Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
393
dişlər bəzi səslərin əmələ gəlməsində xüsusi əhəmiyyət
kəsb edir, dilin ucu üçün söykənəcək olur.
Yuvaqlar. İçəri tərəfdən dişlərin dibindəki çıxıntıya
yuvaq, yaxud
alveol deyilir. Yuvaqlar üst və alt dişlərin di-
bində olduğundan alt dişlərin dibindəki
alt diş, üst dişlərin
dibindəki
üst diş yuvağı adlanır. Nitq səslərinin formalaş-
masında yuvaqlar da müəyyən vəzifə daşıyır. Dişlər kimi,
bunlar da dilin ucu və dilin önü üçün dayaq olur.
Damaq. Bu üzv ağız boşluğunun üst hissəsini təşkil
edir. Damaq bir-birindən fərqli olan iki hissəyə bölünür ki,
bunlardan ön hissəyə
sərt damaq, arxa hissəyə isə
yumşaq
damaq deyilir.
Sərt damaq bərk olub, alveollarla yumşaq damaq ara-
sında yerləşir. Bu, həcm etibarilə, demək olar ki, yumşaq da-
maqdan iki dəfə böyükdür. İlk insanın sərt damağı müasir
adamın damaq quruluşundan fərqli idi. İnsanın kəllə quru-
luşu dəyişildikcə bu hissədə də müəyyən təkmilləşmə, for-
malaşma prosesi baş vermişdir. Hazırda müasir insanlarda
sərt damağın müxtəlif şəkillərinə təsadüf etmək olur.
Dostları ilə paylaş: