Minimal qiymət dəyişən məsrəflərə əsasən müəyyən edilir. Bu qiymət firmanın təyin etdiyi qiymət diapazonunda ən aşağı səviyyə sayılır. Texniki qiymət məhsulun buraxılışına çəkilən dəyişən və daimi xərclərin ödənilməsini təmin edir.
Texniki qiymət = Dəyişən məsrəflər + Daimi xərclər və ya
Texniki qiymət =
Burada, F – ümumi daimi xərclərdir. Beləliklə, texniki qiymət konkret satış həcminə görə məsrəflərin tam ödənilməsini təmin edir və başqa satış həcmləri üçün tətbiq oluna bilməz. Adətən texniki qiyməti müxtəlif satış həcmləri üçün hesablayır və minimal qiymətlər diapazonunu təyin etmək üçün istifadə edirlər.
Məqsədli qiymət investisiya edilmiş sərmayəyə əsasən təyin olunan əlavələrlə texniki qiymətin cəmi kimi müəyyən olunur. Bundan əlavə bu qiyməti təyin edən zaman satış həcmi üzrə proqnozları da nəzərə almaq lazımdır.
Məqsədli qiyməti başqa bir metodla texniki qiymətin üzərinə dəqiqləşdirilmiş əlavələr gəlməklə ( 10%, 20 %) təyin etmək olar.
Məqsədlərə əsaslanan qiymətlər qiymətqoymanın yeganə bazası olmasa da qiymətqoymanın başlangıc nöqtəsi rolunu oynaya bilər. (firma öz məsrəfləri haqqında daha çox informasiyaya malik olur). Bundan əlavə bütün rəqib firmalar bu cür qiymətqoyma siyasətini qəbul edərləesə, onların qiymətləri bir-birinə yaxınlaşar və qiymət rəqabəti aradan götürülə bilər. Müəssisənin məsrəfləri əsasında qiymətqoyma zamanı mənfəətin və istehsal həcminin bağlılığını direkt-kostinq adlanan metoddan istifadə edərək geniş tətbiq etmək olar. Mənfəəti formalaşdıran əsas amillər zənciri aşağıdakı sxem kimi təqdim oluna bilər:
X ərclər istehsal həcmi mənfəət
Direkt-kostinq sistemində uçotun, təhlilin və idarəetmə qərarlarının qəbul edilməsinin yüksək səviyyəli inteqrasiyasına nail olunmuşdur. Bu sistemin ən vacib təhlil imkanları aşağıdakılardır:
- mənfəətin və buraxılan məhsulun çeşidinin optimallaşdırılması;
- yeni məhsula qiymətin müəyyən edilməsi;
- müəssisənin istehsal gücünün dəyişmə variantlarının hesablanması;
- yarımfabrikatların alınması və ya istehsalın səmərəliliyinin qiymətləndirilməsi;
- əlavə sifarişlərin səmərəliliyinin qiymətləndirilməsi;
- avadanlığın əvəz edilməsinin səmərəliliyinin qiymətləndirilməsi və s.