyinat limanına çatdırılması ilə əlaqədar olan bütün xərclər;

D) məhsulun qiyməti, məhsulun təyinat limanına kimi çatdırılması ilə əlaqədar olan bütün xərclər və sığorta haqqı;

E) məhsulun qiyməti, məhsulun göndəriş limanına kimi çatdırılması ilə əlaqədar olan bütün xərclər və sığorta haqqı;



91. Məhsulgöndərmənin hansı bazis şərtində kontrakt qiymətinin tərkibinə məhsulun qiyməti, məhsulun təyinat limanına kimi çatdırılması ilə əlaqədar olan bütün xərclər və sığorta haqqı daxil edilir:

A) sərhədə çatdırılmışdır (DAF);

B) dəyər, sığota və fraxt ödənilmişdir (CIF);

C) rüsumödənilmədən satılmışdır (DDU);

D) franko-zavod (EXW);

E) gəmidə satılmışdır (DES);



92. Məhsulgöndərmənin hansı bazis şərtində kontrakt qiymətinin tərkibinə məhsulun qiyməti, müəssisənin yük həyətınə çatdırılması və orada boşaldılması ilə əlaqədar olan bütün xərclər daxil edilir:

A) rüsumödənilmədən satılmışdır (DDU);

B) sərhədə çatdırılmışdır (DAF);

C) franko-zavod (EXW);

D) dəyər, sığota və fraxt ödənilmişdir (CIF);

E) gəmidə satılmışdır (DES);



93. Məhsulgöndərmənin hansı bazis şərtində kontrakt qiymətinin tərkibinə məhsulun qiyməti, kontraktda göstərilmiş sərhəd məntəqəsinə kimi çatdırılması xərcləri və sığorta haqqı (müqavilədə nəzərdə tutulduğu halda) daxildir:

A) franko-zavod (EXW);

B) sərhədə çatdırılmışdır (DAF);

C) rüsum ödənilmədən satılmışdır (DDU);

D) dəyər, sığota və fraxt ödənilmişdir (CIF);

E) gəmidə satılmışdır (DES);



94. Müəssisə plan ilində 100000 ədəd A məhsulu satmağı planlaşdırır. Həmin məhsulun 1 ədədinin maya dəyəri (tam xərclər) 1,95 min man. təşkil edir. Müəssisə bu məhsulunun istehsalının təşkili ilə əlaqədar olaraq 500000 min man. investisiya qoymuşdur və plan ilində investisiyanın 10%-i həcmində mənfəət əldə etməyi nəzərdə tutur. Bu halda məhsulunun 1 ədədinin qiyməti neçə manat təşkil edə­cək­dir:

A) 2,25 min man.;

B) 2,45 min man.;

C) 2,65 min man.;

D) 3,45 min man.;

E) 3,65 min man.;



95. A məhsulunun 1 ədədinin maya dəyəri (tam xərclər, yəni birbaşa və qaimə xərclərinin cəmi) 1500 man. təşkil edir. Müəssisə maya dəyərinə nisbətdə 20% rentabellik səviyyəsinə nail olmağı planlaşdırır. Bu halda məhsulun qiyməti neçə manat təşkil edəcəkdir:

A) 1900 man.;

B) 1700 man.;

C) 1600 man.;

D) 1800 man.;

E) 2000 man.;



96. A məhsulunun 1 ədədinin istehsalına çəkilən birbaşa xərclər 2000 man. təşkil edir. Müəssisə 1 ədəd məhsula çəkilən birbaşa xərclərə nisbətən 30% mənfəət əldə etməyi nəzərdə tutur. Onda A məhsulunun 1 ədədinin qiyməti neçə man. təşkil edəcəkdir:

A) 3200 man.;

B) 2400 man.;

C) 2800 man.;

D) 3000 man.;

E) 2600 man.;



97. Aşağıda göstərilənlərdən hansı «xərclərə əsaslanan qiymətqoyma» metodudur:

A) tam xərclərə görə qiymətqoyma metodu;

B) qiymətlərin cari səviyyəsinə görə qiymətqoyma metodu

C) son hədd qiymətqoyma metodu;

D) marketinq strategiyasına əsaslanan qiymətqoyma metodu;

E) məhsulun keyfiyyətinə görə qiymətqoyma metodu;



98. Aşağıda göstərilənlərdən hansı «xərclərə əsaslanan qiymətqoyma» metodudur:

A) son hədd qiymətqoyma metodu;

B) satış yerinə görə qiymətqoyma metodu

C) məhsulun içtehlakçı üçün qiymətliliyinə görə qiymətqoyma

D) lideri təqibetmə metodu;

E) birbaşa xərclərə görə qiymətqoyma metodu;



99. Aşağıda göstərilənlərdən hansı «xərclərə əsaslanan qiymətqoyma» metodudur:

A) son hədd qiymətqoyma metodu;

B) zərərsiz çevik qiymətqoyma metodu;

C) investisiyanın rentabelliyinə görə qiymətqoyma metodu;

D) marketinq strategiyasına əsaslanan qiymətqoyma metodu;

E) qiymətlərin cari səviyyəsinə görə qiymətqoyma metodu;



100. Aşağıda göstərilənlərdən hansı «rəqabətə əsaslanan qiymətqoyma» metodudur:

A) istehsal yerinə görə qiymətqoyma metodu

B) zərərsiz çevik qiymətqoyma metodu;

C) satış yerinə görə qiymətqoyma metodu;

D); lideri təqlidetmə metodu;

E) çeşid qrupuna görə qiymətqoyma metodu;



101. Aşağıda göstərilənlərdən hansı «rəqabətə əsaslanan qiymətqoyma» metoddur:

A) zərərsiz çevik qiymətqoyma metodu;

B) satış yerinə görə qiymətqoyma metodu;

C) qiymətlərin cari səviyyəsinə görə qiymətqoyma metodu;

D) çeşid qrupuna görə qiymətqoyma metodu;

E) marketinq strategiyasına əsaslanan qiymətqoyma metodu;



102. Aşağıda göstərilənlərdən hansı «rəqabətə əsaslanan qiymətqoyma» metodudur:

A) zərərsiz çevik qiymətqoyma metodu;

B) tender əsasında qiymətqoyma metodu;

C) son hədd qiymətqoyma metodu;

D) marketinq strategiyasına əsaslanan qiymətqoyma metodu;

E) investisiyanın rentabelliyinə görə qiymətqoyma metodu;



103. Aşağıda göstərilənlərdən hansı «tələbata əsaslanan qiymətqoyma» metodudur:

A) son hədd qiymətqoyma metodu;

B) marketinq strategiyasına əsaslanan qiymətqoyma metodu;

C) lideri təqlid etmə metodu;

D) tender əsasında qiymətqoyma metodu;

E) investisiyanın rentabelliyinə görə qiymətqoyma metodu;



104. Aşağıda göstərilənlərdən hansı «tələbata əsaslanan qiymətqoyma» metodudur:

A) birbaşa xərclərə görə qiymətqoyma metodu;

B) tender əsasında qiymətqoyma metodu;

C) zərərsiz çevik qiymətqoyma metodu

D) investisiyanın rentabelliyinə görə qiymətqoyma metodu;

E) lideri təqlid etmə metodu;



105. Aşağıda göstərilənlərdən hansı «tələbata əsaslanan qiymətqoyma» metodudur:

A) tender əsasında qiymətqoyma metodu;

B) qiymətlərin cari səviyyəsinə görə qiymətqoyma metodu;

C) satış yerinə görə qiymətqoyma metodu;

D) investisiyanın rentabelliyinə görə qiymətqoyma metodu;

E) marketinq strategiyasına əsaslanan qiymətqoyma metodu;



106. Aşağıda göstərilənlərdən hansı «tələbata əsaslanan qiymətqoyma» metodudur:

A) məhsulun keyfiyyətinə görə qiymətqoyma metodu;

B) marketinq strategiyasına əsaslanan qiymətqoyma metodu;

C) mövsümlüyə görə qiymətqoyma metodu

D) məhsulun içtehlakçı üçün qiymətliliyinə görə qiymətqoyma metodu;

E) lideri təqlid etmə metodu;



107. Aşağıda göstərilənlərdən hansı «marketinqə əsaslanan qiymətqoyma» metoduna aiddir:

A) marketinq strategiyasına əsaslanan qiymətqoyma metodu;

B) tender əsasında qiymətqoyma metodu;

C) birbaşa xərclərə görə niymətqoyma metodu;

D) qiymətlərin cari səviyyəsinə görə qiymətqoyma metodu;

E) mövsümlüyə görə qiymətqoyma metodu



108. Aşağıda göstərilənlərdən hansı «marketinqə əsaslanan qiymətqoyma» metodudur:

A) birbaşa xərclərə görə qiymətqoyma metodu;

B) qiymətlərin cari səviyyəsinə görə qiymətqoyma metodu;

C) mövsümlüyə görə qiymətqoyma metodu

D) son hədd qiymətqoyma metodu;

E) məhsulun içtehlakçı üçün faydalılığına (qiymətliliyinə) görə qiymətqoyma



109. Aşağıda göstərilənlərdən hansı «marketinqə əsaslanan qiymətqoyma» metodudur:

A) tam xərclərə əsaslanan qiymətqoyma metodu;

B) zərərsiz çevik qiymətqoyma metodu;

C) məhsulun keyfiyyətinə görə qiymətqoyma metodu;

D) investisiyanın rentabeliyinə görə qiymətqoyma metodu;

E) tender əsasında qiymətqoyma metodu;



110. Aşağıda göstərilənlərdən hansı «marketinqə əsaslanan qiymətqoyma» metodudur:

A) lideri təqibetmə metodu;

B) tələbin həcmi əsasında qiymətqoyma metodu;

C) birbaşa xərclərə görə qiymətqoyma metodu;

D) çeşid qrupuna görə qiymətqoyma metodu;

E) satış yerinə görə qiymətqoyma metodu;



111. Hesabat dövründə A məhsulunun həm qiyməti, həm də satışın həcmi aşağı düşmüşdür. Bu hansı amillə izah edilir:

A) təklifin həcminin artması ilə;

B) tələbin həcminin azalması ilə;

C) tələbin həcminin artması ilə;

D) məhsulun keyfiyyətinin yüksəlməsi ilə;

E) məhsulun istehsal texnologiyasının təkmilləşdirilməsi ilə.



112. Servis xidmətinin göstərilməsi məhsulun hansı səviyyəsinə aiddir:

A) gücləndirilmiş (qüvvətləndirilmiş) məhsul səviyyəsinə;

B) real məhsul səviyyəsinə;

C) məzmunca məhsul səviyyəsinə;

D) yuxarıda göstərilən bütün variantlar doğudur;

E) yuxarıda göstərilən heç bir variant doğu deyildir.



113. Müəyyən istehlak xüsusiyətlərinə, keyfiyyətə, dizayna, marka adına və xarici tərtibata malik olan məhsul:

A) məzmunca məhsuldur;

B) real məhsuldur;

C) gücləndirilmiş (qüvvətləndirilmiş) məhsuldur;

D) yuxarıda göstərilən bütün variantlar doğudur;

E) yuxarıda göstərilən heç bir varianr doğu deyildir.



114. Tələbatın hansı halında müəssisənin reklamdan istifadə etməsi effektli deyildir:

A) neqativ tələbatda;

B) azlan tələbatda;

C) mövsümü tələbatda;

D) həddən artıq tələbatda;

E) b və c variantlarında;



115. Reklam:

A) iki tərəfli kommunikasiyadır;

B) ictimaiyyətlə əlaqədir;

C) ünvansız (qeyri şəxsi) və haqqı ödənilən kommunkasiyadır;

D) məhsulun mövqeləşdirilməsidir;

E) inteqrasiya olunmuş kommunikasiyadır;



116. Reklam kampaniyasının məqsədi:

A) məhsulun keyfiyyətinin yüksəltməkdir;

B) məhsulun birbaşa satışının həyata keçirilməsidir;

C) məhsul istehsalının həcminin artırılmasıdır;

D) məhsul satışının həcminin artırılmasıdır;

E) məhsulun istehlakçılara çatdırılmasını tezləşdirməkdir.



117. Reklamın televiziya vasitəsi ilə verilməsinin üstünlüyü:

A) onun operativliyi;

B) istehlakçı auditoriyasının genişliyi;

C) reklamın verilməsi imkanlarının yüksək olması;

D) reklamın qiymətinin (haqqının) ucuz olması;

E) yuxarıda göstərilən bütün variantlar doğrudur;



118. Avadanlıqların reklamında reklam yayımının hansı formasında istifadə etmək məqsədəuybundur:

A) radio;

B) xüsuü bukletlər;

C) reklam rolikləri;

D) televiziya;

E) qaçan sətirlər;




Dostları ilə paylaş:
1   2   3   4   5   6
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə