3.Amsterdam Müqaviləsi ətraf mühitin mühafizəsi siyasətini
davamlı inkişafın ayrılmaz tərkib hissəsi kimi qəbul etdi.
4. Subsidiarlıq prinsipinin əhatə dairəsi yetərincə
dəqiqləşdirildi.
5)Amsterdam Müqaviləsi ümumi xarici və təhlükəsizlik
siyasətini möhkəmləndirməklə bərabər, İttifaqın təhlükəsizliyini hər
vasitə ilə gücləndirməyə çağırır və aşağıdakı məsələlərə xüsusi diqqət
yetirməyi vacib hesab edir;
■ Beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması;
■ Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi;
■ Demokratiyanın inkişaf etdirilməsi və qanunun aliliyinin
təmin olunması;
■ İnsan haqlarının və əsas azadlıqların qorunub saxlanılması.
12. Aİ Ümumi Xarici siyaset ve Tehlukesizlik siyaseti, Ümumi Tehlukesizlik ve Müdafiə siyasəti
1)Ümumi xarici siyasət və təhlükəsizlik siyasəti-Ümumi xarici və təhlükəsizlik siyasəti İttifaq daxilində dövlətlərarası əməkdaşlıq prosesi çərçivəsində həyata keçirilir. Başqa sözlə desək, bu siyasətin formalaşdırılmasmda Avropa İttifaqı Dövlət və Hökumət Başçılarının Şurası, həmçinin. Nazirlər Şurası mühüm rol oynayır. Bu siyasət hələlik İttifaqın mərkəzi orqanlarının tam səlahiyyətinə verilməyib. Amsterdam Müqaviləsi qəbul edildikdən sonra ümumi xarici və təhlükəsizlik siyasətini əhatə edən beş əsas prinsip aşağıdakılardır:1. Avropa İttifaqı Dövlət və Hökumət Başçılarının Şurasında müəyyənləşdirilmiş və özündə ümumi hərbi müdafiə
məsələlərini də təcəssüm etdirən prinsip və qaydalara riayət edilməsi;2. Üzv dövlətlərin müştərək maraqları olan sahələrdə ümumi strategiyaların müəyyənləşdirilməsi;3. Avropa İttifaqının müdaxiləsinə ehtiyac duyulan xüsusi vəziyyətlərdə birgə fəaliyyət proqramının həyata keçirilməsi;4. Ayrılıqda götürülmüş coğrafi və tematik problemlərə İttifaqın vahid yanaşmasını təmin etmək üçün ümumi mövqenin müəyyənləşdirilməsi;
5. Üzv dövlətlər arasında mütəmadi əməkdaşlığın inkişaf etdirilməsi.
Avropa İttifaqının hərbi məsələlər ilə məşğul olan orqanı «Qərbi Avropa İttifaqı» adlanır.Qərbi Avropa İttifaqı ilk dəfə 1955-ci ildə Brüssel Müqaviləsində qəbul edilmiş öhdəliklər sayəsində yaradılmışdır. Bu
təşkilatın ilkin məqsədi Qərbi Almaniyanın NATO-ya qoşulmasına
yardım etmək, sonra isə onu müvafiq silah və hərbi texnika ilə təmin
etmək idi. Təsis edildikdən sonrakı 30 il ərzində Qərbi Avropa
İttifaqının fəaliyyətini ardıeıl surətdə həyata keçinnək mümkün
olmamışdır. Bu fəaliyyətsizlik 1984-cü ilə qədər davam etmiş və
həmin il qəbul edilən Roma Deklarasiyasına əsasən, Avropa
İttifaqının gələcək müdafiə məsələləri barədə müzakirələr yenidən
gündəliyə çıxmışdır. 1993-cü ildə isə Qərbi Avropa İttifaqının baş
qərargahı da Brüsselə köçürülmüşdür.Qərbi Avropa İttifaqı bu illər ərzində ancaq siyasi əməkdaşlıq üçün əlverişli forum olduğunu təsdiqləmişdir. 1992-ci il Peterburq Deklarasiyası və 1994-cü il Kirxberq Deklarasiyası konfliktlərin qarşısının alınmasında və böhranlı vəziyyətlərin idarə olunmasında Avropa İttifaqının rolunu yalnız ayrı-ayrı layihələr və fərdi
yanaşmalarla həyata keçirilməsini nəzərdə tuturdu. Avropa İttifaqı
barədə Müqavilənin 17.2 bəndində Avropa İttifaqının hərbi
qüvvələrinin əsas missiyası göstərilir və İttifaqın rolunun yalnız
humanitar yardım və xilasedici proqramların həyata keçirilməsindən
ibarət olduğu, sülhməramlı hərbi qüvvələrdən isə böhranlı
vəziyyətlərin idarə olunmasında istifadə edilməsi vurğulanır.
2003-cü ilin iyul ayında hökumətlərarası Konvensiya İttifaqın
Konstitusiya layihəsi işlənib hazırlanmışdır.
13. Brexit/ sebebləri və Britaniya-Aİ danişiqlari
Brexit (Breksit) sözü Böyük Britaniyanın Aİ-dən ayrılması mənasında işlədilir.Brexitin 3 əsas səbəbi var idi:suverenlik, təhlükəsizlik və miqrasiya problemi. Britaniya müstəqilliyi üçün önəm kəsb edən vergilər, maliyyə, miqrasiya, valyuta, xarici siyasət, təhlükəsizlik və s. bu kimi məsələlərdə bugünədək azad fəaliyyət göstərmişdir. Ancaq Breksit tərəfdarları verilmiş bütün səlahiyyətlərin ölkəyə qaytarılmasını tələb edirdilər. Onların fikrincə, yalnız belə olan təqdirdə, ada dövləti əzəmətini qoruyub saxlaya bilər.
Suverenlik-Böyük Britaniya Lissoban müqaviləsi uyğun olaraq 1 sıra səlahiyyətlərini Brüsselə təhvil vermişdir. Ölkədə qanunverici hakimiyyətin xalq tərəfindən seçilən parlament tərəfindən icra edilməsinə baxmayaraq son sözü Brussel söyləyir. Bu hal ittifaqı tərk etmək üçün ən boyük bəhanə idi. Böyük Britaniya Aİ Nazirlər məclisinə qarşı səs vermək və onları veto etmək hüququ var. Eyni zamanda B.Britaniya Avropa Ədalət Məhkəməsinə tabe olmaq məcburiyyətindədir və heç kim bu qərarları poza bilməz.
Britaniya müstəqilliyi üçün önəm kəsb edən vergi, maliyyə, miqrasiya və sair məsələlərdə azad faəliyyət göstərmişdir.Breksit tərəfdarları verilmiş bütün səlahiyyətlərin ölkəyə qaytarılmasını tələb edirlər. Yalnız belə olan halda dövlət öz əzəmətini qoruyub saxlaya bilər.
Miqrasiya-Britaniyada referendumun keçirilməsinə və Aİ-ni tərk etmək istəyənlərin qalib gəlməsinə təsir göstərən amil son illərdə ölkənin miqrant axınlarına məruz qalmasıdır.Aİ daxilində yaşayan insanların hər hansı bir ölkəyə sərbəst daxil olmasına və orada işçi kimi qalmasına icazə verilir. Britaniya da azad hərəkət haqqında qanuna tabedir. Krallığa gəlmiş miqrantlar yüksək təhsilli ixtisaslı olması ilə seçilir. Bəzi Brexit tərəfdarları gəlmələrin iş yerlərini ələ keçirməsi, iş yerlərinin azalmasına səbəb olduqlarını düşünürlər.Avropaya gəlmiş miqrantların sayının artması Britaniyanın təhlükəsizliyinə mənfi təsirin digər səbəbdir.
Təhlükəsizlik-Avropada “açıq qapı” siyasətinin aparılması sürgün sisteminin fəaliyyət göstərməsi narahatlıqları artırmışdır. 2011-ci ildən etibarən Suriyada vətəndaş müharibəsinə görə Avropaya üz tutan qaçqınlar sürgün zamanı ölkələrinə mənfi təsir göstərmişdir.
Dostları ilə paylaş: |