Mövzu 10. Sahibkarlıqda rəqabət və sahibkarlıq sirri 1.Rəqabətin iqtisadi mahiyyəti 2. Rəqabətin əsas növləri 3. Azad rəqabətin əsas əlamətləri 4. Azərbaycanda rəqabət mühitinin inkişafı məsələləri 5. Rəqabət şəraitində müəssisənin bazar strategiyasının formalaşması 6 Sahibkarlıq sirri 1. Bazar iqtisadiyyatının mühüm atributlarından biri kimi rəqabət müəssisənin xarici mühitini formalaşdıran amillərdən biridir. Rəqabətin mövcudluğu üçün aşağıdakı iki amilin mövcudluğu zəruridir.
1. Konkret bazarda çoxlu sayda müstəqil fəaliyyət göstərən istehsalçı və istehlakçıların mövcudluğu;
2. İstehlakçı və istehsalçıların bu və ya digər bazarlara daxil olmaq və ya onları tərk etmək azadlığı.
Bazar iqtisadiyyatının dinamikliyinin, mütənasibliyinin və səmərəliliyinin təmin olunmasının ən mühüm mexanizmi kimi qəbul edilən rəqabətin təbiətini öyrənmək üçün onu müəyyən edən əsas amillərdən olan tələb və təklifin xüsusiyyətlərinin tədqiqi həmişə ön planda olmuşdur. Hər bir sahə özünəməxsus xüsusiyyətləri ilə rəqabətin təbiətini müəyyənləşdirir. Sahədə rəqabətin təbiətini onun strukturunu təşkil edən beş elementin təhlili vasitəsilə dərk etmək olar. Bu elementlər sahənin mənfəətlilik səviyyəsini müəyyənləşdirən amillərdir. Müasir Amerika iqtisadçısıM.Potterin konsepsiyasına görə rəqabət üstünlüyünün bazarda realizə olunmasına yalnız rəqib müəssisələr deyil, digər rəqabət qüvvələri də böyük təsir göstərir.
Potensial rəqiblər
Mövcud rəqiblər
Alıcılar
Təchizatçılar
Əvəzedici məhsullar
Sahədə rəqabəti müəyyən edən amillər Sahəyə daxil olma maneələri kimi aşağıdakıları göstərmək olar:
1) hüquqi maneə-patent;
2) yeni istehsalın mənimsənilməsinə və satışın təşkilinə tələb olunan sərmayənin iri miqdarı və bununla bağlı risk;
3) bazarda mövcud olan müəssisələrin məsrəflər üzrə üstünlüyü və təcrübə effektinin böyüklüyü.
Bazarda mövcud olan rəqiblərin yeni peyda olmuş rəqibə əks təsiri aşağıdakı amillərlə müəyyənləşir.
1) Onlar üçün bazarın əhəmiyyətlilik dərəcəsi;
2) İri maliyyə ehtiyatlarının mövcudluğu.
Bir alıcılar qrupu üçün eyni funksiyanı başqa texnologiya əsasında yerinə yetirən məhsullar kimi, əvəzedici məhsulların mövcudluğu və onların keyfiyyət, qismət nisbətinin yaxşılaşması bazarda məhsulların yuxarı qiymət hədlərinə təsir göstərir. Əvəzedici məhsul alıcı üçün nə qədər cəlbedici olarsa, məhsulun qiymətinin yüksəldilməsi imkanları bir o qədər məhdudlaşır.
Alıcılar qiyməti aşağı salmağa məcbur etməklə, yaxud daha əlverişli xidmətlər və ödəmə şərtləri tələb etməklə müəssisənin rentabelliyini azalda bilərlər. Alıcıların müəssisəyə belə təsirlər etmək qabiliyyəti bir neçə halda mümkün olur:
1) Alıcının tələbatı müəssisənin satış həcminin böyük hissəsini təşkil etdikdə;
2) alınan məhsulun qiyməti alıcının ümumi məsrəflərində mühüm yer tutduqda;
3) məhsulun zəif diferensasiyası alıcılara başqa istehsalçı tapmağa ümid verdikdə;
4) alıcının bazar haqqında hərtərəfli məlumatı olduqda.
Xammal, enerji, yarımfabrikatlar, maliyyə, avadanlıq, informasiya və işçi qüvvəsi kimi istehsal amillərini müəssisəyə təklif edən müəssisə və təşkilatlar-təchizatçılar-öz məhsullarına qiyməti yüksəltmək imkanına malik olduqda bununla alıcı müəssisənin məsrəflərini artırmış olurlar. Təchizatçılar aşağıdakı hallarda müəssisələrdən onun şərtlərini qəbul etməyə razılıq almaq imkanı qazanırlar:
1) təchizatçının məhsulunun əvəzedicisi olan başqa məhsulun verdiyi səmərənin çox aşağı olduğu halda;
2) təchizatçının satış həcmində ayrı-ayrı alıcı müəssisələrin xüsusi çəkisi çox kiçik olduqda;
3) təchizatçının dəyişməsi alıcı müəssisə üçün iri həcmli məsrəflərlə bağlı olduqda.
Sahədə rəqabətin təbiətini müəyyən edən 4 elementdən-potensial rəqiblər, əvəzedici məhsullar, alıcılar və təchizatçılar-birinci iki element sahənin mənfəətliyinə dolayı, o biri iki element isə bilavasitə təsir göstərir. Sahənin mənfəətliyinə ən güclü təsir göstərən element sahənin müəssisələri arasındakı rəqabətdir. Sahələrarası rəqabət- müxtəlif sahələrin müəssisələri arasındakı rəqabətdir. Bu, mənfəət norması kiçik olan sahələrdən, mənfəət norması böyük olan sahələrə kapitalın axıdılmasına səbəb olur.
2. Sahibkarlıq fəaliyyətində rəqabətin əsas növlərini aşağıdakı əlamətlərinə görə fərqləndirmək olar:
1. Rəqabət subyektləri: fərdi və qrup;
2. Münasibətin xarakteri: azad (təkmil), oliqapoliya, inhisar;
3. Funksional təyinatı: sahədaxili, sahələrarası və ərazi;
4. Fəaliyyət metodları: qiymətə görə və qeyri-qiymətə görə, vicdanlı və vicdansız.
Rəqabətin aşağıdakı növlərini fərqləndirirlər: firmalar arasında xalis rəqabət, funksional rəqabət, əşya, növ əlamətinə görə rəqabət.
Xalis rəqabət böyük sayda rəqiblər olan sahələrdə müşahidə olunur və belə bazarlarda dövlət tərəfindən tənzimləməyə ehtiyac olmur.
Firmalar arasında xalis rəqabət zamanı bazara daxil olan firmalar bir-birilə əlaqəyə girmirlər və istehlakçı uğrunda azad mübarizə aparırlar. Firmadaxili rəqabət zamanı bir firmanın bölmələri məhsulun keyfiyyətinin yaxşılaşdırılması sahəsində rəqabət aparırlar. Nəticələr maliyyə sənədlərinin müqayisə edilməsi ilə müəyyən olunur.
Funksional rəqabət-istənilən tələbatı müxtəlif üsullarla təmin etmə şəraitində meydana çıxır. Məsələn, bir neçə firmanın əvəzedici məhsulları bir mağazada satıldıqda alıcılar onları müqayisə etməklə alırlar (televizor, soyuducu, yuyucu toz və s.).
Növ əlamətinə görə rəqabət bir məqsəd üçün təyin olunmuş əmtəələrin mövcudluğu şəraitində aparılır. Bu zaman əmtəələr müəyyən əsas xüsusiyyətlərinə (məsələn, televizorun ekranının ölçüsü, soyuducunun tutum həcmi, musiqi mərkəzinin səs gücünün səviyyəsi) görə fərqlənirlər.
Əşyaya görə rəqabət (çox az fərqləri olan) eyni əmtəənin buraxılması nəticəsində əmələ gəlir. Rəqabətin növlərinin təsnifatı bazarda istehsalçıların sayından və “xüsusi” çəkisindən asılıdır. Bunlara müvafiq olaraq təkmil və qeyri-təkmil rəqabəti fərqləndirirlər.
3. Azad rəqabətin əlamətlərinə aşağıdakılar aiddir: rəqabətin iştirakçılarının qeyri-məhdud sayı, bazara müstəqil daxil olmaq və ondan çıxmaq, hər bir adamın sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və ya bu fəaliyyəti dayandırmaq hüququnun olması və s.
Rəqabət iştirakçısı öz pulunu sadəcə olaraq istənilən istiqamətə deyil, öz gəlirini artırmaq üçün edir.
Rəqabətin hər bir iştirakçıların tam informasiyalaşdırılması ona imkan verir ki, düzgün, daha yaxşı seçmə aparsın.
Azad rəqabətin heç bir iştirakçısının başqa iştirakçıların qəbul etdiyi qərara təsir etmək imkanı yoxdur.
Azad rəqabət şəraitində tələb və təklifin dəyişməsi dövri olaraq, bir sahənin inkişaf etməsinə, digərinin isə zəifləməsinə səbəb olmuşdur. Bir firmanın gəlirinin artması, o birinin müflisləşməsinə gətirmişdir.
Xalis inhisar: Əgər bir müəssisə hər hansı məhsulun yeganə istehsalçısıdırsa – o inhisarçı müəssisə hesab olunur. Bu modeldə dörd xarakterik xüsusiyyət vardır.
1. satıcı yeganə şəxs kimi çıxış edir, belə ki, cəmi bir müəssisə mövcuddur.
2. realizə olunan məhsul unikaldır, yəni onu əvəz edən məhsul yoxdur.
3. inhisarçı- bazar hökmranlığına malikdir, qiymətlərə, bazarın təchiz olunmasına nəzarət edir.
4. inhisarçı bazarına diriş yolunda rəqabət üçün təbii və suni mənşəli keçilməz maneələr qoyulur.
Oliqopoliya: İqtisadiyyatın müasir səviyyəsi üçün oliqopoliya böyük üstünlüyə malikdir. Oliqopoliya tipli bazarda bir neçə iri firmalar rəqabət apararaq, istehsala və satışa nəzarət edirlər. Onların hər biri müstəqil bazar siyasəti yeridir. Lakin bununla bərabər belə firmalar bir-birindən asılıdır və rəqiblərin strategiyasını nəzərə almaq məcburiyyətindədir. Müasir oliqopoliya üç-beş sayda istehsalçılarla səciyyələnir. Oliqopoliya müəssisələri həm eyni tipli, həm də fərqlənən əmtəələr istehsal edə bilər.
Oliqopoliyalı bazarın təkmil bazardan əsas fərqi qiymətin dinamik olması ilə əlaqədardır. Əgər təkmil rəqabət bazarında tələb və təklifin dəyişməsindən asılı olaraq qiymətlər fasiləsiz və sistemsiz dəyişirsə, oliqopoliya tipli bazarda qiymətlər daha dayanıqlıdır və çox az dəyişir.
Qiymət və qeyri- qiymət rəqabəti.
Qiymətə görə rəqabət zamanı rəqabətin əsas üsulu istehlakçıların məhsulun qiymətinin digər istehsalçıların analoji məhsullarının qiymətləri ilə müqayisə etməsidir.
Qeyri- qiymət rəqabəti onunla xarakterizə olunur ki, rəqabət mübarizəsində əmtəənin qiyməti deyil, onu keyfiyyəti, servis xidməti, istehsalçı-firmanın şöhrəti əsas yer tutur.
Vicdansız rəqabət: Əmtəə istehsalçıları arasında kəskin mübarizədə çox zaman rəqabət normalarına və qaydalarına zidd metodlar tətbiq olunur, yəni vicdansız rəqabət aparılır. Vicdansız rqabəti aşagıdakılarla ifadə etmək olar:
1. dempinq qiymətlərlə - əmtəənin maya dəyərindən aşağı qiymətlərlə satılması
2. bazarda hökmranlıq vəziyyətindən sui-istifadə etməklə
3. başqa ticarət markalarından gizli istifadə edilməsilə
4. yalan informasiyanın yayılması ilə
5. rəqibin kommersiya sirrlərinin açıqlanması ilə və s.
Rəqabət mühitinin inkişaf səviyyəsi aşağıdakı amillərlə xarakterizə edilir:
1. istehsal parametrləri
2. tələbatın parametrləri
3. qohum və köməkçi sahələr
4. firmaların strategiyaları, strukturları və mübarizələri.
İstehsal amilləri aşağıdakı qruplar üzrə bölünmüşdür:
1. İnsan ehtiyatları 2. fiziki ehtiyatlar(torpaq sahələrinin, suyun, faydalı qazıntıların, enerji mənbələri miq) 3. bilik ehtiyatları ( elmi, texniki və bazar haqqında informasiya) 4. pul ehtiyatları 5. infrastruktur ( ölkəni nəqliyyat sistemi, rabit., poçt, bank sistemi, səhiyyə, mənzil fondu
Tələbat parametrləri- tələbatın üç xüsusiyyəti ilə xarakterizə edilir.
1. Daxili bazarda tələbatın strukturu
2. daxili tələbatın həcmi və artım xüsusiyyəti
3. daxili tələbatın xarici bazarlara ötürülməsi mexanizmləri
Qohum sahələr dedikdə, oxşar texnologiyadan istifadə edən və ya bir-birini tamamlayan məhsullar istehsal edən sahələr nəzərdə tutulur.
Rəqabət mühitinin dördüncü amili ölkədə firmaların necə yaranması və idarə olunması şəraitinə, rəqabətin xarakterinə görə müəyyən olunur.
Hər mühitin özünəxas xüsusiyyəti firmaların idarə olunması və rəqabətə böyük təsir göstərir.
Azad rəqabətin əlamətlərinə aşağıdakılardır: rəqabətin iştirakçılarının qeyri-məhdud sayı, bazar müstəqil daxil olmaq və ondan çıxmaq; hər bir adamın sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və ya bu fəaliyyəti dayandırmaq hüququnun olması.
Rəqabətin hər bir iştirakçısının tam informasiyalaşdırılması (təklif və tələb, qiymətlər, mənfəət norması və s. haqqında) ona imkan verir ki, düzgün, daha yaxşı seçmə aparsın. (məsələn, ev alma ilə səhm alma arasında). Son halda iştirakçı bilməlidir ki, xüsusilə hansı səhm ona maksimum gəlir verəcək. Eyni adlı məhsulların eyniliyi, əmtəənin ticarət markasının və keyfiyyətinin fərdi xüsusiyyətlərinin olmaması ilə ifadə olunur. Həmin ticarət markasının mövcudluğu satıcısını üstünlükverici inhisarçı vəziyyətinə çıxarır ki, bud a artıq azad bazar olmur. Azad rəqabətin heç bir iştirakçısının başqa iştirakçıların qəbul etdiyi qərar təsir etmək imkanı yoxdur. Belə ki, onların sayı çox olduğundan, hər bir istehsalçı-satıcının ümumi istehsal həcminə və təkliflərə təsiri nəzərə alınmayacaq dərəcədə kiçikdir. Odur ki, onun öz məhsulunu sataçağı qiyməti bazar qiymətinə demək olar ki, təsir etmir.
Azad rəqabətin iqtisadi nəticələri aşağıdakılardır:
- əvvəllər istehsal olunmayan mütərəqqi məhsulların mənimsənilməsi;
- modernləşdirilmiş məhsulun istehsalı;
- yüksək keyfiyyətli məhsul istehsalı;
- xərclərin azaldılması ilə istehsal həcminin artırılması;
- anarxiya, böhran;
- məhsuldar qüvvələrin paylanması;
- cəmiyyətin təbəqələşməsi.