1. ÜMumi DİLÇİLİk I indd


çepin tərtib etdiyi “Menfist fəlsəfi-ilahi risaləsi”nin yaradıcısı  Exnaqon göstərir ki, allahlar ilahı Pçax



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə15/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   11   12   13   14   15   16   17   18   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

çepin tərtib etdiyi “Menfist fəlsəfi-ilahi risaləsi”nin yaradıcısı 
Exnaqon göstərir ki, allahlar ilahı Pçax öz üstünlüyünü sübut 
etmək üçün danışıq dilini yaratmışdır. Bundan min il sonra – 
eramızdan əvvəl II minillikdə (1400-cü ildə) göstərilir ki, dilin 
yaradıcısı baş allah Atondur, guya, o, dili uşaq hələ beşikdə 
ikən gətirib onun dodaqları üstünə qoyur.
Qədim Misirdə allah elan olunan fironlar dilin yaradı-
cısı hesab edilirdisə, “kitab sahibləri” düzgün şifahi nitqin, 
hesablamaların, ölçü və bütün biliklərin yaradıcıları kimi 
qəbul edilirdilər.
Qədim misirlilərdə dil hadisələrinə maraq eramızdan 
əvvəl XVII-XVI əsrlərdən başlanmışdır. Misirlilər ilk dəfə öz 
fonetik-ideoqrafik yazı işarələrini xarici görkəminə görə qruplaş-
dırmaq və onların tələffüzünü izah etməkdən başlayır. Sonra 
onlar 323 sözü əhatə edən “Raisey onomaçinonu”nu tərtib edir-
lər. Həmin mətndə quş, balıq, göyərti, heyvan və s. adları bil-
dirən sözlər qruplaşdırılmışdır. Eramızdan əvvəl XII əsrdə 600 
sözü əhatə edən “Amenomoseonomaslinonu” meydana çıxır.
Qədim misirlilər təbiət hadisələri üzərində müşahi-
dələr aparmaq, ilin fəsillərini dəqiq müəyyən etmək, təbiət 
hadisələrinin, xüsusilə daşqınların baş verdiyi zamanı qa-
baqcadan bilmək, insanların sağlamlığını qorumaq və başqa 
bu kimi zəruri məsələlərlə əlaqədar bir sıra elm, o cümlədən 
tibb, fizika, hesab, astronomiya, coğrafiya elmlərini yarat-
mışlar. Bu elmlərin təşəkkülü ilə bağlı yazı vasitəsi – heroq-
liflər kəşf etmişlər ki, buradan da dilçiliyin yazı problemi ilə 
əlaqədar rüşeymlər əmələ gəlməyə başlamışdır.
Ümumiyyətlə, qədim dövrün mədəni xalqlarında 
yazı məsələlərinə dair baxışlar, təcrübələr, əməli bacarıqlar 
və bununla yanaşı, dil haqqında təsəvvürlər də get-gedə 
artmış və genişlənmişdir.
Qədim Babilistanda da dilçiliyin ilk rüşeymləri buna 
bənzər bir şəkildə meydana çıxmışdır. Babilistanda dil 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
33
haqqında anlayış eramızdan əvvəl III minillikdə meyda-
na çıxmış, III-I minilliklər ərzində özünəməxsus bir inkişaf 
yolu keçmişdir. Şumerlərin və babilistanlıların dil haqqın-
da mühakimələri, qədim misirlilərin əksinə olaraq, mək-
təbdə tədris prosesində əmələ gəlmişdir. Qədim Mesopo-
tamiyada məktəblərin əsas vəzifəsi bu və ya digər biliyi 
əzbərlətdirməkdən ibarət olmuşdur. Şumer dilini öyrənən 
akkadlar şumer sözlərinin tələffüz qaydalarına və onların 
yazı işarələrinə, akkad dilinə, tərcümələrinə xüsusi fikir 
verirdilər. Məktəblərdə şumer dilini öyrənməyə daha çox 
fikir verən akkadlar şumer sözlərini mənalarına görə qrup-
laşdırır, onların şumer əlifbası ilə yazılışını müəyyənləşdi-
rir, az və çox işlənən sözləri, terminləri qruplaşdıra bilirlər. 
Beləliklə, qədim akkadlar şumer dilinin ensiklopedik lüğə-
tini tərtib etməyə müvəffəq olmuşlar. Maraqlıdır ki, şumer 
yazı mətnlərində frazeoloji birləşmələrin başqa rəngdə ya-
zılışı onların sabit söz birləşmələrinə fərq qoya bildiklərini 
göstərir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin