Marketinq. Maksimum mənfəət əldə etmək məqsədilə bazarın və istehlakçıların real tələblərini öyrənmək əsasında əmtəələrin layihələndirilməsi, istehsalı, reallaşdırılması üzrə fəaliyyətin planlaşdırma və təşkili sistemidir. Marketinq bir tərəfdən firmanın bütün fəaliyyəti-elmi-tədqiqat işləri, istehsal, investisiya, işçi qüvvəsi, satış proqramlarının, digər tərəfdən istehlak tələbatının, onun dəyişməsinin hərtərəfli öyrənilməsinə əsaslanır. Belə ki, o bazara və mövcud tələbata fəal təsir etməklə yeni tələbatlar yaradır.
Planlaşdırma. Firmanın planlaşdırılmasının məzmunu bazar tələbatını və mümkün material mənbələrini nəzərə almaqla istehsalın inkişaf istiqamətlərini əsaslandıraraq təyin etməkdir. Planlaşdırmanın məzmunu bütövlükdə firmanın və onun bölmələrinin müəyyən dövr ərzində inkişaf məqsədi konkretləşdirildikdə, təsərrüfat məsələlərinin, onlara nail olmaq vasitələrinin, reallaşdırma məsələlərinin həlli üçün zəruri material, maliyyə və əmək resurslarının aşkar edilməsində aydın olur.
4. Müəssisənin bütün resurslarının maksimal səmərəli istifadə edilməsi məqsədi daşıyan menecment istehsalın və xidmətin səmərəliliyini yüksəldir. İşlərin optimal təşkili metodlarının və işçilərə rəhbərlik üsullarının istifadə edilməsi istehsalın daha yüksək nəticələrinə nail olmağa imkan verir. İdarəetmə məharətini (gücünü) M idarəetməyə yönəlmiş məsrəflər vasitəsilə (mürəkkəb texnologiyanın, innovasiya proseslərinin istifadə edilməsi) ifadə etmək olar. İdarəetmə məharətinin M artması istehsalın səmərəliliyinin E (gəlirin, mənfəətin, kapital veriminin) artmasına gətirib çıxarır. Tutaq ki, menecment sistemini tətbiq etmədən səmərəliliyin səviyyəsi E qədərdir. Menecmentin tətbiqi ilə E əvvəlcə azacıq artır, sonra isə qüvvəni artırmaqla, yəni, daha yeni metodlardan və mexanizmlərdən istifadə etməklə sürətli verim artımı başlayır. Bundan sonra menecmentin verimi azalır, daha sonralar isə mövcud idarəetmə sistemində əsaslı dəyişikliklər aparmadan sistemə kapital qoyuluşunun artımı səmərəliliyin artmasına təsir etmir, yəni o, dəyişməz qalır.
Menecment veriminin səmərəliliyinin dəyişmə qanunauyğunluğu hədd veriminin hesablanmasından aydın görünür.
MM=∆E/∆M Odur ki, idarəetmənin səmərəliliyini daha da artırmaq üçün idarəetmə metodlarını dəyişdirmək və yeni mütərəqqi sistemə keçmək lazımdır.