1. Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məzmunu


Sahibkarlıq fəaliyyətinin informasiya təminatı



Yüklə 220,06 Kb.
səhifə28/59
tarix30.03.2023
ölçüsü220,06 Kb.
#124544
1   ...   24   25   26   27   28   29   30   31   ...   59
Sahibkarlıq fəaliyyətinin məzmunu

5. Sahibkarlıq fəaliyyətinin informasiya təminatı idarəetmə prosesində istifadə edilən məlumatlar külliyyatı, sənədlər məcmusu, onların dövriyyəsi, informasiya axınlarının səmərəli təşkilini təmin edən vasitələr, metodlar külliyyatıdır.
İnformasiya müvafiq məruzələrin, hesabatların, idarəetmə qərarlarının hazırlanması və qəbulu üçün əsas sayılır. Sahibkarlıq fəaliyyətinə kompleks sistem yanaşma üçün informasiyanın təsnifatı zəruridir. İnformasiyanın təsnifatı eyni zamanda informasiya sisteminin formalaşması və təkmilləşdirilməsi üçün də lazımdır.
İnformasiyanı müxtəlif əlamətlərə görə təsnifləşdirmək olar ki, hər bir sinif idarəetmə prosesində informasiyanın istifadə olunma xarakterini əks etdirir.
İdarəetmə cəhətlərinə görə informasiya siniflərə ayrılır. Bu əlamətə görə iqtisadi- texnoloji, elmi-texniki informasiya fərqlənir.
1. İqtisadi informasiya. İnformasiyanın ən çox yayılmış hissəsini iqtisadi informasiya təşkil edir. İstehsal sahələrində istehsal prosesinin gedişi təsərrüfat fəaliyyətinin vəziyyəti, marketinq tədqiqatlarının nəticələri və s. proseslər iqtisadi, kollektivdə insanlar arasındakı münasibətlər sosial informasiya ilə əks olunur. Ümumiyyətlə iqtisadi informasiya dedikdə, bazar münasibətləri təsərrüfatının idarəedilməsi ilə əlaqədar funksiyaların, hadisələrin, proseslərin əks
Etdirilməsini xarakterizə edən məlumat və göstəricilər məcmusu başa düşülür. Təsərrüfatın idarə edilməsi funksiyalarına görə müxtəlif növ informasiyalardan istifadə olunur.
2.Texnoloji informasiya. Texnoloji proseslərin geniş tətbiqi ilə əlaqədar olaraq texnoloji informasiya iqtisadiyyatda böyük rol oynamağa başlamışdır. Müasir hesablama, rabitə texnikasının tətbiqi ilə əlaqədar olaraq informasiyanın texnoloji xüsusiyyətləri meydana gəlmişdir.
3. Elmi-texniki informasiya. Elmi texniki tədqiqat və layihə təşkilatları “ixtiralar və səmərələşdiricilər tərəfindən yaranır. Xalq təsərrüfatı, sənaye, kənd təsərrüfatı istehsalının bütün mərhələlərində elmi-tədqiqat və idarəetmə məsələlərinin həlli və qərarlarının çıxarılması üçün elmi-texniki informasiyaya böyük tələbat hiss edilir. Firmalarda, şirkətlərdə elmi-texniki inkişaf planlarının hazırlanması zamanı, texniki inkişafın mövcud səviyyəsinin, kəşflərin, texniki yeniliklərin qiymətləndirilməsi və s. proseslərində elmi-texniki informasiyanın təşkilatlarda geniş istifadə olunması təşkilatların rəqabət qabiliyyətini yüksəltməklə onların fəaliyyətini xeyli artırır.
İnformasiya başqa əlamətlərə görə də təsnifləşdirilir:
- dövrülüyünə görə- təcili, cari, qeyri-müəyyən hesabatlar
- istifadə olunmasına görə- ilkin, aralıq, yekun
- hesablama maşınlarında işlənməsi prosesinə görə- giriş, daxili, çıxış informasiya
- vaxta və məqsədə görə- sabit və dəyişən informasiya
İnformasiyaya qoyulan tələblər .
İdarəetmə funksiyalarını müvəffəqiyyətlə yerinə yetirmək üçün informasiyaya aşağıdakı tələblər qoyulur.

Yüklə 220,06 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin