1. ÜMumi DİLÇİLİk I indd


Şəkil 6. Sərt damaq formaları



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə221/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   217   218   219   220   221   222   223   224   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Şəkil 6. Sərt damaq formaları
Bu şəkildəki damaq formalarından birincisi enli və yas-
tı, ikincisi nazik və uca, üçüncüsü isə enli və uca damaqdır. 
Mütəxəssislər üçüncünü normal damaq forması hesab edirlər.
Yumşaq damaq damağın əzələlərdən ibarət olan his-
səsidir. Bu, ön damağın davamı olub udlaq boşluğuna tə-
rəf olan sahəni tutur.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
394
Dilçək. Yumşaq damağın qurtaracağında yerləşən 
dilçəyə, həmçinin, damaq pərdəsi də deyilir. Dilçək hərəkət 
edən üzvdür. O, əzələlərin zəifləməsi ilə aşağı enir və gər-
ginləşməsi ilə yuxarı qalxır. Dilçək yuxarı çəkilərək udla-
ğın arxa divarlarına sıxılanda burun rezonatorunun yolu 
bağlanır. Hava axını ağız boşluğuna istiqamət alır. Lakin 
dilçək aşağı düşəndə udlaq boşluğu ilə burun boşluğu ara-
sında əlaqə yaranır, hava axınının burundan keçməsinə 
imkan olur. Nəhayət, burun çalarlıqları səslər (m səsində 
olduğu kimi) əmələ gəlir.
Dodaqlar. Bunlar alt və üst çənələrin ön hissəsində 
yerləşir. Qoşa üzv olan dodaqlar, obrazlı deyilsə, ağızın 
qapılarıdır. Bu qapılar müxtəlif vəzifəli əzələlərdən ibarət-
dir. Dodaqlar əzələlər vasitəsilə bir çox formaya düşə bilir 
(irəli uzanır, kipləşir, dairəvi şəkil alır, yanlara çəkilir...) və 
bununla da ayrı-ayrı səslərin formalaşmasında xüsusi rol 
oynayır. Danışıq zamanı dodaqların küncü, ortası, yanları 
hərəkət edir. Dodaqlar dairəvi şəklə düşüb irəli uzananda 
ağız rezonatorunun həcmini genişləndirərək u, ə kimi səs-
lərin əmələ gəlməsinə imkan yaradır. Üst dodaq yuxarıdan 
aşağı hərəkət edə bilir. Ümumiyyətlə, alt dodağa nisbətən 
bu, passivdir. Səslərin əmələ gəlməsində alt dodaq çox fəa-
liyyət göstərir. Alt dodaq öz hərəkətlərində daha sərbəst-
dir. Ona görə də yalnız aşağıdan yuxarı üst dodağa doğru 
deyil, yuxarı dişlərə tərəf də hərəkət edir və bunun nəticə-
sində v, f kimi diş-dodaq səsləri əmələ gəlir.
Dodaq əzələləri ilk və qədim insanda, şübhəsiz ki, bu-
günkü qədər inkişaf etməmişdi. İctimai vəzifə ilə əlaqədar 
bu əzələlər get-gedə dəyişmiş və səs tələffüzünə imkan ya-
radan vasitəyə çevrilmişdir.
Çənələr. Qoşa üzvlərdən biri də çənələrdir. Çənələr 
səslərin əmələ gəlməsində xüsusi əhəmiyyətə malikdir. 
Lakin bunların ikisinin də hərəkət və vəzifəsi eyni deyil. 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
395
Üst çənə hərəkət etməyən hissədir və buna görə passivdir, 
alt çənə isə mütəhərrik olduğu üçün fəaldır. Alt çənə aşağı, 
irəli və sola-sağa hərəkət edə bilir.
Alt çənə qırtlaqdan gələn səslərin müxtəlif avazlı nitq 
səslərinə çevrilməsində xüsusi əhəmiyyət kəsb edir. Ağız 
boşluğunun daralması və genişlənməsində bunun rolu bö-
yükdür. Belə ki, aşağı düşəndə ağız rezonatoru açılıb ge-
nişlənir, yuxarı qalxanda isə yığılıb daralır. Rezonatorun 
genişlənməsi səsin formalaşmasına imkan yaradır və səs-
lənməni də artırır.
Elmi müqayisələr göstərmişdir ki, mühüm danışıq 
üzvlərindən olan çənələrin quruluşu və hərəkəti ilk və qə-
dim insanda fərqli olmuşdur. Xüsusilə alt çənə neandertal 
adamında bir qədər mütəhərrik deyildi. Neandertal ada-
mının alt çənəsinin əzələləri ictimai vəzifəyə görə bioloji 
vəzifəni, yəni yem çeynəmək vəzifəsini daha yaxşı yerinə 
yetirirdi. Lakin nitq cihazını təşkil edən bütün üzvlər kimi, 
alt çənə də hər iki vəzifəni get-gedə paralel aparmağa 
alışmışdır.
Bütün bura qədər deyilənlərdən aydın olduğu kimi, 
səsin əmələ gəlməsində danışıq üzvləri mexanizm, udul-
muş hava axını isə materialdır. Hava axını danışıq üzvlə-
rinin birgə fəaliyyəti nəticəsində ictimai səslərə çevrilib 
ünsiyyətə xidmət edir. Ünsiyyət vasitəsi kimi meydana 
çıxmış dil isə tarixən səs bazası üzərində insanın özü ilə bir 
prosesdə, onunla müvazi yaranmışdır.


396

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin