Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
175
mində toponimlərin yerini müəyyənləşdirməyi, onların
leksik-qrammatik, fonetik xüsusiyyətlərini (toponimlərin
dil tərkibini) öyrənməyi qarşısına məqsəd qoyur.
Coğrafiyaçı isə toponimləri təsviri istiqamətdə öyrənir.
Onları nominasiyaya görə təsnif edir. O, toponimlərin tərki-
bində yerli relyef quruluşuna, iqlim xüsusiyyətlərinə, əha-
linin peşə məşğuliyyətinə, miqrasiyasına və s. məsələlərə
dair faktlar axtarmağı qarşıya məqsəd qoyur. Toponimlərin
öyrənilməsində dilçilik və coğrafiya elmləri bir-birinin nə-
ticələrindən istifadə edir. Məsələn, Azərbaycan dilçiləri və
coğrafiyaçıları bu sahədə xeyli iş aparmışlar
1
.
Dilçilik coğrafiyasının nəzəri məsələlərinin öyrənilməsi
müasir dilçiliyin aktual problemləri cərgəsində durur.
Dostları ilə paylaş: