1. Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məzmunu


Mövzu 11. Sahibkarlıq fəaliyyətinin planlaşdırılması. Biznes-planlar



Yüklə 220,06 Kb.
səhifə37/59
tarix30.03.2023
ölçüsü220,06 Kb.
#124544
1   ...   33   34   35   36   37   38   39   40   ...   59
Sahibkarlıq fəaliyyətinin məzmunu

Mövzu 11. Sahibkarlıq fəaliyyətinin planlaşdırılması. Biznes-planlar

1. Biznes-planın məqsədi və funksiyaları
2. Biznes-planın ümumi xüsusiyyətləri məzmunu
3. Biznes planın tərtibi metodikası və mərhələləri
1. Bazar iqtisadiyyatında sahibkarlığın bütün sahələrində istifadə olunan əsas iqtisadi idarəetmə vasitələrindən biri də biznes plandır.
Biznes-plan dedikdə, firmanın gələcək kompleks inkişafı planı başa düşülür. O, maliyyə hesabat sənədləri ilə birlikdə investisiya qoyuluşunun əsaslandırılmasına xidmət edir.
Sahibkarın öz fəaliyyətində qarşılaşa biləcəyi bütün çətinlikləri və təhlükələri üzə çıxararaq onların həlli yollarını özündə əks etdirməli olan biznes planın əsas məqsədi bazarın tələblərinə uyğun və zəruri ehtiyatların əldə edilməsi imkanlarını nəzərə almaqla sahibkarlıq fəaliyyətinin yaxın və perspektiv dövrlərlə planlaşdırmaqdır. Biznes planın hazırlanmasının digər məsələləri aşağıdakılar ola bilər.
1. Arzu edilən nəticələrə nail olmağın reallıq səviyyəsini aydınlaşdırmaq
2. Mövcud fəaliyyətin yeniləşdirilməsi və ya yeni fəaliyyətin yaranmasının məqsədəuyğunluğunu maraqlı şəxslərə sübut etmək
3. Yeni ideyanın reallaşdırılması üçün tərtib olunmuş layihədə göstərilən keyfiyyət və kəmiyyət göstəricilərinə nail olmağın mümkünlüyünü sahibkarın tərəfdaşlarına və əməkdaşlarına sübut etmək
4. Xarici bazara çıxış və investisiyaların cəlb edilməsi
Biznes planı tərtib etmədən fəaliyyət göstərən sahibkar özü üçün tamamilə gözlənilməz olan məsələlərlə qarşılaşaraq çox çətin vəziyyətə düşə bilər ki, bu da öz növbəsində həm sahibkarın özü üçün, həm də onun firması üçün ağır nəticələrə gətirib çıxarır. Obrazlı desək, biznes plan sahibkara tanış olmayan yerə səyahət edən insan üçün həmin yerin xəritəsi əhəmiyyətli olan qədər gərəklidir.
Sahibkarın fəaliyyətinin planlaşdırılmasının əhəmiyyəti aşağıdakılardan ibarət ola bilər:
- sahibkarı öz ideyasının perspektivlərini öyrənməyə məcbur edir;
- məqsədlərə çatmaq üçün göstərilən səylərin daha dəqiq əlaqələndirilməsinə imkan verir;
- nəzarətin həyata keçirilməsi üçün firmanın fəaliyyət göstəricilərini müəyyən edir;
- sahibkara öz məqsədlərini və onlara nail olmaq yollarını dəqiqləşdirməyə imkan verir;
- firmanı bazardakı qəfil dəyişmələrə daha çox hazırlıqlı edir;
- sahibkarın muzdlu işçilərinin məsuliyyət və vəzifələrini dəqiqləşdirməyə imkan verir.
Biznes-planın tərtib olunması zamanı sahibkarın özünün iştirakı mütləq vacibdir. Bu o qədər əhəmiyyətlidir ki, bir çox xarici banklar və investisiya fondları firma rəhbəri tərəfindən tərtib olunmamış biznes-planları ümumiyyətlə qəbul etmirlər.
Müasir praktikada biznes-plan 4 əsas funksiyanı həyata keçirir.
1. Biznes strategiyasının hazırlanmasında əsas analitik rol. Bu funksiya firmanın yaradılması dövründə fəaliyyət istiqamətlərinin seçilməsində çox mühüm əhəmiyyət kəsb edir.
2. Planlaşdırma. Biznes-planın bu funksiyası yeni fəaliyyət istiqamətinin inkişaf imkanlarını qiymətləndirməyə, firmadaxili proseslərə nəzarət etməyə imkanlar verir.
3. Pul vəsaitlərinin cəlb edilməsi. Müasir dövrdə respublikamızda investisiyalar olmadan əhəmiyyətli layihələri həyata keçirmək qeyri-mümkündür. Lakin bu kreditlərin alınması çox mürəkkəbdir. Buna səbəb yüksək faiz stavkalarından da çox, kreditlərin qaytarılmaması hallarının kəskin artımıdır. Belə hallarda banklar kreditlərin qaytarılması üçün tədbirlər kompleksi həyata keçirirlər ki, lakin burada əsas rol çox ciddi işlənilmiş biznes-plana verilir.
4. Tərəfdaşların cəlb olunması. Bu funksiyanın mahiyyəti sahibkarın planlarının həyata keçirilməsinə tərəfdaşları cəlb etməkdən ibarətdir.
Beləliklə, biznes-plan planlaşdırma ölçülərindən asılı olmayaraq istənilən müəssisənin fəaliyyətinin tərkib elementidir. Biznes-plan sahibkarın özü tərəfindən, onun cəlb etdiyi mütəxəssislər tərəfindən və ya “məsləhət qrupları” təşkilatları tərəfindən tərtib olunur. Bu planlar əhatə etdiyi dövrlərin müddətinə görə illik, 5 illik və daha çox uzunmüddətli planlara bölünürlər.
2. Biznes-plan kifayət qədər mürəkkəb sənəd olaraq müəyyən struktura malikdir. Bu sənəddə sahibkarın ideyasının izahı, onun potensialı, biznesin daxili və xarici mühitinin qiymətləndirilməsi, firmanın inkişaf dinamikası haqqında konkret göstəricilər əks olunur. Biznes planlar məzmunca fərqlənsələr də, onların tərkib elementləri və bölmələrinin mahiyyəti dəyişmir. Biznes plan aşağıdakı bölmələrdən ibarət olur:
1. ideyanın qısa məzmunu (müqəddimə);
2. fəaliyyət sahəsinin əsas xüsusiyyətləri;
3. yaradılacaq müəssisə və onun məhsulları haqqında məlumatlar;
4. bazarın tədqiqi və təhlilinin nəticələri
5. marketinq planı;
6. istehsal və maliyyə planı;
7. mümkün təhlükələrin qiymətləndirilməsi və sığorta.
Biznes planının tərtibi titul nərəqəsinin hazırlanmasından başlayır. Titul vərəqində sənədi tərtib edən, tərtib olunma vaxtı və yeri, sahibkarlıq ideyasının məzmununu qısa və dəqiq əks etdirən layihənin adı haqqında informasiya olmalıdır. Biznes planın ikinci səhifəsi onun strukturunu əks etdirməli olan mündəricat üçün ayrılır. Mündəricatda ərəb rəqəmləri ilə nömrələnmiş bölmə və başlıqlar əks olunur. Bundan sonra giriş hissəsi tərtib olunmalıdır. Burada biznes planı tərtib olunma məsələləri və onu tərtib edən şəxslər qrupu göstərilir. Verilən layihənin yaranması və sahibkarlıq ideyasının zəruriliyinin izahı da məqsədəuyğundur.

Yüklə 220,06 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin