1. ÜMumi DİLÇİLİk I indd


DİLİN QRAMMATİK TƏRKİBİNİN İNKİŞAFI



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə242/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   238   239   240   241   242   243   244   245   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

5. DİLİN QRAMMATİK TƏRKİBİNİN İNKİŞAFI
Dilin quruluşunun sadə, bəsit qrammatik formalar-
dan mürəkkəb və zəngin qrammatik formalara doğru inki-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
435
şafı obyektiv və qanunauyğun ictimai prosesdir. Bu inkişaf 
prosesində müstəqil sözün şəkilçiyə, şəkilçinin sözə çevril-
məsi, bir qrammatik formada bir neçə qrammatik hadisə-
nin ifadə olunması, sadə cümlələrdən mürəkkəb cümləyə 
keçid, mürəkkəb cümlələrin budaqlara ayrılması və s. dil 
hadisələri baş verir.
Azərbaycan dilinin qrammatik quruluşunu nəzərdən 
keçirdikdə məlum olur ki, istər morfoloji, istərsə də sin-
taktik modellər müasir səviyyəyə gəlib çıxana qədər çox 
formalara düşmüşdür. Məsələn: ismin təsirlik hal şəkilçisi 
(-l, -i, -u, -üy və n samitləri ilə birlikdə işlənmişdir. Nü-
munələrə nəzər yetirək:
Səndədir şol gənci-pünhan, gəzmə hər viranəyi,
Dənizə tal, andan istə, ey könül, dürdanəyi
Təndə canı yoxdur ol kim, bulmadı cananəyi
1
. (Nəsimi, XIV əsr)
Bilməz çu vəfayi kəm cəfalar. (Xətai, XVI əsr)
Kim şad ikən etdi bizni qəmgin
Gah örtər idi yaşım, gözimni. (Xətai, XVI əsr)
Həmin bədii dil nümunələrində təsirlik halda işlənən 
sözlər müasir ədəbi dil baxımından fərqlidir.
Tədqiqatlar göstərir ki, Azərbaycan dilinin orta əs-
rlər dövründə klassik ədəbiyyatın dilində sifətin azal-
ma dərəcəsini əmələ gətirən -ımtıraq və -ımtıl şəkilçiləri 
1
Misallar H.Mirzəzadənin “Azərbaycan dilinin tarixi qrammatikasına aid materiallar (fone-
tika, morfologiya)” kitabından götürülmüşdür. Bakı, 1953, səh. 50.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
436
işlənmişdir
1
. Demək, həmin şəkilçilər Azərbaycan dilinin 
daha sonrakı mərhələlərində meydana gəlmişdir.
Azərbaycan dilində feilə məxsus zaman, şəxs, növ ka-
teqoriyaları da tarixi inkişaf prosesində bir sıra qrammatik 
formalarda əks olunmuşdur. Məsələn, müasir Azərbaycan 
ədəbi dilində qeyri-qəti gələcək (-ar, -ər) zaman şəkilçisi 
-az, -əz formasında işlənmişdir.
Şövkət əhlinə olmazam həmdəm
Çəkməzəm şiddətü məşəqqəti-ğəm. (M.Füzıli, XVI əsr)
Dillərin tarixi sintaksisinin öyrənilməsi aşkar edir ki, 
tarixən mürəkkəb cümlələr bağlayıcısız işlənmişdir. Həm 
də mürəkkəb cümlələr arasında tabesizlik əlaqəsi daha çox 
üstünlük təşkil etmişdir
2
. Dillərin müasir inkişaf mərhələ-
sində isə mürəkkəb cümlələr arasında tabelilik əlaqələri 
daha çox artmış və bu cümlələr müxtəlif tipli bağlayıcılar 
vasitəsilə bir-birinə bağlanır.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin