1. Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məzmunu



Yüklə 220,06 Kb.
səhifə30/59
tarix30.03.2023
ölçüsü220,06 Kb.
#124544
1   ...   26   27   28   29   30   31   32   33   ...   59
Sahibkarlıq fəaliyyətinin məzmunu

Dövlətin qiymətlərə təsiri

Qiymətin növləri

Dövlətin rolu

Dövlətin qiymətə təsir formaları

Dövlət qiymətləri

Dövlət bu qiymətləri özü təyin edir

1. Dövlətin normativ qiymətləri
2. Sərbəst bazar qiymətlərinin dondurulması
3. İnhisar qiymətlərin fiksasiyası

Dövlətin tənzimlədiyi qiymətlər

Dövlət müəssisələrə qiymətqoyma qaydalarını göstərir; müəssisə isə özü qiyməti müəyyən edir

1. Qiymətin minimal və ya maksimal səviyyəsinin göstərilməsi
2. Qiymətə əlavələrin ən yüksək hədlərinin müəyyən edilməsi
3. Pərakəndə ticarət əlavələrinin minimal və ya maksimal hədlərinin müəyyən edilməsi
4. Qiymətin hər yüksəlişinin ən yüksək həddinin müəyyən edilməsi
5. İnhisar qiymətlərinə dövlət nəzarəti
6. Dövlət müəssisələrində qiymətlərin müəyyən edilməsi

Azad qiymətlər

Dövlət bazarda oyun qaydalarını müəyyən edir (vicdansız rəqabətə qadağaların müəyyən olunması ilə)

1. Qiymətlərin üfüqi razılaşdırılmasının qadağan edilməsi
2. Qiymətlərin şaquli razılaşdırılmasının qadağan edilməsi
3. Qiymət diskriminasiyasının qadağan edilməsi
4. Dempinq qiymətlərin qadağan edilməsi
5. Həqiqətə uyğun olmayan qiymət reklamının qadağan edilməsi

Müəssisənin qiymətlərini satış kanallarının iştirakçıları ilə razılaşdırmaq üçün müəssisə 4 amili nəzərdə saxlamalıdır: satış kanalı iştirakçılarının mənfəət payı, qiymət təminatı, xüsusi razılaşmalar və qiymətin yüksəldilməsi təsirinin müəssisənin və satış kanalının ümumi mənfəətinə təsiri. Qiymətqoyma siyasətinin əhəmiyyətliliyini və mürəkkəbliyi ilə əlaqədar olaraq bu sahədə qərarlar müəssisənin ali rəhbərliyi tərəfindən qəbul olunur.


2. Öz məhsulunu xarici ölkələrə ixrac edən müəssisələr üçün özünəməxsus problemlər meydana çıxır. İxracatçı firmaların məhsullarına bir neçə qiymət forması tətbiq olunur. Bunlardan biri də transfert qiymətidir. Transfert qiyməti dedikdə, müəssisənin istehsal bölməsindən digər bölmələrinə (xarici ticarət xidməti və ya xarici ticarət filialına) verilən məhsulların qiyməti nəzərdə tutulur. Daxili və xarici transfert qiymətləri mövcuddur. Məhsulun firma daxilində ötürülməsi zamanı qiymətqoymada əsas məqsəd kimi aşağıdakılar nəzərdə tutulmalıdır:
- qiymət kifayət qədər yüksək olmalıdır ki, istehsal bölməsi öz məhsulunu daxili bazarda ənənəvi satış kanalı vasitəsilə satmaqda maraqlı olsun;
- qiymət kifayət qədər aşağı olmalıdır ki, xarici ticarət bölməsi xarici bazarlarda rəqabətqabiliyyətli olsun.
Burada bölmələr arasında münaqişə üçün şərait yaranır. Buna görə də firmanın ümumi məqsədi dominant rolunu oynamalıdır. Xarici transfert qiyməti xarici ticarət bölməsinə verilən məhsulun qiymətinə deyilir. Bu qiymətin təyin olunması daha mürəkkəbdir, belə ki, vergi qanunlarını, valyuta məzənnələrini, yerli qaydaları və gömrük tariflərini nəzərə almaq lazımdır. Firmanın ticarət filialının fəaliyyətində iştirak səviyyəsi də əhəmiyyətli rol oynayır. Əgər söhbət birgə müəssisədən və ya lisenziyadan gedirsə, ixracatçı yüksək transfert qiyməti tətbiq etməyə çalışır. Əgər filial firmanın özünəməxsusdursa, onda firma aşağı transfert qiymətləri tətbiq etməyə çalışır. İxracat zamanı firmanın ixrac xərcləri qiymətin ən böyük hissəsini təşkil edir. Buna görə də xarici bazarda qəbul olunan qiymətlə beynəlxalq transfert qiymətlərini ixrac xərclərini nəzərə almaqla müqayisə etmək vacibdir. İxrac xərclərinə aşağıdakılar aid edilir:
- məhsulun quru, dəniz və ya hava nəqliyyatı vasitəsilə daşınma xərcləri;
- yükləmə-boşaltma və gömrük yığımları;
- daşımanın sığortası və s.
İxrac zamanı bu xərcləri dəqiqləşdirmək və onları kimin ödəməsini (alıcı və satıcı) təyin etmək lazımdır. Bu şərtlərin bir neçəsi aşağıda göstərilmişdir:
- Franko-zavod (Ex Workc, EXW). Satıcı məhsulu alıcının öhdəsinə öz ərazisində verir və alıcı sonrakı bütün xərclərə görə özü cababdehdir;
- Bortda azaddır (FREE on board, FOR). Satıcının məsuliyyəti məhsulun borta (gəmi, təyyarə, avtomobil ) yüklənməsindən sonra bitir;
- Bortun yanında azaddır (FREE Alongside Shir, FAS). Satıcı məhsulu limana çatdırır və yükləmə anına qədər bütün xərcləri ödəyir;
- Qiymət, sığorta, fraxt (Cost, İnsurance, Freight, CIF)? Satıcı nəqliyyat xərclərini ödəyir və məhsulu təyinat limanına qədər sığorta etdirir.;
- Gömrük haqqını ödəməklə çatdırmalıdır (Delivery Duty Raid, DDR). Satıcı məhsulu ixracat ölkəsində göstərilən yerə qədər çatmasına kimi bütün xərcləri (gömrük haqqı, nəqliyyat xərcləriv və s.) ödəyir.
3. Qiymət strategiyasının hazırlanmasında məsrəflərin təhlilindən başlamaq ən geniş yayılmış üsuldur. Firma məhsulun yaranmasına və istehsalına xərclər çəkdiyi üçün məhsula elə qiymət diapazonu təyin etməlidir ki, qoyulan sərmayə və daimi xərclərin ödənilməsi təmin olunsun. Bazar amilini nəzərə almaqla məsrəflər əsasında hesablanmış qiymət məsrəflər əsasında qiymət adlanır. Belə qiymətlərin üç növünü göstərmək olar ki, onların hər biri məsrəflərin ödənilməsi və rentabellik üzrə konkret məqsədlərə uyğundur:
- minimal qiymət;
- texniki qiymət;
- məqsədli qiymət.

Yüklə 220,06 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin