1. Statistika elminin predmeti və metodu



Yüklə 79,05 Kb.
səhifə4/4
tarix10.01.2022
ölçüsü79,05 Kb.
#106054
1   2   3   4
Məhsul növü

Yanvar

Fevral

Məhsulun miqdarı

Məhsulun qiyməti (man)

Məhsulun miqdarı

Məhsulun qiyməti (man)

Kartof (kq)

2100

0,98

2400

1,0

Süd (l)

1500

1,0

1700

1,20

Yumurta (ədəd)

6000

0,25

5500

0,3



Həlli:
Ümumi qiymət indeksini Paaşe düsturu ilə hesablayaq:
= = = = 1,12 100 = 112%
Əhalinin əldə etdiyi qənaət (israf) = - = 6090-5427 = 663 manat

Fevral ayında yanvar ayına nisbətən 3 məhsul növü üzrə birlikdə qiymətlər 12% bahalaşıb, bunun nəticəsində əhali fevral ayında 3 məhsula birlikdə 663 manat artıq pul xərcləyib


Məsələ 2.

Müəssisədə istehsal olunan məhsulun həcmi və məhsul vahidinin maya dəyəri haqqında məlumat verilmişdir. Ümumi maya dəyəri indeksini , maya dəyərinin dəyişməsi nəticəsində müəssisənin istehsal xərclərinin azalmasının (artmasının) mütləq məbləğini hesabla:



Məhsul növü

2008

2009

Məhsul vahidinin maya dəyəri man

Məhsulun həcmi ədəd

Məhsul vahidinin maya dəyəri man

Məhsulun həcmi ədəd

A

3,0

1000

3,2

1000

B

1,6

2000

1,8

2100

C

1,0

800

0,6

1000



Həlli:

= = = = 1,03 100 = 103%

3 məhsul növü üzrə birlikdə müəssisədə 2009-cu ildə 2008-ci ilə nisbətən məhsul vahidinin maya dəyəri 3% artmışdır.

Buna uyğun olaraq istehsal xərcləri 2009-cu ildə 2008-ci ilə nisbətən ( - = 7580 -7360 = 220) 220 manat artmışdır.

Məsələ 3.

Ümumi fiziki həcm indeksini hesablayaq.




Məhsul növü







Məhsulun miqdarı

Məhsulun qiyməti man

Məhsulun miqdarı

Məhsulun qiyməti man

Kartof (kq)

2100

0,98

2400

1,0

Süd (l)

1500

1,0

1700

1,20

Yumurta (ədəd)

6000

0,25

5500

0,3


Həlli:

=

= = 1,07 100 = 107%
Fevral ayında yanvar ayına nisbətən satılmış məhsulun həcmi 7% artmışdır

21. İndekslərin qarşılıqlı əlaqələri.

Məlum olduğu kimi, sosial-iqtisadi hadisələr arasında sıx əlaqə və asılılıq mövcuddur. Həmin hadisələrin göstəriciləri arasında da sıx qarşılıqlı əlaqə və asılılıq vardır. Yuxarıda göstərildi ki, indekslər vasitəsi ilə mürəkkəb hadisələrin dəyişilməsi öyrənilir. Bununla bərabər indekslər sosial-iqtisadi hadisələrin göstəriciləri arasında qarşılıqlı əlaqə və asılılıqları öyrənməyə də imkan verir. Ona görə də indeks nəzəriyyəsində indekslərin qarşılıqlı əlaqələri haqqında məsələ mühüm problemlərdən biridir. Sosial-iqtisadi hadisələrin olduqca mürəkkəb olması, onların arasında qarşılıqlı əlaqə və asılılıqların çoxtərəfli mövcud olması ona gətirib çıxarır ki, ayrıca götürülmüş göstərici hadisənin ancaq bir tərəfini xarakterizə edə bilər. Ancaq indekslər və göstəricilər sistemi hadisələrin inkişaf prosesini hərtərəfli öyrənməyə imkan verir. Sahə və yaxud iqtisadi fəaliyyət sahələri miqyasında bütövlükdə indekslərin qarşılıqlı əlaqələrinin böyük əhəmiyyəti vardır. Lakin bu zaman indekslər sistemi elə qurulmalıdır ki, indekslərin qarşılıqlı əlaqələri hadisələr arasında real mövcud olan iqtisadi əlaqələri ifadə edə bilsin. Belə bir qarşılıqlı əlaqə bu və ya digər hadisələrin inkişafını müəyyən edən amilləri ölçməyə imkan verə bilər. Belə ki, istehsal olunmuş məhsulun həcmi əmək məhsuldarlığının səviyyəsinin məhsul istehsalına sərf edilmiş vaxta olan hasilinə bərabərdir. Əmtəə dövriyyəsi indeksinin kəmiyyətinin dəyişilməsi həm qiymətlər indeksinin, həm də əmtəə dövriyyəsinin fiziki həcm indeksinin dəyişilməsindən asılıdır. Deməli, əmtəə dövriyyəsi indeksinə həm qiymətlər, həm də satılmış əmtəənin həcmi təsir edir. Bu indekslər sisteminin qarşılıqlı əlaqəsi aşağıdakı kimidir:

Həqiqətdə əmtəə dövriyyəsi indeksi, qiymətlər indeksinin əmtəə dövriyyəsinin(məhsulun) fiziki həcm indeksinə olan hasilinə bərabərdir:



=

Buradan aydındır ki, əmtəə dövriyyəsi indeksini qiymətlər indeksinə böldükdə əmtəə dövriyyəsinin həcm indeksini alarıq.



Həmçinin əmtəə dövriyyəsi indeksini əmtəə dövriyyəsinin fiziki həcm indeksinə bölsək qiymətlər indeksini alarıq.



22. Orta indekslərin hesablanması .

Bir sıra hallarda mövcud olan statistika məlumatı aqreqat indeksi hesablamağa imkan vermir. Belə hallarda hesabi orta və harmonik orta indekslərdən istifadə edilir . Orta indekslər aqreqat indekslərin çevrilmiş formasıdır. Məlum olduğu kimi, aqreqat qiymət indeksinin düsturu aşağıdakı şəkildə yazılır:

= Bu o deməkdir ki, hesabat dövründə ayrı-ayrı əmtəənin qiymətinin satılmış (istehsal edilmiş) əmtəənin miqdarına vurub cəm edib, əsas dövrdə əmtəə vahidinin qiymətini hesabat dövründə satılmış (istehsal edilmiş) əmtəənin miqdarına vurub cəm edib, alınan məbləğlərin nisbəti müəyyən edilir. Bu o vaxt mümkündür ki, satılmış (istehsal edilmiş) əmtəənin hər iki dövrdə qiyməti və miqdarı haqqında məlumat olsun. Təcrübədə bir sıra hallarda belə məlumat olmur. Ona görə orta indekslərdən istifadə edilir. Orta qiymət indeksi. Bazar iqtisadiyyatı şəraitində qiymətlər indeksinin aqreqat və harmonik orta qiymətlər indeksi düsturlarından istifadə edilir. Aqreqat və harmonik qiymətlər indekslərinin surəti real kəmiyyət olduqlarına görə onlardan istifadə olunması məqsədəuyğundur. Aqreqat və harmonik qiymətlər indekslərinin surətində hesabat dövründəki əmtəə dövriyyəsi haqqında məlumat verilir. Bazar iqtisadiyyatı şəraitində harmonik qiymət indeksinin daha geniş tətbiqi bu məlumatın olması ilə əlaqədardır. Aqreqat qiymət indeksində hər iki dövrdə qiymətlər və əmtəələrin miqdarı haqqında məlumatın olmasını tələb edirsə, harmonik qiymət indeksində hesabat dövründə əmtəə dövriyyəsi və əmtəə qrupları üzrə fərdi qiymət indekslərinin hesablanmasını tələb edir. Belə bir məlumat ticarət təşkilatlarında həmişə vardır. Hesabi orta qiymət indeksinin düsturu aşağıdakı kimi hesablanır. Ümumi qiymət indeksinin düsturunu yazırıq = . Fərdi qiymət indeksinin düsturunu yazırıq = .

Fərdi qiymət indeksi düsturunda -in qiymətini tapıb , ( ) onu aqreqat qiymət indeksi düsturunda yerinə yazsaq hesabi orta qiymətlər indeksinin düsturunu alırıq: Burada yenə də variant -dir, çəki isə hesabat dövründə olan əmtəə dövriyyəsidir .

Fərdi qiymət indeksi düsturunda ( ) -ın qiymətini tapıb aqreqat qiymət indeksinin düsturunda yazsaq orta harmonik qiymət indeksinin düsturunu alarıq.

Burada yenə də variant -dir, çəki isə hesabat dövründə olan əmtəə dövriyyəsidir.

Orta həcm indeksi. Fərdi fiziki həcm indeksində ( ) – ın qiymətini müəyyən edib aqreqat düsturunda yerinə yazsaq, harmonik orta fiziki həcm indeksinin aşağıdakı düsturunu alarıq:

Təcrübədə bu indeksdən demək olar ki, istifadə edilmir. Bu indeksin cavabı aqreqat indeksinin cavabının eynidir. Çünki harmonik indeks fərdi indeks əsasında aqreqat indeksin çevirilmiş formasıdır. Məhsulun fiziki həcm indeksi məhsul istehsalı vahidinə sərf edilən vaxt əsasında da hesablana bilər. Bu zaman ortaq ölçü olan çəki kimi əsas dövrdə məhsul istehsalı vahidinə sərf edilən vaxt götürülür. Məhsulun fiziki həcm indeksi belə halda aşağıdakı kimi yazılır:




Yüklə 79,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin