1. Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məzmunu



Yüklə 220,06 Kb.
səhifə40/59
tarix30.03.2023
ölçüsü220,06 Kb.
#124544
1   ...   36   37   38   39   40   41   42   43   ...   59
Sahibkarlıq fəaliyyətinin məzmunu

Birinci mərhələhəyata keçiriləcək fəaliyyətin, yaxud işin, habelə onun koordinasiyası və qarşılıqlı əlaqə üsullarının təhlili.
İkinci mərhələ – qəbul edilən qərarın və onun yerinə yetirilməsində işçinin (menecerin) iştirak dərəcəsinin təhlili.
Üçüncü mərhələ – menecerin qarşılıqlı fəaliyyətdə olduğu şəxsin ümumi işdə töhfəsinin müəyyən edilməsi.
İdarəetmə aparatı istehsalın cari və perspektiv məsələlərinin həlli üçün təş­kilati strukturun özünün inkişafına fəal təsir göstərir. Buna görə də ida­rəetmənin təşkilati strukturunun əsas vəzifəsi bir tərəfdən mövcud məhsulun istehsalı və təchizatı üçün əlverişli şərait yaratmaqdır, digər tərəfdən isə yeni növ məhsulun işlənməsi, mənimsənilməsi və istehsalını təşkil etmək, yaxud onların bazarda modifikasiyasını təmin etməkdir. Bu vəzifələr idarəetmənin hər bir səviyyəsində qarşılıqlı əlaqəlidir. Məsələn, köhnə modifikasiyalı məhsulun keyfiyyətini və ona olan tələbatı bilmədən, məsələn, yeni modi­fi­kasiyalı məhsulun satışını təşkil etmək olmaz.
Funksional bölmələrin vəzifəsi müəssisənin baş məqsədinə əsasən he­yətin sayı və peşəsi isə yerinə yetirilən işlərin əməktutumuna və mürək­kəblik dərəcəsinə uyğun olaraq müəyyən edilir. İdarəetmənin təşkilati struk­tu­runun qurulması təcrübəsində bu və ya digər əlamətlərdən istifadə olunur, bütün səviyyələrdə təşkilati strukturun formalaşması prosesi funksional-müvəqqəti əlamətlər üzrə baş verir.
Funksional-müvəqqəti struktur əmək bölgüsü, səlahiyyətlərin müəy­yən edilməsi vəzifə və məsuliyyət mənasından əlverişlidir. Bütün bunlar me­necerlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə səbəb olur. Lakin funksional strukturun piramida şəklində qurulması istehsalın inkişafı zamanı adi idarəetmə halqasının artıq yüklənməsinə, idarəetmə qərarlarının qəbul edilməsi vaxtının artırılmasına, əlaqələrin korlanmasına gətirib çıxarır.
Məhz buna görə də istehsalın təşkili və inkişafı təcrübəsində daha çe­vik idarəetmə strukturlarından – matris strukturundan geniş istifadə olunur, hansı ki, cari xarakterli məsələləri həll etməyə, həmçinin müəssisənin maddi-texniki bazasından və kadrların peşə tərkibindən istifadə edərək investisiya layihələrini həyata keçirməyə imkan verir.
Matris strukturunun xüsusiyyəti ondan ibarətdir ki, layihəni real­laş­dırmaq üçün müəssisənin mütəxəssislərindən ibarət müvəqqəti qrup təşkil olunur, hansı ki, qrupun üzvləri həm layihənin rəhbərinə və həm də işlədiyi funksional şöbənin rəhbərinə tabedir. Bu idarəetmə strukturu mürəkkəbdir, lakin bununla belə bəzi sənaye sahələrində, xüsusilə kimya, elektron he­sab­lama texnikası istehsalında istifadə olunur. Bütün zəruri resurslar layihə rəhbərinin əlində cəmlənir. Təşkilati strukturun üstün cəhəti həm də ondan iba­rətdir ki, o çevikdir, bazara uyğunlaşa bilir, elmi-texniki tərəqqi nai­liy­yətlərinə daha tez reaksiya verir.
2. Sənaye məhsullarının istehsalı və realizasiyasının bazar şəraiti müəs­sisənin istehsal strukturunun təkmilləşdirilməsi yollarının seçilməsinə xü­susi yanaşma tələb edir. Müəssisənin istehsal strukturunun təkmil­ləş­diril­məsi məsələlərini iki qrupa ayırmaq olar. Birinci qrupa nisbətən stabil şə­raitdə istehsalın səmərəliliyinin yüksəldilməsini nəzərə almaqla müəssisənin strukturunun təkmilləşdirilməsi məsələləri, ikinci qrupa isə bazar mühitinin dəyişilməsinə uyğun olaraq müəssisə istehsal strukturunun təkmil­ləş­di­rilməsi məsələləri daxildir.
Bazar münasibətləri şəraitində hər bir müəssisə müasir idarəetmə metodlarının tətbiqi və yeni texnoloji mühitin mənimsənilməsi məsələlərinə ciddi səy göstərir. İdarəedici heyət çox vaxt bazar iqtisadiyyatı şəraitində idarəetmə sahəsində kifayət qədər biliklərə və təcrübəyə malik olmur.
Mütəxəssislər tərəfindən təşkilati strukturun təkmilləşdirilməsi meto­di­kası işlənib hazırlanmışdır. Bu metodika altı qarşılıqlı əlaqəli modeldən ibarətdir.

Yüklə 220,06 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin