Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
166
lemə daha çox diqqət yetirərək dil tarixini xalqın tarixi ilə
əlaqəli şəkildə öyrənməyə başlamışlar. Y.Qrimm, V.Hum-
boldt, F.İ.Buslayev, İ.İ.Sereznevski, İ.A.Boduen de Kurte-
ne, F. de Sössür, A.Meye, J.Vandriyes və başqa dilçilərin
əsərlərində dilin sosial və fərdi tərəflərinə əsaslanmaqla
linqvistik tədqiqatlar aparılmışdır. Bütövlükdə XIX əsrdə
dil faktları təsvirçilik yolu ilə təsvirə cəlb olunmuş, dilin
cəmiyyətdə ünsiyyət vasitəsi rolunu oynaması problemi-
nin öyrənilməsi isə linqvistik tədqiqatlardan kənarda qal-
mışdır. XIX əsrin ikinci yarısından etibarən alimlər dilin
sosial tarixinə və başqa məsələlərinə toxunmalı olmuşlar.
F.Engelsin “Ailənin, xüsusi mülkiyyətin və dövlətin mən-
şəyi”, “Frank dialekti” adlı əsərlərində sinifsiz cəmiyyət-
də dilin ictimai funksiyası, dil əlaqələrinin xarakteri, in-
san cəmiyyətinin meydana gəlməsi məsələlərinin şərhinə
geniş yer verilmişdir.
Sosiolinqvistik tədqiqatlar XX əsrin 60-cı
illərindən
etibarən daha böyük sürətlə artmağa başlamışdır. Bu sahə-
də nəşr olunan əsərlər
1
dilçiliklə sosiologiyanın əlaqəsini
daha da gücləndirmişdir. Həmin əlaqələr nəticəsində so-
siolinqvistikaya dair maraqlı
ideyalar meydana gəlmiş, dil
və sosial quruluş, dil sosial amil kimi, dil və millət, dil və
mədəniyyət, dil və şəxsiyyətin sosiologiyası
kimi sosio-
linqvistikanın nəzəri problemləri ilə yanaşı, bir çox digər
problemləri və metodları da tədqiq olunmuşdur.
1
Bax: В.А.Аврорин. Проблемы изучения функциональной сторны языка. Л., 1975;
Л.Б.Никольский. Синхронная социолингвистика (теория и проблемы), М., 1976;
А.Д.Швейцер. Современная социолингвистика. Теория, проблемы, методы. М., 1976;
Ю.Д.Дешериев. Социальная лингвистика. М., 1977; Л.П.Крышнаева, Д.Н.Шмелев.
Социально-лингвистические исследования. М., 1976; Научно-техническая революция
функционирования языков мира. Под редакцией И.К.Белодеданного. М., 1977; Соци-
альная и функциональная дифференциация литературных языков. М., 1977; Языковая
политика в евроазиатских странах. М., 1977 və s.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
167
Dostları ilə paylaş: