1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə95/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   91   92   93   94   95   96   97   98   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Antropoloji dilçilik. Antropoloji dilçilik termini müxtə-
lif mənalarda işlənir. Mövcud ölkə və milli dilçiliklərin əksə-
riyyətində bu anlayış dilçiliklə antropologiyanın birgə fəa-
liyyəti nəticəsində yaranmış nailiyyətləri əhatə edir.
Lakin Amerika antropoloji dilçiliyi fərqlidir. Amerika 
dilçiləri yazısı olmayan xalqların dillərinə dair linqvistik təd-
qiqatı antropoloji dilçilik adlandırmışlar. Bu sahə Amerika 
dilçisi Frans Boasın adı ilə bağlıdır. Onun ideyasını davam 
etdirməkdə Eduard Sepir az iş görməmişdir. Son illərdə də 
bu sahəyə geniş yer verilir. Amerikada 1959-cu ildə təşkil 
olunmuş “Nyu York dilçilik dərnəyi” tərəfindən “Antropoloji 
dilçilik” (“Anthropological Linguistics”) adlı jurnal çap edilir.
2. DİLÇİLİK VƏ FİZİOLOGİYA
Fiziologiya (yunanca physis – təbiət, logos – elm) – insan 
və heyvan bədəninin quruluş və fəaliyyətini öyrənən elm-
dir. Məlumdur ki, nitq prosesində insanın bir sıra üzvləri – 
əsəb sistemi, hiss və danışıq orqanları fəaliyyət göstərir. Bütün 
bunların hər biri müəyyən fizioloji quruluşa malikdir. Bu 
üzvlərin quruluş və fəaliyyəti haqqında elmi fizioloji təsəv-
vür əldə etmək dilçi üçün çox vacibdir. Dilçi bu sahəyə dair 
biliyi anatomiya və fiziologiyadan mənimsəyir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
170
Nitq prosesində fəaliyyət göstərən üzvlər möhkəm və 
mürəkkəb sistem halındadır. Bunların birinin zədələnməsi 
nəticəsində nitq prosesində müəyyən çatışmazlıq, anormallıq 
əmələ gələ bilir. Məsələn, beynin zədələnməsi nitq fəaliyyə-
tinin pozulmasına səbəb olur. İnsan beyninin müəyyən his-
sələrinin zədələnməsi nəticəsində nitq fəaliyyətində bu və ya 
başqa qüsurlar yaranır. Belə ki, xəstələrin bəzisi sözləri tələffüz 
edə bilmir, digəri nitqi dərketmə qabiliyyətini itirir və s. Nitq 
fəaliyyətinin pozulmasına səbəb olan başqa faktorlar da var-
dır. Məsələn, insanda ciddi yorğunluq, sarsıdıcı qorxu, gərgin 
əsəbilik nəticəsində də nitqin pozulması halları baş verə bilir.
İnsanın nitq fəaliyyətini öyrənməkdə görkəmli fizio-
loq İ.P.Pavlovun ali əsəb fəaliyyəti haqqındakı nəzəriyyəsi 
dilçilik elmi üçün çox faydalıdır.
Məlumdur ki, dilçilikdə bütün dil hadisələri ilə yana-
şı, səs sistemi də öyrənilir, hər bir fonemin elmi xarakteris-
tikası verilir. Bu məqsədlə danışıq səsləri tədqiq olunarkən 
onların fizioloji əsasının da aydınlaşdırılması lazım gəlir. 
Dilin səslərinin fizioloji əsası fiziologiya elminin nailiyyət-
ləri üzərində şərh edilir. Danışıq səsinin fiziologiyası dilin 
səslərinin anatomiya və fiziologiyasının elmi nəticələri əsa-
sında öyrənilir. Dilin mənşəyinin real şərhi onun fizioloji 
əsasda izah olunmasını tələb edir. İnsanlar arasında başlı-
ca ünsiyyət vasitəsi olan dilin yaranması və tərəqqi etmə-
sində eşitmə orqanı və danışıq üzvlərinin xüsusi rolu ol-
muşdur. Dil üçün, hər şeydən əvvəl, onların vəhdəti, birgə 
fəaliyyəti lazım idi. Belə ki, əgər insanlar ətraf mühitin səs-
lərini və eləcə də öz çığırtılarını eşitməsəydilər, gələcəkdə 
danışa da bilməzdilər. Bütün bunları dilçi alimin elmi əsas-
da, inandırıcı dəlillərlə şərh etməsi üçün mütləq fiziologi-
ya elminə müraciət etməsi lazım gəlir. O, eşitmə orqanının 
quruluşuna dərindən bələd olmalı, danışıq üzvlərinin hər 
birinin funksiyalarını mükəmməl bilməlidir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
171

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin