Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
26
rus və Azərbaycan dillərinin səciyyəvi və fərqli fonemləri
aşkar edilmişdir. Bu fonetik bilik, öz növbəsində, rus dili-
nin mənimsənilməsini asanlaşdırmağa xüsusi kömək edir.
4. Dilçilik elminin mədəni tərəqqidə əhəmiyyəti. Di-
gər filoloji elmlərlə yanaşı, mədəni tərəqqidə dilçilik elmi-
nin də əhəmiyyəti az deyildir. Ayrı-ayrı xalqların yazıları
üçün əlifbalar yaratmaq, düzgün yazı qaydaları və ədəbi
tələffüz normaları müəyyənləşdirmək, bunları tənzim
edib xalqın istifadəsinə vermək, müxtəlif məqsədli lüğət-
lər hazırlamaq və s. mədəni tərəqqidə xüsusi əhəmiyyət
kəsb edən faktlardır. Dilçilik elminin nailiyyətləri nəzərə
alınmadan mədəni tərəqqini əsl və geniş mənada təsəv-
vür etmək olmaz. Elə buna görədir ki, dilçiliyə olan tələbat
get-gedə artır.
5. Dilçilik elminin ümumtəhsil əhəmiyyəti. Müasir
dövrdə dilçilik elminin təhsil əhəmiyyəti də diqqəti cəlb edir.
Hazırkı şəraitdə dilçiliyə müraciət edilmədən hərtərəf-
li filoloq-müəllim yetişdirmək qeyri-mümkündür. Çünki
filoloji təhsildə dilçilik biliyinin xüsusi mövqeyi vardır.
Cəmiyyətin inkişafı ilə əlaqədar olan əsrimizin I rübündən
etibarən dilçilik biliyinə maraq və tələb xeyli çoxalmışdır.
Bu sahədəki ehtiyac və tələblərin yerinə yetirilməsi ali
məktəb sistemində bir sıra dilçilik fənlərinin tədrisi prose-
sində həyata keçirilir.
Dostları ilə paylaş: