1. Statistika elminin predmeti və metodu



Yüklə 81,99 Kb.
səhifə4/5
tarix01.01.2022
ölçüsü81,99 Kb.
#103153
1   2   3   4   5
Məhsul növü

Yanvar

Fevral

Məhsulun miqdarı

Məhsulun qiyməti (man)

Məhsulun miqdarı

Məhsulun qiyməti (man)

Kartof (kq)

2100

0,98

2400

1,0

Süd (l)

1500

1,0

1700

1,20

Yumurta (ədəd)

6000

0,25

5500

0,3



Həlli:
Ümumi qiymət indeksini Paaşe düsturu ilə hesablayaq:
= = = = 1,12 100 = 112%
Əhalinin əldə etdiyi qənaət (israf) = - = 6090-5427 = 663 manat

Fevral ayında yanvar ayına nisbətən 3 məhsul növü üzrə birlikdə qiymətlər 12% bahalaşıb, bunun nəticəsində əhali fevral ayında 3 məhsula birlikdə 663 manat artıq pul xərcləyib


Məsələ 2.

Müəssisədə istehsal olunan məhsulun həcmi və məhsul vahidinin maya dəyəri haqqında məlumat verilmişdir. Ümumi maya dəyəri indeksini , maya dəyərinin dəyişməsi nəticəsində müəssisənin istehsal xərclərinin azalmasının (artmasının) mütləq məbləğini hesabla:



Məhsul növü

2008

2009

Məhsul vahidinin maya dəyəri man

Məhsulun həcmi ədəd

Məhsul vahidinin maya dəyəri man

Məhsulun həcmi ədəd

A

3,0

1000

3,2

1000

B

1,6

2000

1,8

2100

C

1,0

800

0,6

1000



Həlli:

= = = = 1,03 100 = 103%

3 məhsul növü üzrə birlikdə müəssisədə 2009-cu ildə 2008-ci ilə nisbətən məhsul vahidinin maya dəyəri 3% artmışdır.

Buna uyğun olaraq istehsal xərcləri 2009-cu ildə 2008-ci ilə nisbətən ( - = 7580 -7360 = 220) 220 manat artmışdır.

Məsələ 3.

Ümumi fiziki həcm indeksini hesablayaq.




Məhsul növü







Məhsulun miqdarı

Məhsulun qiyməti man

Məhsulun miqdarı

Məhsulun qiyməti man

Kartof (kq)

2100

0,98

2400

1,0

Süd (l)

1500

1,0

1700

1,20

Yumurta (ədəd)

6000

0,25

5500

0,3


Həlli:

=

= = 1,07 100 = 107%
Fevral ayında yanvar ayına nisbətən satılmış məhsulun həcmi 7% artmışdır

18.Rabitə statistikasında istifadə olunan əsas anlayışlar

Rabitə statistikası poçt və rabitə müəssisələrinin istismar və iqtisadi proseslərini, onların rabitə şəbəkələrinin və vasitələrinin vəziyyətini öyrənir. Rabitə statistikasında müşahidə obyekti natura və dəyər ifadəsində rabitə xidmətlərinin həcmi, rabitə şəbəkələri və vasitələridir. Statistik müşahidə vahidi rabitə müəssisələri (təşkilat, idarə və s.) və onların rabitə xidməti göstərən yerli vahidləridir. Rabitə statistikasında statistik uçot üçün müəyyən edilmiş müşahid'ə formaları aşağıdakılardır:

-dəyər ifadəsində rabitə xidmətlərinin həcmi haqqında aylıq hesabat (kiçik müəssisələr üçün rüblük);

-rabitə vasitələrinin inkişafı, natura ifadəsində poçt xidmətləri, şəhərlərarası, beynəlxalq poçt mübadiləsi, dəyər ifadəsində rabitə növləri üzrə rabitə müəssisələrinin göstərdiyi xidmətləri əks etdirən rüblük hesabatlar;

-rabitə müəssisələrinin şəbəkəsi, beynəlxalq və şəhərlərarası texniki vasitələr, şəhər və kənd telefon rabitəsi, teleqraf rabitəsi, radiorabitə, radio və televiziya yayımı, televiziya və radio verilişləri, peyk əlaqələri, yerüstü obyektlərlə əlaqə, magistral və regional rabitə xətlərinin uzunluğu haqqında illik hesabatlar.

Rabitə-istehsal sahələri və sosial infrastrukturun ayrılmaz hissəsi olmaqla ölkə ərazisində istehsal-xidmət təsərrüfat kompleksi kimi əhali, dövlət orqanları, müdafiə, təhlükəsizlik, hüquq-mühafizə, elektrik və poçt xidmətlərində fiziki və hüquqi şəxslərin və s. tələbatı ödəmək üçün istifadə olunur və informasiyaların verilmə xarakterindən və onun ötürülmə qaydalarından asılı olaraq fərqləndirilir. Rabitə növlərinin uçotunda, rabitə sahələri bir sıra alt sahələrə bölünür:

Poçt rabitəsi - poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, daşınmasını, ünvan sahibinə çatdırılmasını təmin edən obyektlərin və nəqliyyat vasitələrinin vahid texnoloji sistemidir.

Elektrik rabitəsi - işarələrin, siqnalların, məktub mətnlərinin, səslərin, radio və digər elektromaqnit sistemlərinin qəbulu və ötürülməsini təmin edir. Bu altsahəyə şəbəkə və vasitələrin, telefon, teleqraf, faksimil əlaqəli məlumatların və digər sənədli məlumatların (elektron hesablama maşınları arasında mübadilə əməliyyatları da daxil olmaqla), həmçinin televiziya və radio səslərinin və televiziya təsvirlərinin, radio və naqilli verilişlərin yayılması da daxildir. Elektrik rabitəsi məlumatların ötürülməsi qaydasından asılı olaraq sənədli və digər elektrik rabitəsi növlərinə ayrılır.

Teleqraf rabitəsi - sənədli elektrik rabitəsinin bir növüdür. Bu növ xidmətlərə teleqramların, şəkil teleqramların ötürülməsi və çatdırılması, abonentlərin teleqraf danışıqlarının təyini, məlumatların, qəzet təsvirlərinin ötürülməsi aiddir. Telefon rabitəsi - müxtəlif məntəqələrarası telefon danışıqlarının, məlumatların mübadiləsinin telefon kanalları vasitəsilə həyata keçirilməsidir.

Radiorabitə, radio və televiziya verilişləri - radio və televiziya proqramlarının efirdə verilməsi, rəqəmli məlumatların, telefon və teleqraf məlumatlarının radiokanallarda verilməsi hesab olunur. Məlumatların ötürülməsi - elektrorabitə növlərindən istifadə etməklə məlumatların hesablama vasitələrində emalından sonra və ya sonrakı emal prosesi üçün ikiqat işarə şəklində ötürülməsi hesab edilir. Məlumatların komutasiya paketlərində ötürülməsi - elektrorabitə növlərindən istifadə etməklə informasiyanın (məlumatların) paket məlumatları şəklində qəbulu, komutasiyası, ötürülməsi zamanı xüsusi rabitə şəbəkələrindən istifadə etməklə həyata keçirilir.

Elektron poçt - məlumatların yüksək sürətlə verilməsi, hesablama texnikası vasitələrinə daxil edilməsi, xüsusi rabitə vasitələri ilə hazırlanması və qaydaya salınması üçün elektrorabitə kanallarının aralıq “elektron poçt qutularf’dır. Telefaks - sənədli elektrik rabitəsi növü olub ümumdövlət telefon şəbəkəsinə avtomatik komutasiya olunmaqla son abonentlərarası faksimil rabitə yaratmaq üçün təyin olunmuşdur.

Bürofaks - ümumi istifadədə olan sənədli elektrik rabitəsi növü olaraq, ümumdövlət telefon şəbəkəsinə avtomatik komutasiya olunmaqla rabitə şöbələri arasında faksimil əlaqə yaratmaq üçün istifadə olunur.

Mobil telefon rabitəsi - simsiz mobil sistemli radiotelefon rabitəsi hesab edilir. Bu sistemin mahiyyəti qəbuledici və ötürücü stansiyası qurulmuş müəyyən ərazidə bütün abonentlərin hava xətti vasitəsilə istənilən avtomat telefon stansiyalarına və digər abonentə qoşulmaq imkanı verilməsindən ibarətdir. İnternet rabitəsi - İnternet protokollarının (IP) və informasiyaların təmin edilməsi üçün ümumdünya miqyaslı paylanmış qlobal şəbəkələr mübadiləsidir. Rabitə müəssisəsi - mülkiyyət formasından asılı olmayaraq əsas fəaliyyəti elektrik və poçt rabitəsi xidməti göstərən hüquqi və fiziki şəxslər hesab olunur.

19. Rabitə xidmətinin həcmi

Rabitə xidmətlərinin həcmi “Rabitə xidmətləri haqqında” 65-rabitə nömrəli rüblük rəsmi statistika hesabatı əsasında toplanır. Rabitə xidmətləri aşağıdakı kimi qruplaşdırılmışdır: -poçt rabitəsi -sənədli elektrik rabitəsi -feldyeger və xüsusi rabitə -şəhərlərarası və beynəlxalq telefon rabitəsi -şəhər (qəsəbə) telefon rabitəsi -kənd telefon rabitəsi -radiorabitə, radio və televiziya yayımı və peyk rabitəsi -naqilli səs yayımı rabitəsi -radiotezliklərin ayrılması, qeydiyyatı, istismarı və nəzarəti -mobil telefon rabitəsi -internet rabitəsi -qanunvericilikdə nəzərdə tutulan digər rabitə xidmətlər Rabitə xidmətinin həcmi həm dəyər ifadəsində həm də natural ifadədə qiymətləndirilə bilər. Göstərilmiş rabitə xidmətlərinin həcmi - rabitə müəssisəsinin əsas fəaliyyətindən əldə olunan gəlirlərin ümumi həcmidir. Buraya poçt rabitəsi, feldyeger və xüsusi rabitə, sənədli elektrik rabitəsi, şəhərlərarası və beynəlxalq telefon rabitəsi, şəhər telefon rabitəsi, kənd telefon rabitəsi, radiorabitə, radio və televiziya yayımı və peyk rabitəsi, naqilli səs yayımı üzrə, radiotezliklərin ayrılması, qeydiyyatı, istismarı və nəzarəti, naqilsiz radiorabitə üzrə (mobil telefon istisna olmaqla), mobil telefon rabitəsi, internet xidmətləri, ISDN xidmətləri, ADSL və HDSL xidmətləri, DATA xidmətləri, simsiz yerli telefon rabitəsi xidmətləri və digər rabitə xidmətləri üzrə əldə olunmuş gəlirlər daxildir. Bu göstərici idarə, müəssisə və təşkilatlara, habelə əhaliyə göstərilmiş rabitə xidmətləri müqabilində rabitə müəssisəsinin əldə etdiyi pul vəsaitinin cəmini xarakterizə edir. Milli hesablar sisteminin tələblərinə uyğun olaraq digər iqtisadi sahələrdə olduğu kimi, rabitə müəssisələrində də “göstərilmiş rabitə xidmətlərinin həcmi” göstəricisi formalaşdınlarkən mal və xidmətlərin satışından əldə olunan vəsaitin müəssisənin hesablaşma hesabına daxil olmasından asılı olmayaraq onun yaranması anındakı vəziyyətinə uyğun müəyyən edilir. Yəni bu göstərici hesablanarkən əldə olunan faktiki gəlirin məbləği deyil, hesabat dövründə göstərilən xidmətlərə görə hesablanmış məbləğ əsas götürülür.




Yüklə 81,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin