1. Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məzmunu


Rəqabət mühitinin xarakteri ilə qiymətqoyma qərarlarının əlaqəsi



Yüklə 220,06 Kb.
səhifə33/59
tarix30.03.2023
ölçüsü220,06 Kb.
#124544
1   ...   29   30   31   32   33   34   35   36   ...   59
Sahibkarlıq fəaliyyətinin məzmunu

Rəqabət mühitinin xarakteri ilə qiymətqoyma qərarlarının əlaqəsi
Firma öz qiymətqoyma strategiyasını seçmək üçün ona məhsulunu yuxarıdakı 4 kvadratdan birinə aid etməsi lazımdır.
1. Əgər rəqiblər azdırsa, və məhsulun qəbul olunan dəyəri yüksəkdirsə, bu hal inhisar və ya differensiasiyalı oliqopoliya tipli bazara uyğun gəlir. Differensiasiya elementinin qəbul olunan dəyəri nə qədər yüksəkdirsə, firmanın qiymətqoyma müstəqilliyi bir o qədər də böyük olur. 2. Əgər rəqiblər çoxdursa və məhsullar eyni tiplidirsə, bu hal xalis rəqabət tipli bazara aiddir. Burada qiymət ümumi tələbat və ümumi təklifin nisbəti ilə təyin olunur. Belə halda firmanın heç bir qiymət müstəqilliyi yoxdur. 3. Birinci kvadrat qeyri-differensial oliqapoliya tipli bazara aiddir. Rəqiblərin bir-birindən güclü asılılığı onların qiymət müstəqilliyini məhdudlaşdırır. Belə halda bazarın liderinin strategiyasına uyğunlaşmaq məsləhət görülür. 4. Dördüncü kvadrata yüksək differensiasiya olunmuş məhsullar aid edilir. Burada çoxsaylı rəqib firmalar differensiasiya olunmuş analoji məhsullar təklif olunur.
4. Yeni məhsullar üçün qiymətin təyin olunması çox mürəkkəb və müqayisə olunmazdır. Burada ilkin qiymət fundamental əhəmiyyət kəsb edir və yeni məhsulun kommersiya və maliyyə taleyinə təsir edir. Məsrəflərin, tələbatın və rəqabətin təhlilini apardıqdan sonra firma iki əsas strategiyadan birini seçməlidir:
- yüksək ilkin qiymətin təyin olunması və ya qaymağın yığılması strategiyası;
- aşağı ilkin qiyməti tətbiq edərək qısa müddətdə bazara daxil olmaq strategiyası.
Qaymağın yığılması strategiyası yeni məhsulun yüksək qiymətlə satışını nəzərdə tutur. Burada iri maliyyə vəsaitinin tez əldə olunması məqsədi güdülür. Bu strategiyanın bir neçə üstünlüyü vardır. Lakin onun müvəffəqiyyətli olması üçün bir sıra şərtlərin olması vacibdir:
- məhsul o qədər yenidir ki, alıcı müqayisə bazasına malik olmur, bazarın formalaşması ləng gedir, bu halda firma çox böyük üstünlüyə malik olur və o bu vəziyyətdən istifadə edərək mümkün qədər çox pul vəsaiti əldə etmək istəyir.
- yüksək qiymətli yeni məhsulun buraxılışı bazarı müxtəlif qiymətli elastikli seqmentlərə bölməyə imkan verir. Yüksək ilkin qiymətlə qeyri-elastik seqmentdə yüksək mənfəət əldə etmək və qiymətin sonrakı enməsi ilə elastik seqmentlərə daxil olmaq olar;
- tələbatı qiymətləndirmək çətindir və qiymətin aşağı salınması halında bazarın genişlənəcəyi proqnozu təhlükəlidir. Belə problem istehsal prosesinin tam hazırlanmaması zamanı meydana çıxır.

Yüklə 220,06 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin