1. Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məzmunu



Yüklə 220,06 Kb.
səhifə45/59
tarix30.03.2023
ölçüsü220,06 Kb.
#124544
1   ...   41   42   43   44   45   46   47   48   ...   59
Sahibkarlıq fəaliyyətinin məzmunu

Vaxt itkiləri - sahibkarlıq fəaliyyəti prosesi layihədə nəzərdə tutulmuş vaxta görə yavaş getdiyi səbəbindən baş verir. Vaxt itkisi saatlarla, günlərlə, aylarla və s. ölçülür.
Xüsusi növ itkilərə aşağıdakıları aid etmək olar: insanların sağlamlığına və həyatına, ətraf mühitə, sahibkarlığın nüfuzuna zərər vurulması ilə və digər xoşagəlməz sosial və mənəvi psixoloji amillərlə əlaqədar itkilər. Xüsusi növ itkilərin başlıca qrupu siyasi xarakterli nəzərdə tutulmamış amillərin təsiri ilə əmələ gələn itkilərdir.
2. Layihənin maliyyələşdirilməsi məsələlərini həll edərkən riskin uçotu onun səmərəli yerinə yetirilməsinin ən vacib şərtlərindən biridir. Layihənin maliyyələşdirilməsi planı aşağıdakı növ riskləri nəzərə almalıdır:
- layihənin qeyri-həyat qabiliyyətliliyi riski;
- vergi riski;
- borcların ödənilməsi riski;
- bitməmiş tikinti riski.
Layihənin qeyri-həyat qabiliyyətliliyi riski aşağıdakılara-nəzərdə tutulmuş gəlir-xərclərin doldurulması (ödənilməsi) borclarının verilməsi üçün kafi olmasına və istənilən ölçüdə vəsait qoyuluşunun ödənilməsinin təmin olunmasına zəmanət verməlidir. Layihənin ən yaxşı variantını gətirilmiş xərclər düsturu ilə seçmək olar:

Burada, -məhsulun maya dəyəri; K- əsaslı qoyuluş; - əsaslı qoyuluşun səmərəli istifadə edilməsinin normativ əmsalıdır.
Vergi riski aşağıdakıları nəzərdə tutur:
- verginin aşağı salınmasına zəmanət verilməsinin qeyri-mümkünlüyü;
- vergidə uduşun itirilməsini;
- vergi qanunvericiliyində dəyişikliklərin olmasını;
- layihənin həyata keçirilməsi nəticəsində vergi üstünlüyünü aşağı salacaq vergi xidmətinin qərarı.
Borcların ödənilməsi riski istehsal olunan məhsula tələbin qısamüddətli aşağı düşməsindən asılıdır və ya onun izafi istehsalından qiymətin aşağı düşməsi nəticəsində baş verir. Belə dəyişmələrin layihənin həyat qabiliyyətinə təsir etməməsi üçün onun yerinə yetirilməsindən alınan illik gəlir borclara görə maksimal illik ödəmələrdən çox olmalıdır. Borcların ödənilməməsinə görə riskin aşağı salınması üçün ehtiyat fondundan, istehsal ödəmələrindən, əlavə maliyyələşdirmədən, kreditlərdən də istifadə etmək olar. Bitməmiş tikinti riski üçün tikintinin iştirakçıları və investorları tərəfindən zəmanət verilməlidir. Əgər layihədə yeni texnoloji proses və ya nou-xao istifadə olunmuşdursa, investor tikintinin bitməsi üçün şərtsiz zəmanət tələb etməlidir, belə ki, bu cür layihələr ilkin nəzərdə tutulmuş layihəyə nisbətən xeyli bahadır.
3. Maliyyə əməliyyatları risk səviyyəsinin qiymətləndirilməsini və onun kəmiyyətcə ölçülməsini tələb edir. Sahibkarlıq riski ehtimalın subyektiv qiymətləndirilməsi ilə, yəni hər hansı kapital qoyuluşundan gözlənilən gəlirin maksimal və minimal ölçüləri ilə xarakterizə edilir. Onların alınma ehtimalının bərabər olması şəraitində maksimal və minimal gəlir (zərər) arasında diapazon (məsafə) nə qədər böyük olarsa,, riskin səviyyəsi də bir o qədər böyük olacaq.
3. Sahibkarlıq riski ehtimalın subyektiv qiymətləndirilməsi ilə, yəni hər hansı kapital qoyuluşundan gözlənilən gəlirin (zərərin) maksimal və minimal ölçüləri iləxarakterizə edilir. Onların alınma ehtimalının bərabər olması şəraitində maksimal və minimal gəlir (zərər) arasında diapazon (məsafə) nə qədər böyük olarsa, riskin səviyyəsi də bir o qədər yüksək olacaq. Daha doğrusu, qərarların qəbul edilməsi zamanı təsərrüfat situasiyalarının qeyri-müəyyənliyi çox olduqca riskin səviyyəsi də bir o qədər yüksək olar. Təsadüflər odur ki, hadisələr oxşar şəraitdə eyni cür baş vermir. Ona görə də onları qabaqcadan görmək olmur və proqnozlaşdırmaq mümkün deyildir. Lakin təsadüfləri uzun müddət müşahidə edərək təsadüflər aləmində müəyyən qanunauyğunluqların olduğunu aşkar etmək olar. A təsadüfi hadisəsinin obyektiv mümkünlük ölçüsü onun ehtimallığı adlanır. Məhz bu ehtimallı ədədin ətrafında A hadisəsinin tezliyi qruplaşır. İstənilən hadisənin ehtimallığı 0-dan 1,0-a qədər dəyişir. Əgər ehtimal sıfırdırsa, hadisə mümkün deyildir. Əgər ehtimal birə bərabərdirsə, onda hadisə doğrudur. Ehtimallıq təsadüfi hadisələri proqnozlaşdırmağa imkan verir. O, bu hadisələri kəmiyyətcə və keyfiyyətcə xarakterizə edir. Bu zaman qeyri-müəyyənlik səviyyəsi və risk dərəcəsi azalır. Təsərrüfat hadisələrinin gedişinin qeyri-müəyyənliyi çox zaman əks təsir amili ilə müəyyən edilir. Təsərrüfat hadisələrinin gedişində istənilən hərəkət həmişə əks təsirlə qarşılaşır. Fəlakət, yanğın və başqa təbii hadisələr, müharibə, üsyan, əmək kollektivlərində müxtəlif münaqişələr, müqavilə öhdəliklərinin pozulması, tələbin dəyişməsi, qəzalar və s. əks təsirlərə aid edilir. Sahibkar öz fəaliyyəti prosesində elə strategiya seçməlidir ki, bu strategiya əks təsirin dərəcəsini azaltmağa imkan versin və öz növbəsində risk dərəcəsini də azaltsın. Münaqişə şəraitində strategiyanın seçilməsi üçün riyazi aparat oyunlar nəzəriyyəsinə əsaslanır. Oyunlar nəzəriyyəsi sahibkara və ya menecerə rəqabət şəraitini daha yaxşı anlamağa və risk səviyyəsini minimuma endirməyə imkan verir. Oyunlar nəzəriyyəsinin üsullarının köməyilə təhlil sahibkara həm özünün hərəkətlərinin, həm də rəqiblərin strategiyasının bütün mümkün alternativlərini qiymətləndirməyə şərait yaradır. Beləliklə, oyunlar nəzəriyyəsi həqiqətən risklər haqqında elmdir.
Riskin ölçüsü (risk dərəcəsi) iki meyarla ölçülür:
- orta gözlənilən qiymət;
- mümkün nəticənin dəyişkənliyi.
Orta gözlənilən qiymət-qeyri-müəyyən şəraitlə əlaqədar hadisənin ölçüsünün qiymətidir. Orta gözlənilən qiymət bütün mümkün hadisələrin orta qiymətidir. Orta kəmiyyət ümumiləşdirilmiş kəmiyyət xarakteristikasını əks etdirir və kapital qoyuluşunun hər hansı bir variantının xüyrinə qərar çıxarılmasına imkan vermir. Son qərar qəbul etmək üçün göstəricilərin paylanmasını ölçmək lazımdır, yəni, mümkün nəticənin paylanması ölçüsünü təyin etmək lazımdır. Mümkün nəticənin paylanması gözlənilən qiymətin orta kəmiyyətdən kənarlaşma dərəcəsini göstərir. Bunun üçün praktikada adətən bir-birinə yaxın əlaqəli meyardan-dispersiyadan və orta kvadratik kənarlaşmadan istifadə edilir. Dispersiya – təsadüfi kəmiyyətin mümkün qiymətinin onun riyazi gözləməsi ətrafında paylanma xarakteristikasıdır:

Burada, dispersiya;
x – hər bir hal üçüçn gözlənilən qiymət;
- orta gözlənilən qiymət;
N – müşahidə hallarının (tezlik) sayı.
4. Müəssisənin fəaliyyətində riski azaldan əsas metodlar aşağıdakılardır:
1. Layihənin işlənib hazırlanması üçün yüksək ixtisaslı məsləhətçilərin cəlb edilməsi.
2. Layihəqabağı işləmələr zamanı meydana çıxan əlavə problemlərin öyrənilməsi
3. Bazar konyukturunun meylinin qiymətləndirilməsində proqnozlaşdırmanın elmi metodlarından istifadə edilməsi
4. Layihənin iştirakçıları arasında riskin bölüşdürülməsi
5. Risklərin sığortalaşdırılması
6. Nəzərdə tutulmayan xərclərin (məsrəflərin) doldurulması üçün vəsait ehtiyatlarının saxlanması;
6. Biznes-planların hazırlanması
Riskləri azaldan əsas amillərdən biri, riskin istehsal prosesinin iştirakçıları- hər şeydən əvvəl riskin sifarişçi və podratçı arasında paylaşdırılmasıdır.
Risklə əlaqədar qərarların qəbul edilməsi zamanı sahibkar obyektiv və subyektiv amilləri nəzərə almalıdır. Risklə əlaqədar olan qərarları qəbul edən şəxs aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
- düşünmə orijinallığı
- aqressivlik
- müstəqillik
Müasir şəraitdə gəlirli iş təşkil etmək üçün sahibkar yaxşı peşə hazırlığı keçməli, iqtisadiyyat, siyasət, psixologiya, hüquq və istehsalın təşkili sahələrində lazımi biliklərə yiyələnməlidir, alimlərlə, mütəxəssislərlə,marketoloqlarla, investorlarla əməkdaşlıq etməlidir. Risklə əlaqədar olan qərarların kənar halları ifrat slğortalaşma və avantürizmdir (fırıldaqçılıqdır). İfrat sığortalanma zamanı risk heçə enir, avantürzm riski maksimuma qaldırır. İfrat sığortalaşma səmərəni azaldır, avantüriz yüksək risk səbəbindən planlaşdırılmış nəticənin alınmamasına gətirir. Odur ki, hesablamalarla əsaslandırılmış riski nəzərə alan optimal qərarlar qəbul etməlidir.
Risklərin əsaslandırılması üçün elmi proqnozlaşdırma metodlarından istifadə edilir. Əsaslandırılmış risk sahibkarlıq fəaliyyətinin səmərəliliyini artırır. Onu qeyd edək ki, riskin tam ləğv edilməsi sahibkarlıq fəaliyyətində nadir hadisə kimi qiymətləndirilir və belə hal demək olar ki, mümkün deyildir.

Yüklə 220,06 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin