-un, -ün formasında özünü göstərir. Məsələn, iş gör-
ül-dü, zəng vur-ul-du, tüfəng at-ıl-dı, məhsul təhvil
ver-il-di, məhsul böl-ün-dü, kitab al-ın-dı, sərhəd qo-
ru-n-ur və s.
3) Qayıdış növdə işin icrası iş görənin öz üzərində baş
verir. Bu növün şəkilçisi məchul növün şəkilçisi ilə
omonimlik təşkil edir. Lakin müxtəlif məzmunlu fe-
illər əmələ gətirir. Məsələn, “qız dara-n-ır”, “hava aç-
ıl-dı”, “göy üzü qara-l-dı”, “ürəyim sıx-ıl-dı”, “uşaq
sev-in-di” və s.
4) Qarşılıq növdə hərəkətin icrası müştərək baş verir. Bu
növün xüsusi şəkilçisi -ış, -iş, -uş, -üş, -laş, -ləş formasın-
da özünü göstərir. Məsələn, vur-uş(maq), çək-iş(mək), yaz-ış(maq), gör-üş(mək), məsləhət-ləş(mək), ayaq-laş(maq) və s.
5) İcbar növdə hərəkətin icrası başqasına həvalə olunur.
Bu növün xüsusi şəkilçisi -dır, -dir, -dur, -dür forma-
sında özünü göstərir. Məsələn, yazdır(maq), iç-dir(mək), vuruş-dur(maq), görüş-dür(mək) və s.
Azərbaycan dilində feilin növ kateqoriyası ilə yana-
şı şəkil kateqoriyası da fəaliyyət göstərir. Burada feillərin
əmr, xəbər, lazım, arzu, vacib, şərt şəkilçiləri üzə çıxır.
Əmr formasından başqa feilin digər şəkilləri xüsusi
qrammatik formada özünü göstərir:
1) Əmr formasında feillər ancaq şəxs şəkilçiləri qəbul
edir. Məsələn, mən alım, sən al, o alsın və s.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
253
2) Xəbər şəkli zaman və şəxs şəkilçiləri əsasında özünü
göstərir və hərəkətin hər hansı bir zamanda, müəyyən
şəxs tərəfindən icra olunduğunu xəbər verir. Məsələn,
aldım (keçmiş zamanda, I şəxsin təki), aparacaq (qəti
gələcək zamanda, III şəxsin təki), oxuyursan (indiki
zamanda, II şəxsin təki və s.).
3) Lazım şəkli icrası lazım olan işi göstərir. Bu şəklin xü-
susi şəkilçisi -ası, -əsi, -yası, -yəsi formasında özünü
göstərir. Məsələn, alın-ası(dır), görül-əsi(dir), oxu-yası (dır), işlə-yəsi(dir) və s.
4) Arzu şəkli işin icrasının gərək olduğunu bildirir. Bu
şəklin xüsusi şəkilçisi -a, -ə, -ya, -yə formasında özü-
nü göstərir. Məsələn, apar-a (III şəxs tək), gətir-ə-m (I
şəxs tək), oxu-ya (III şəxs tək) və s.
5) Vacib şəkli hərəkətin vacibliyini bildirir və -malı, -məli şəkilçisi ilə düzəlir. Məsələn, oxu-malı (yam), iş lə-məli (sən), gəl-məli (dir) və s.
6) Şərt şəkli işin icrasını müəyyən şərtlə bağlayır və -sa,