Qaymağın yığılması strategiyasının əsas üstünlüyü qiymətin sonrakı dəyişmələri üçün açıq yol yaratmasıdır. Kommersiya nöqteyi nəzərdən qiyməti aşağı salmaq onu yüksəltməkdən asandır. Maliyyə nöqteyi nəzərdən bu strategiya iri sərmayə həcminin tez bir zamanda azad olunmasına və onun sonrakı istifadəsinə imkan verir. Bazara daxil olma strategiyası bazarın böyük hissəsini tutmaq üçün aşağı qiymətin təyin olunmasına əsaslanır. Bu strategiyanı tətbiq edən zaman firma intensiv satış sisteminə, güclü reklam kompaniyasına və böyük istehsal gücünə malik olmalıdır. Bu strategiya iri ilkin sərmayə qoymağa imkanı olan firmalar üçün yaralıdır. Göstərilən strategiyanın seçilməsinə aşağıdakı şərtlər təsir göstərir:
- tələbat qiymətə görə yüksək elastikli olanda;
- istehsal həcminin artması ilə əlaqədar məhsul vahidinə məsrəflərin xeyli azaldılması mükün olanda;
- yeni məhsula tez bir zamanda kəskin rəqabətin yaranması mümkün olanda;
- bahalı məhsullar seqmenti tam tutulduğu halda;
- potensial alıcılar yeni məhsulu öz istehsalına və ya istehlakına uyğunlaşdıra bilirlər. Bu zaman qeyri-qiymət məsrəflərinin kiçik olması əsas şərtdir.
Bazara daxil olma strategiyası daha çox risklidir. Yeni məhsulun uzun müddətə özünü ödəməsini nəzərdə tutan firma nəzərə almalıdır ki, bazara sonra gələn rəqiblər yeni texnologiya tətbiq etməklə yenilikçi firmaya nisbətən daha üstün mövqe tuta bilərlər. Qiymətlərin səviyyəsini və müəyyən edilməsini təhlil edərkən sahibkar qiymət sistemində ümumi vəziyyəti təsəvvür etməlidir.
Müəyyən əlamətlərə görə müvafiq olaraq qiymətləri sistem şəkildə aşağıdakı kimi təsnifləşdirmək olar:
1. Qeydə alınma üslubuna görə.
a) müqavilə qiymətləri- tərəflərin razılığına görə müəyyən olunur və müqavilədə qeydə alınır.
b) transfert qiymətləri- bu qiymətlər müəssisənin daxilində onun filialları və bölmələri arasında məhsulları reallaşdırarkən tətbiq olunur.
v) birja qiymətləri – birja vasitəsilə məhsullar satılarkən istifadə olunur.
2.Əsaslanma dərəcəsinə görə:
a) Bazis qiymətləri – analoji məhsullara qiymətlər müəyyən edilərkən ilkin baza kimi tətbiq olunur
b) kataloq (məlumat- sorğu) qiymətləri- qəzetlərdə, jurnallarda, kataloqlarda, iqtisadi xəbərlərdə nəşr olunan qiymətlərdir.
v) Faktiki qiymətləri- bu qiymətlər bazis qiymətinə əlavə dəyişikliklər nəzərə alınmaqla dəyişdirilir.
3. Vaxt fəaliyyəti üzrə:
a) daimi qiymətlər- müqavilə üzrə məhsullar tədarük edilərkən onun müddəti ərzində dəyişilmir.
b) cari qiymətlər – bazar konyukturasından asılı olmaqla bir kontraktın yerinə yetirilməsi ərzində dəyişilə bilər.
v) sürüşkən qiymətlər – uzun müddətli məhsulların hazırlanmasına ticarət sazişlərində müəyyən olunur. Bu qiymətlər hazırlanma dövründə baş verən istehsal xərclərinin dəyişilməsini nəzərə alır.
q) mövsümü qiymətlər- müəyyən vaxt periodu ərzində fəaliyyət göstərir.
ğ) pilləvari qiymətlər - əvvəlcədən qəbul edilmiş, şkala üzrə məhsulların qiymətlərinin tədricən aşağı düşməsini nəzərdə tutur.