Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
174
lanmışdır. Slavyan dillərinə dair ciddi tədqiqatlar aparıl-
mışdır. Bu sahədə Azərbaycan dilalektoloqları da müəy-
yən
işlər görmüşlər, dilimizin atlası da yaradılmışdır.
Dilçilik coğrafiyasının nəzəri məsələlərinə dair ədəbiy-
yatda bu sahədə görülən və görüləsi işlərə toxunulmuşdur
1
.
Rus dilinin dialektlərinə dair ilk xəritələri 1915-ci
ildə N.N.Durnovo, N.N.Sokolov, D.N.Uşakov hazırlamış
və
“Опыт диалектологической карты русского языка в
Европе” adı altında nəşr etdirmişlər. Əllinci illərdən baş-
layaraq bu istiqamətdə Azərbaycan dilinin dialektləri öy-
rənilmişdir. Həmin dialektlərin səciyyəvi xüsusiyyətlərini,
Azərbaycan milli ədəbi dilinin hansı yerli dialekt əsasında
təşəkkül tapdığını, başqa dialektlərin ədəbi dilə göstərdi-
yi təsiri və dil tarixinin bəzi məsələlərini aydınlaşdırma-
ğa kömək edə biləcək atlaslar hazırlanmağa başlanmışdır.
Azərbaycan dilinin dialektləri coğrafi bölgü əsasında 4
qrupa bölünür:
1. Azərbaycan dilinin şimal qrupu dialektləri.
2. Azərbaycan dilinin cənub qrupu dialektləri.
3. Azərbaycan dilinin şərq qrupu dialektləri.
4. Azərbaycan dilinin qərb qrupu dialektləri.
Şübhəsiz ki, Azərbaycan dialektoloqları bu bölgünü
respublikanın fiziki coğrafiyası əsasında aparmışlar.
Dilçiliklə coğrafiyanı birləşdirən
problemlərdən biri
də coğrafi adların –
toponimlərin öyrənilməsidir. Toponim-
lərin öyrənilməsi dilçilik və coğrafiya elmlərinə lazımi elmi
faktlar verir. Burada hər iki elmin tədqiqat obyekti bir olsa
da, məqsəd və tədqiqat metodları başqa-başqadır. Dilçi
alim toponimlərin mənşəyini
müəyyənləşdirərkən orada
qədim dil ünsürlərini aşkara çıxarmağı, dilin leksik siste-
1
Bax: Вопросы теории лингвистической географии. M., 1962; Д.И.Эдельман. Основные
вопросы лингвистической географии. M., 1968 və s.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
175
mində toponimlərin yerini müəyyənləşdirməyi, onların
leksik-qrammatik, fonetik xüsusiyyətlərini (toponimlərin
dil tərkibini) öyrənməyi qarşısına məqsəd qoyur.
Coğrafiyaçı isə toponimləri təsviri istiqamətdə öyrənir.
Onları nominasiyaya görə təsnif edir. O, toponimlərin tərki-
bində yerli relyef quruluşuna, iqlim xüsusiyyətlərinə, əha-
linin
peşə məşğuliyyətinə, miqrasiyasına və s. məsələlərə
dair faktlar axtarmağı qarşıya məqsəd qoyur. Toponimlərin
öyrənilməsində dilçilik və coğrafiya elmləri bir-birinin nə-
ticələrindən istifadə edir. Məsələn, Azərbaycan dilçiləri və
coğrafiyaçıları bu sahədə xeyli iş aparmışlar
1
.
Dilçilik coğrafiyasının nəzəri məsələlərinin öyrənilməsi
müasir dilçiliyin aktual problemləri cərgəsində durur.
Dostları ilə paylaş: