1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri


Hissi-emosional sahənin və şəxsiyyətlərarası münasibətlərin psixodiaqnostikası



Yüklə 138,91 Kb.
səhifə43/76
tarix11.01.2022
ölçüsü138,91 Kb.
#110700
1   ...   39   40   41   42   43   44   45   46   ...   76
7.Hissi-emosional sahənin və şəxsiyyətlərarası münasibətlərin psixodiaqnostikası

I.Hissi və emosional sahənin diaqnostikasının psixoloji əsasları

II.Şəxsiyyətlərarası münasibətlərin diaqnostikasının təhlili

I. Hissi və emosional sahənin diaqnostikasının psixoloji əsasları.

İnsan idrak prosesleri vasitəsilə ətraf aləmi beynində əks edirir,hiss və

emosiyaların köməyi ilə onlara münasibətini bildirir.Bu baxımdan hisslər insanın

münasibətilə bağlıdır Münasibət isə şüurla tənzimlənən psixi hadisədir.Beləliklə,

hisslər insanın dərk etdiyi cisim və hadisələrə,başqa adamlara,həmçinin özünün

rəftar və davranışına,fikir və arzusuna bəslədiyi münasibəti ifadə edən psixi

prosesdir.

İnsanın hansı hisslər keçirməsi qan dövranında daha aydın təzahür edir.Belə

ki, adam utandıqda ,pərt olduqda üzünün rəngi qızarır,qorxduqda isə ağarır.Bundan başqa insanın nə kimi hisslər keçirməsini onun mimikasından, səsin intonasiyasından,bədənin intonasiyalı hərəkətlərindən,patomimikadan başa düşmək olur.Nəhayət,insanın keçirdiyi hisslər onun nitqində də öz ifadəsini tapır.İnsan müəyyən hadisəyə münasibətini nitqinin intonasiya tərzi ilə ifadə edir.

Hisslər əsasən 3 mühüm funsiyanı yerinə yetirir:siqnal,tənzimetmə və kommuniaktiv funksiya.Siqnal funksiyanın köməyi ilə biz ətraf aləmdə baş verən hadisələrin hansının həyatımız üçün faydalı və ya təhlükəli olduğunu dərk edirik.İkincisi,hisslər insanın hərəkət və fəaliyyətinin motivi kimi çıxış edərək onları müəyyən istiqamətə yönəldə bilir.

Insanın hissləri sadə və ali olmaqla iki qrupa bölünür.Sadə hisslər bütün canlı orqanizmlərin,o cümlədən insanların üzvi tələbatlarının təmin olunması ilə əlaqədar baş qaldırır.Ali hisslər şəxsiyyətin formalaşması prosesində ,mürəkkəb sosial tələbatların ödənilməsi ilə bağlı əmələ gəlir ,məsələn, vətənpərvərlik, inam, dostluq və s.

Ali hisslər bütünlüklə sosial amillərin təsiri ilə şərtlənir və inkişaf edir.İnsanı əhatə edən sosial gerçəkliyə münasibəti ,eləcə də şəxsiyyəti onun keçirdiyi mürəkkəb hisləri ilə təzahür edir.Ali hisslərin məzmunu şəxsiyyətin inkişaf səviyyəsindən, dünyagörüşündən, bilik və bacarığından, əqidə və inamından asılı olduğu üçün subyektiv xarakter daşıyır.




Yüklə 138,91 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin