1. Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məzmunu



Yüklə 220,06 Kb.
səhifə38/59
tarix30.03.2023
ölçüsü220,06 Kb.
#124544
1   ...   34   35   36   37   38   39   40   41   ...   59
Sahibkarlıq fəaliyyətinin məzmunu

Biznes planın birinci bölməsi bir neçə səhifədən çox olmamalıdır. Bu bölmədə sahibkar (müəssisə) və onun ideyası haqqında investorlar qiymətli ola biləcək bütün informasiya əks olunur. Burada üstünlük sırası ilə müəssisənin fəaliyyət istiqamətləri göstərilir, hər istiqamət üzrə məqsədyönlü bazarlar və məsul şəxslər müəyyən edilir. Tərtibçilər layihənin məqsədini dəqiq ifadə etməli və məqsədə çatmaq üçün konkret vəzifələri qoymalıdır.
Biznes planın ikinci bölməsində sahibkarın istiqamətləndiyi sahənin əsas xüsusiyyətləri (sərmayə, əmək və elmtutumluluğu, rəqabətin sərtliyi, sahənin rəqabət qüvvələri və cəlbediciliyi, mənfəətlilik norması və s.) izah edilməlidir.
Biznes planın üçüncü bölməsində müəssisənin istiqamətləndiyi bazarlar və onun məhsullarının ünvanladığı alıcılar qrupu haqqında ilkin təsəvvürlər formalaşdırılmalıdır.
Dördüncü bölmədə göstərilmiş bazarlarda tədqiqatın məqsədləri və onun aparılması ardıcıllığı və metodları göstərilməli, vəzifələr qoyulmalı və alınan nəticələrin tətlili əsasında sahənin cəlbediciliyi haqqında əsaslandırılmış rəy irəli sürülməlidir. Əgər bazarın tədqiqini ixtisaslaşmış məsləhət firmaları aparacaqsa,sahibkar onlara tədqiqatın yerini, müddətini və əhatədairəsini göstərməli, onun dəqiq məqsədini və vəzifələrini müəyyən etməli, görüləcək işlər nəticəsində əldə olunacaq məlumatların sistemləşdirmə qaydalarını qeyd etməlidir.
Beşinci bölmədə beş əsas elementə yer verilir:
- rəqabət;
- alıcıların kateqoriyası;
- işgüzarlıq mühiti;
- işçi qüvvəsi bazarı;
- marketinq planının elementləri: əmtəə, qiymət, satış, kommunikasiya.
Rəqabətlə bağlı problemlərin tədqiqi zamanı yalnız real mövcud olan rəqibləri deyil, potensial rəqibləri də üzə çıxarmaq, onların istehsal və maliyyə imkanları, əks reaksiya vermək bacarıqları, satış, qiymət və kommunikasiya strategiyaları haqqında sistemləşdirilmiş məlumatları əldə etməktələb olunur. Alıcılar kateqoriyasını müəyyən edərkən sahibkarın istiqamətləndiyi bazar seqmentinin potensial və real tutumu və onun dinamikası, rəqiblərin həmin tutumda mütləq və nisbi xüsusi çəkiləri haqqında məlumatlar toplanmalıdır. Bu məlumatlar sahibkara özünün istehsal həcminin maksimal qiymətini müəyyən etməyə imkanlar verir. İşgüzarlıq mühitini qiymətləndirərkən sahibkar ölkədə formalaşmış iqtisadi sistemə, rəqabət qaydalarına, tərəfdaşların imicinə, cəmiyyətdə sahibkarlara münasibətə ölkədə kommunikasiya vasitələrinin inkişaf səviyyəsinə, istehsal amillərinin mövcudluğu və istifadə üçün yararlıq dərəcəsinə diqqət yetirməli və müəyyən nəticəyə gəlməlidir: işgüzarlıq mühiti əlverişlidir və yaxud əlverişli deyil. İşçi qüvvəsi bazarını tədqiq edərkən sahibkar ilk növbədə ideyanın reallaşdırılması üçün lazım olan uyğun ixtisaslı işçilərin mövcudluğunu və ya yoxluğunu müəyyən etməli, belə işçi qüvvəsinin qiymətini müəyyənləşdirməli, çatışmayan mütəxəssislərin hazırlanması və ya kənardan cəlb edilməsi məsələlərini dəqiqləşdirilməlidir. Marketinq planını müəyyən edərkən sahibkar firmada qəbul olunmuş marketinq strategiyasını göstərməli, qiymətqoyma siyasətini, əmtəənin alıcıya çatdırılması sistemini müəyyən etməli və satışın həvəsləndirilməsi və kommunikasiya prosesinin həyata keçirilməsi üzrə tədbirlər planını göstərməlidir.
Biznes planının istehsal planı bölməsində sahibkar əsas tərəfdaşlarına sübut etməlidir ki, onun müəssisəsi tələb olunan dövr ərzində lazimi miqdarda və keyfiyyətdə məhsul istehsal edə bilər. İstehsal planı aşağıdakı bölmələrdən ibarət olura6
1) istehsal tsiklinin xüsusiyyətləri;
2) müəssisənin yerləşdirilməsinin amillər üzrə təhlili: satış bazarına və təchizatçılara yaxınlıq, ixtisaslaşmış əmək ehtiyatlarının mövcudluğu, nəqliyyat xərcləri, infrastrukturun inkişaf səviyyəsi və s.;
3) tələb olunan istehsal amillərinin qiymətləndirilməsi və onların dəyişmə dinamikası4
4) etibarlılıq, əməkdaşlılıq təcrübəsi və digər amillər üzrə xammal və material təchizatlarının qiymətləndirilməsi;
5) istehsal prosesinə aidiyyatı olan, müəssisənin açılması və fəaliyyət göstərməsi müddətlərinə və xarakterinə təsir göstərən normativ aktlar;
6) istehsal xərcləri və onların dəyişmə dinamikası.
Təhlükələrin qiymətləndirilməsi və slğorta bölməsində layihənin həyata keçirilməsi zamanı firmanın qarşısına çıxan problemlər aşkar edilir, bu risklərdən firmanın əsas müdafiə metodları göstərilir. Bu bölmə aşağıdakı əsas hissələrdən ibarətdir:
- qarşıya çıxan mümkün risklərin siyahısı və onların verə biləcəyi itkilər;
- risklərin neytrallaşdırılması və profilaktikası üzrə təşkilati tədbirlər;
- risklərin sığortalanma proqramı.
3. Biznes planın tərtibi metodikasında biznesin bu xüsusiyyətləri hökmən nəzərə alınmalıdır. Əvvəlcə biznes planın tərtibi üsulları, metodları, metodika və metodologiyası anlayışları ilə tanış olmaq vacibdir. Biznes plan müəssisənin gələcək inkişaf trayektoriyasının qəbul edilmiş strategiya əsasında konkret məkan və zaman daxilində müəyyən edilməsidir. Bu zaman proqnozlaşdırma metodlarından istifadə edilir. Proqnozlaşdırmanın müasir üsulları aşağıdakılardır:
1. Anketləşdirmə (müsahibə, sorğu, ekspertlər tərəfindən qiymətləndirmə).
2. Ekstropolyasiya və interpolyasiya
Ekstropolyasiya keçmiş illərdəki faktiki statistik materiallar əsasında gələcəkdə inkişafın ümumi tendensiyasını riyazi-analitik formada müəyyən edilməsidir. Bu metodun çatışmayan cəhəti ondan ibarətdir ki, elmi-texniki inqilab baş verdikdə düzgün nəticələr əldə edilmir. Başqa sözlə desək, iqtisadiyyat tarazlıq vəziyyətində olduqda bu metod tətbiq edilə bilər, tarazlıqdan çıxdıqda və yeni tarazlıq nöqtəsinə döğru inkişaf etdikdə isə tətbiq edilə bilmir.
3. Modelləşdirmə. Modelləşdirmə çox böyük əmək tutumuna malikdir. Abstraksiya metodunu tətbiq etməklə onu sadələşdirmək mümkündür və iqtisadi inkişafa əsas təsir göstərən amillər əsasında yerinə yetirmək olar. Lakin iqtisadi inkişafa təsir edən faktorlar içərisində elə faktorlar mövcuddur ki, o müəyyən mühitdə həlledici amilə çevrilir. Biznes planın tərtib olunma qaydaları dedikdə, biznes planın ayrı-ayrı bölmələrini, göstəricilərini işləyən zaman tətbiq edilən bir və ya bir neçə riyazi məntiqi əməliyyatlar başa düşülür. Bu qaydaların məcmusu biznes planın işlənilməsi prosedurasını təşkil edir.
Biznes planın tərtib edilmə metodu dedikdə, mürəkkəb qaydalar sistemi başa düşülür. Mürəkkəb qaydalar müxtəlif sadə qaydaların kombinasiyası və istifadə edilməsi şəklində özünü göstərir.
Biznes planın tərtinin metodikası dedikdə isə bir və ya bir neçə metodların tətbiqi əsasında qaydalar, əməliyyatlar, proseduraların tətbiq olunması başa düşülür.
Biznes planın tərtibinin metodologiyası dedikdə isə biznes planın tərtibində istifadə edilən metodlar, üsullar haqqında bilik dairələrinin məcmusu başa düşülür.
Biznes planın tərtibi sistemi dedikdə isə mürəkkəb hadisə və proseslərin tədqiq edilməsi üçün tətbiq edilən texniki vasitələr, üsullar, qaydalar və metodlar başa düşülür.
Bu gün biznes-planım tərtibi sistemində texniki vasitə kimi fərdi kompüterlər, bir-biri ilə informasiya (qiymət, patent texnika, texnologiya, istehsal və satışın həcmi, bazarın tutumu, faiz stavkası, milli pul vahidinin məzənnəsi və s.) əlaqəsinə malik olan şəbəkələr, informasiyanın qeyd edilməsi, sistemləşdirilməsi, ötürülməsi, emalı üsulları və metodları yüksək inkişaf etmişdir. İnformasiyanın (operativ, düzgün və obyektiv) əldə edilməsi, ötürülməsi və emalına çəkilən xərclər bu gün xərclər smetasında xüsusi yer tutur.
Biznes planın tərtibinə iki əsas yanaşma mövcuddur:
1. Biznes plan muzdla tutulmuş mütəxəssislər tərəfindən tərtib edilir. Layihələrin müəllifləri yalnız ilkin informasiyalar verməklə iştirak edir.
2. Biznes-planı layihənin müəllifləri tərtib edir. Bu zaman onlar metodiki cəhətdən kömək almaq üçün mütəxəssislərdən, adətən potensial investorlardan kömək alırlar. Biznes-planın öz funksiyalarını yerinə yetirməsi, yəni real investorların cəlb edilməsi üçün ikinci yanaşma daha mühüm əhəmiyyət kəsb edir. Layihənin müəllifləri adətən istehsalın texniki-texnoloji cəhətlərini daha yüksək dərəcədə bilirlər. Lakin maliyyə, satış bazarını, əmtəələrin irəliləmə kanallarını o qədər də yaxşı bilmirlər. Bu zaman lazimi məsləhətlərin alınması, gələcəkdə hərtərəfli biliyə malik olan menecerlərin yetişdirilməsi çox mühümdür.
Biznes planın nəinki tərtibi metodikasına, habelə biznes planın özünə də müxtəlif yanaşma mövcuddur. Bəzi firmalar, ümumiyyətlə biznes planı kağız üzərində yaradıcılıq adlandırır və onu tərtib etmirlər. Onlar bazarın dinamikliyini, dəyişikliyini əsas götürürlər.
Yeni yaradılan, investor axtaran və ya kredit əldə etmək istəyən firmalar hökmən biznes-plan tərtib edirlər.

Şəxsi məqsəd

Vəziyyətin təhlili

Əsas məqsəd






Zəif və güclü cəhətlər

İstehsal-maliyyə resursları

u
y
g

Strategiya

Alt məqsəd və məsələlər

Uzunmüddətli plan

Əmək resursları

Maliyyə

Məhsul
u

n
l
a
ş
m
a



Operativ biznes-plan

Biznes-planın işlənməsi sxemi



Şəkildən göründüyü kimi sahibkarların şəxsi məqsədi birinci yerdə durur. Bu çox təbiidir. Məhz sahibkarların məqsədi onu bu fəaliyyətə cəlb edib. Məqsədə nail olmaq istəyi, sahibkarı hərtərəfli inkişaf etməyə məcbur və sövq edir.

Yüklə 220,06 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin