Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
54
fonetik
xüsusiyyətlərinə, qrammatik
quruluşuna dair də
fi kirlər irəli sürülür.
Buna görə də, haqlı olaraq,
dilçilik
ədə biyyatında bu əsər “türkoloji ensiklopediya” adlandı-
rılır. Mahmud Kaşqarlının “Lüğət”i türk dillərinin tarixini
öyrənməkdə ən mötəbər mənbələrdən biridir.
“Türk dillərinin lüğəti” həcmcə çox böyük əsərdir. Bu
əsərdə müxtəlif türk dillərinə aid 9.000-ə yaxın söz və söz
birləşməsi əhatə olunmuşdur.
Lüğətin quruluşu. Lüğətin quruluşu və tərkibi prinsip-
ləri haqqında əsərin əvvəlində qeydlər vardır. Müəllif əsəri
8 fəslə böldüyünü göstərir. Bu fəsillər eyni zamanda kitab
da adlanır. Söz və söz birləşmələri bu fəsillərdə (kitablarda)
müxtəlif cəhətlərə əsasən qruplaşdırılmışdır. Məsələn, əliflə
başlanan sözlər I kitabda (fəsildə), tərkibində əlif, vav, yay
hərfləri olmayan sözlər II kitabda toplanılıb və s. Müəllifin
qeyd etdiyi kimi, o, hər bir kitabı da iki hissəyə bölmüş, bi-
rinci hissədə adları, ikincidə isə feilləri vermişdir.
Mahmud Kaşqarlı əsərdə ərəb dili terminlərini işlət-
mişdir. Bu haqda o yazır ki, mən hər kəsin asanlıqla başa
düşə bilməsi üçün ərəb dilində qəbul olunmuş terminlər-
dən istifadə etmişəm.
Lüğətdə sözlərin
yerləşdirilməsinin özünəməxsus,
təkrarolunmaz prinsipi vardır. Burada, həmçinin, hər bir
sözlə əlaqədar türkdilli xalqların folklor poeziyasından,
ədəbi-bədii yaradıcılığından nümunələr – atalar sözü, zər-
bi-məsəl,
hikmətli ifadə, nəsr, şeir parçası, tapmaca verilir.
Dostları ilə paylaş: