1. Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məzmunu



Yüklə 220,06 Kb.
səhifə29/59
tarix30.03.2023
ölçüsü220,06 Kb.
#124544
1   ...   25   26   27   28   29   30   31   32   ...   59
Sahibkarlıq fəaliyyətinin məzmunu

Komplekslilik – informasiya təşkilatın xidmət sahələrinin ( texniki, təşkilati, iqtisadi, sosial) xarici mühitlə əlaqəli fəaliyyətini əks etdirməlidir.
Operativlik- idarəolunan sistemdə giriş informasiya prosesinin getməsi ilə eyni vaxtda olmalıdır və ya onun qurtarması anına uyğun olmalıdır.
Sistematik – tələb olunan informasiya sistematik və fasiləsiz daxil olmalıdır.
Doğruluq – informasiya dəqiq ölçülər əsasında müəyyənləşdirilir.
İnformasiya daşıyıcılarına müəssisədə informasiyaların mənbəyi, avtomatik qurğular, icraçılar, istehsal bölmələri və s. daxildir. İnformasiyaları saxlamaq, işləmək və başqa orqana vermək üçün onlar hər hansı bir daşıyıcıda qeydə alınmalıdır. Bu daşıyıcılar idarəetmə prosesində insanlar və texnika arasında sıx əlaqə yaradır.
İdarəetmə informasiyaların yazılmasında geniş istifadə olunan daşıyıcı sənəddir.
Sənəd- yazılı formada akt olub, məlumatları özündə əks etdirir və hüquqi əhəmiyyət kəsb edir. İnformasiya işləri üzrə aparılan əməliyyatları yüngülləşdirmək üçün maşınlı daşıyıcılardan istifadə edilir. Onlara kompyuterləri, maqnit lentləri, diskləri və s. misal göstərmək olar.
Mövzu 9. Sahibkarlıqda qiymətqoymanın mahiyyəti və məqsədləri

1. Qiymətqoymanın mahiyyəti və məqsədləri
2. Xarici bazarlarda qiymətqoyma siyasəti
3. Qiymətqoyma metodları
4. Yeni məhsullar üçün qiymətqoyma siyasəti
1. Qiymət dəyərin pulla ifadəsi kimi sahibkarlıq fəaliyyətində mühüm rol oynayır. Qiymətin mahiyyətini dərk etmək üçün ona alıcının və sahibkarın mövqeyindən yanaşmaq lazımdır. Alıcı üçün məhsulun qiyməti onun tələbatının (bu məhsul vasitəsilə) ödənilməsinə görə verməyə hazır olduğu pulun miqdarıdır. Sahibkar üçün isə qiymət onun məsrəflərinin və istədiyi mənfəətin ölçüsüdür.
Məlumdur ki, alıcı üçün məhsul onun tələbatını müxtəlif üsullarla ödənilməsidir. Buna görə də məhsulun qiyməti tələbatın ümumi ödənilmə səviyyəsinə uyğun əks etdirilməlidir. Göründüyü kimi, məhsulun qiymətini müəyyən etməzdən əvvəl onun alıcılıq tərəfindən necə qəbul ediləcəyini dəqiqləşdirmək çox əhəmiyyətlidir.
Sahibkar üçün qiymət iki əsas funksiyanı yerinə yetirir:
- tələbat həcminin artırılması
- uzunmüddətli rentabelliyin təmin edilməsi.
Sahibkarın əsas məqsədlərindən olan mənfəətin əldə edilməsində qiymət həlledici rol oynayır. Buna görə də qiymətqoyma strategiyasını seçərkən sahibkar həm daxili məhdudiyyətləri (məhsulun istehsalına və satışına çəkilən xərclər, rentabellik), həm də xarici (bazar tutumu- tələbat, rəqabət və i.a.) məhdudiyyətləri nəzərə almalıdır.
Məhsula təyin olunmuş qiymət ona tələbatın səviyyəsinə və müəssisənin satış həcminə bilavasitə təsir göstərir. Həddən artıq yüksək və ya aşağı qiymət məhsulun uğurlarını heçə endirə bilər.
Son dövrlərdə iqtisadiyyatda baş verən mühüm dəyişikliklər qiymətqoyma siyasətinin əhəmiyyətini və mürəkkəbliyini xeyli artırmışdır. Texniki tərəqqinin sürətlənməsi və məhsulların həyat dövrünün qısalması hər hansı məhsulun layihələndirilməsinə, istehsalına və satışına çəkilən xərclərin ödənilmə müddətinin xeyli azaldılmasına istiqamətlənir. Buna görə də yeni məhsullara ilkin qiymətlərin düzgün müəyyən edilməsi çətinləşir. Digər tərəfdən, oxşar xüsusiyyətli məhsulların çoxluğu, yəni məhsulların yaranma sürətinin artması və çeşidinin genişliyi məhsulun bazarda qiymət üzrə mövqeyinin düzgün seçilməsinin əhəmiyyətini daha da artırır. Dünya bazarında istehsal amillərinə qiymətlərin tez-tez dəyişməsi, dövlətin hüquqi və sosial tənzimlənmə tədbirlərinin gücləndirilməsi, iqtisadi böhranların nəticəsi olaraq alıcıların alıcılıq qabiliyyətlərinin azalması qiymət amilinin sahibkarlıqda və ümumiyyətlə, iqtisadi fəaliyyətdə əhəmiyyətini xeyli artırmışdır.
Sahibkarlıqda mənfəət nisbi və mütləq ölçülərlə ifadə olunur. Nisbi mənfəət məhsul vahidinin qiyməti və maya dəyərinin fərqi kimi qəbul olunur. Mütləq mənfəət isə sahibkarın ümumi satışdan əldə etdiyi gəlirlə bununla bağlı xərclərin fərqi kimi müəyyən olunur. Qiymətqoyma siyasətinin rəqabətlə bağlı məqsədlərində əsas yerdə qiymətlər nisbətinin sabitliyi və ya rəqiblərə nisbətən fərqli qiymət mövqeyinin seçilməsi dayanır. Əgər bazarda lider-müəssisə varsa, qiymətlər nisbətinin sabitliyi məqsəd kimi qəbul olunur. İkinci hal qeyri-diferensial oliqopoliya tipli bazarlarda tətbiq olunur. Belə vəziyyətdə sahibkar rəqabətin qeyri-qiymət üsullarından daha çox istifadəyə istiqamətlənir. Sahibkarın qiymətqoyma siyasətinə təsir göstərən amillər aşağıdakılardlr:
- İstehlakçılar;
- Rəqiblər;
- Satış kanalları;
- Məsrəflər;
- Dövlətin iqtisadi siyasəti.
Məhsulun istehsalçıdan alıcıya çatdırılmasında iştirak edən satış kanalları müəssisənin qiymət siyasətinə təsir göstərirlər.
İstehsalçı qiymətlərə tam nəzarəti ələ keçirmək üçün aşağıdakı işləri görə bilər:
- özünün satış şəbəkəsini yaradaraq alıcılarla birbaşa əlaqə yaratmaq;
- konsiqnasiya formalı təchizatı təşkil etmək;
- tanınmış ticarət markasını yaratmaq.

Yüklə 220,06 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin