Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
163
Dilçiliklə pedaqogika elminin sıx
əlaqəsini pedaqoji
dilçilik adlandırmaq olur.
Pedaqoji dilçilik. Pedaqoji dilçilik dil tədrisi məsələləri
ilə məşğuldur. Dil tədrisi dilçiliyin tətbiqi sahəsinin prob-
lemlərinə aiddir.
Dil tədrisinin nəzəri-linqvistik əsaslarını dilçilik elmi
verir. Məsələn, fonetika şöbəsinə nəzər yetirək. Dilçilik bu
şöbədə səs və fonem anlayışlarını dəqiqləşdirir,
dilin fo-
nem sistemini xarakterizə edir, fonemlərin sait və samitə
görə fərqini aydınlaşdırır, bunlara aid elmi təsniflər aparır
və sair. Bütün bu kimi elmi məsələlər fonetikanın linqvis-
tik əsaslarını təşkil edir. Pedaqogika elmi isə dil tədrisinin
ümumi və konkret metodiki məsələlərini işləyir, tədrisin
səmərəli yollarını müəyyənləşdirir, hər iki elmin nəticələri
əsasında dil tədrisi öz məqsədinə çata bilir.
Azərbaycan dilinin tədrisi metodikası
sahəsində ça-
lışan mütəxəssislər dilçilik elminin nəzəri müddəaları-
nın tədrisdə böyük rolunu
çox düzgün qiymətləndirir-
lər. “Azərbaycan dili tədrisi metodikasının qida aldığı və
öz müddəalarını qurarkən əsaslandığı
mənbələrdən biri
Azərbaycan dilçiliyinin əldə etdiyi nəticələr, onun verdiyi
məlumatlardır”
1
. Daha bir elmi pedaqoji ədəbiyyatda de-
yilir: “Dilçilik və onun şöbələri dil tədrisi metodikası elmi-
nin linqvistik əsaslarını təşkil edir”
2
.
Dilçiliklə pedaqogika
elminin nəzəri və praktik
əlaqələri hər iki elmin müasir inkişaf səviyyəsinə çatma-
sında mühüm rol oynamışdır.
1
Ə.Fərəcov. Qrammatik məfhum və onun mənimsənilməsinin bəzi məsələləri. Bakı, 1970, səh. 4.
2
H.B.Balıyev. Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. Bakı, 1988, səh. 15.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
164
Dostları ilə paylaş: