2.Müsahibə üsulu-fakt və hadisələri sual- cavab yolu ilə öyrənənlərə
çatdırmaqdır. Bu üsulu ilk dəfə sourat təbliğ etdiyi üçün bu üsula “Sourat üsulu”
da deyilir. Müsahibənin dörd növü var:
a) Evrestik müsahibə - evrika yunan sözüdür, mənası “tapdım” deməkdir. Yeni
biliklərin veriləməsində əvəzsiz rolu vardır. Bu metod düşünməyi və müstəqil
nəticəyə gəlməyi öyrədir. Müsahibə yığıcam və dəqiq olmalı , təhlilə və
müqayisəyə imkan yaratmalıdır;
b) Təkrarlama müsahibəsi- mənimsənilmiş biliklərin təkraretmə yolu ilə daha da
dərniləşdirilməsi və möhkəmləndirilməsidir;
c)Diskursiya – şifahi təlim metodu olub idraki maraqları genişləndirir, fəallığı
artırır, öyrənənlərin öz mövqeyini bildirməyə və başqalarının mövqeyinə
hörmətlə yanaşmağa yiyələndirir;
d)Kitab üzərində iş – konsbekt, plan, referat, tərsi yazmaq qabiliyyətlərinnin
yerinə yetirilməsidir;
II. Əyani təlim metodları-illustrasiyaçı və demonstrasiya.
Əyani təlim metodları dedikdə , tədris materialının mənimsənilməsinin əyani
vasitələr və informasiya komununikasiya texnologiyalarının təlim prosesində
tətbiqi başa düşülür. Hal hazırda məktəblərdə komputer texnologiyasının
ekran-texniki vasitələrnidən istifadə edilir. Əyani təlim metodları
aşağıdakılardır:
1.İllüstrasiya- illüstrativ əyani vasitələrin plakat , cədvəl, şəkil, xəritə, model
nümayiş etdirməkdir. Dərs prosesində bu cür əyani vasitələrin nümayişi tədris
materialının mənimsənilməsinin asanlaşdırır. Bu metod şagirdləri sürətlər,
rənglər, səslər aləminə daxil edir və onlardan hissi idrakın oyanmasına səbəb
olur;
2.Demonstrasiya- əşya və hadisələrin hərəkətdə göstərilməsidir. Məsələn,
müxtəlif texniki avadanlıqların köməyilə nümayiş etdirilən vasitələr- audio,
audiviovizual, kino, televiziya, videomaqnitofon, komputer və s. Demonsttrasiya
fəal və birbaşa dərketmə metodudur.