Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
401
nin bütün növləri və onların quruluş qaydaları öz ək-
sini tapır
1
.
Buna görə də dil işarələrinin ən başlıca vəzifəsi birinci
növbədə ünsiyyət vasitəsi kimi xidmət etməkdir. Dil və cə-
miyyət, dil və təfəkkür problemlərinin fəlsəfi təhlili dil işarələ-
rinin bu vəzifəsinin obyektiv xarakter daşıdığını göstərir.
Dil işarələrinin ikinci vəzifəsi dərketmə prosesi ilə
bağlıdır. Dilin idraki vəzifəsi yalnız təfəkkürlə deyil, həm
də şüurla əlaqədardır. Buna görə də deyə bilərik ki, dil fik-
rin ifadə vasitəsi kimi çıxış edərək insanın idrak fəaliyyəti
ilə sıx bağlıdır.
Beləliklə, kommunikativ və
idraki vəzifələr bir-biri
ilə vəhdət təşkil edərək dilin əsas vəzifəsi kimi çıxış edir
2
.
Dilin bu başlıca vəzifələrinin əlaqəsi barədə psixoloqların
əsərlərində də bəhs olunmuşdur
3
.
Dilin bu iki vəzifəsi əsasında
başqa vəzifələr də in-
kişaf edir. Məsələn, dilin idraki vəzifəsinin tərkib hissəsi
kimi meydana çıxan
nominativ vəzifəyə görə, əşya və ha-
disələr adlandırılır,
emotiv vəzifəyə görə isə insanın hiss
və həyəcanları, əhvali-ruhiyyəsi ifadə olunur.
Bütün bunlardan başqa, dil işarələri həm də
requlyativ
vəzifə daşıyır. Bu vəzifə ünsiyyət prosesində insanlar ara-
sında tənzimləyici xarakterə malikdir.
Dil işarələrindən ünsiyyət prosesində həm də
estetik
vəzifəni yerinə yetirmək üçün istifadə olunur. Belə ki, dil
işarəsi olan sözdən təkcə fikrin məzmunca ifadəsində de-
yil, məzmunun hansı formada və tərzdə ifadə olunmasın-
da da istifadə edilir.
Dil işarələrinin qeyd olunan vəzifələri nitq prosesində
reallaşır və fəaliyyət göstərir.
1
Bax: B.M.Cолнцев. «Язык как системно-структурное образование». 2-oe изд. M., 1977, c. 147.
2
Bax: Общее языкознание. Формы существования, функции, история языка. M., 1970, c. 383.
3
Bax: Л.С.Выготский. «Избранные психологические исследования». М., 1956, с. 51.
402
DİL VƏ SİSTEM
Ümumdünya elminə
sistem termininin
daxil olma-
sının müəyyən tarixi vardır. Sistem sözü yunan mənşəli
olub (sustema)
bütöv mənasını bildirir. Sistem problemi ilə
müxtəlif elm nümayəndələri, o cümlədən filosoflar, sosio-
loqlar, iqtisadçılar, bioloqlar, kibernetiklər, riyaziyyatçılar
və başqaları məşğul olmuşlar.
Sistemin ümumi nəzəriy-
yəsini yaratmaq üçün hətta bəzi ölkələrdə sistemi tədqiq
edən elmi mərkəzlər də yaradılmışdır. Sistem probleminin
şərhi prosesində başqa bir çox məsələlərlə bərabər təbii və
süni sistemlər və s. də müəyyənləşdirilmişdir
1
.
Sistemin ümumelmi anlayışı
son zamanlarda da
diqqət mərkəzində olmuş, alimləri düşündürmüşdür. XX
əsrin 60-cı illərindən başlayaraq elmi ədəbiyyatda sistem
nəzəriyyəsinə daha geniş yer verilmiş,
bu haqda bir çox
ciddi konsepsiyalar, ümumi nəzəriyyələr və onlann vari-
antları meydana gəlmişdir
2
. Müasir dünya elmində forma-
laşmış sistem nəzəriyyəsində isə ümumiyyətlə sistem və
Dostları ilə paylaş: