1. ÜMumi DİLÇİLİk I indd


II.  DİLÇİLİYİN QEYRİ-İCTİMAİ ELMLƏRLƏ



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə94/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   90   91   92   93   94   95   96   97   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

II. 
DİLÇİLİYİN QEYRİ-İCTİMAİ ELMLƏRLƏ
 
ƏLAQƏSİ
Dilçiliyin qeyri-ictimai elmlərlə əlaqəsi geniş mənada 
XIX əsrin ikinci yarısından başlamışdır. Lakin müsbət mə-
nada əlaqə XX əsrə təsadüf edir. Son illərdə təbiət elmləri 
və eləcə də texnika ilə yaranmış əlaqə nəticəsində dilçiliyin 
mühüm problemlərinin bir çoxunun ətraflı və daha dəqiq 
aydınlaşdırılmasına şərait yaradılmışdır.
Müasir dövrdə dilçilik aşağıdakı elm sahələri ilə 
əlaqədardır: antropologiya, fiziologiya, fizika, semiotika, coğra­
fiya, riyaziyyat, kibernetika, texnika və s.
1. DİLÇİLİK VƏ ANTROPOLOGİYA
Antropologiya – insanın əmələ gəlməsi haqqında elm-
dir. Burada insanın irqi xüsusiyyətlərindən, məkan və za-
manla əlaqədar olaraq insan quruluşunun dəyişilməsin-
dən bəhs edilir.
Dilçilik bəzi problemləri antropologiyanın köməyi ilə 
həll edir. Bunlardan biri nitqin əmələ gəlməsidir. Nitqin 
necə yaranması çox mürəkkəb problemdir. Ona görə ki, 
bunu sübuta yetirmək üçün real fakt yoxdur. İnsan nitqi-
nin əmələ gəlməsi insanın yaranması probleminin üzvi 
hissəsidir. Bu məsələləri bir-birindən təcrid olunmuş şəkil-
də həll etmək heç cür mümkün deyildir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
169
Antropoloqlar nitqin insanlaşma prosesinin hansı 
dövründə meydana gəlməsinə dair bəzi mülahizələr irəli 
sürmüşlər. Bununla belə, antropoloji mülahizələrə görə, 
insan bədəninin dik vəziyyətə uyğunlaşması nitq orqanla-
rının formalaşmasına xüsusi təsir göstərmişdir.
Antropologiyanın nailiyyətləri əsasında dillə irqin 
əlaqəsinin olmadığı aydınlaşdırılır. Bu məsələnin işıq-
landırılmasında da dilçilər antropoloqlarla müştərək iş 
aparmaq nəticəsində doğru fikrə gələ bilmişlər. Dilçiliklə 
antropologiyanın müştərək həll etdiyi problemlərə əsasən 
elmdə antropoloji dilçilik anlayışı yaranmışdır.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin