Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
176
dan götürür. Dilçilikdə bu cür adların tədqiqi nəticəsində
onomalogiyanın
“Kosmonimiya” adlı yarımşöbəsi əmələ
gəlmişdir
1
.
Dünya dillərində olduğu kimi, Azərbaycan dilinin lü-
ğət tərkibində də çoxlu miqdarda kosmonim yaranmışdır.
Həmin xüsusi adların yaranmasının
özünəməxsus qanu-
nauyğunluqları vardır
2
. Bunları öyrənməkdə müasir astro-
nomiya elminin nəticələrindən mütləq istifadə edilməlidir.
7. DİLÇİLİK VƏ RİYAZİYYAT
Riyaziyyat – dünya elminin ən geniş yayılmış və inki-
şaf etmiş sahəsidir. Onun nüfuz etmədiyi elm sahəsi yox-
dur. Riyaziyyatın başqa elm sahələrinə daxil olması onla-
rın inkişaf sürətini daha da artırmışdır. K.Marks özünün
riyazi düşüncələrində deyir ki, hər bir elm ancaq riyaziy-
yatdan istifadə etməklə kamil nailiyyətlərə malik ola bilər.
Riyaziyyatın dilçiliyə nüfuzu da bu baxımdan təbii və ob-
yektivdir. Dilçiliyin riyaziyyatla sıx əlaqəsi nəticəsində XX
əsrin II yarısından başlayaraq
riyazi dilçilik meydana gəl-
mişdir. Bu sahədə bir sıra əsərlər yaranmışdır
3
.
Riyaziyyat dilçiliyə öz tədqiqat üsullarının təsiri nə-
ticəsində nüfuz edə bilmişdir. Müasir dilçilikdə riyazi
modellərdən, statistik hesablamalardan, cərgə nəzəriyyə-
sindən, ehtimal nəzəriyyəsindən və başqa riyazi nəzəriy-
yələrdən geniş istifadə olunur.
Xüsusilə riyazi statistikanın üsullarından
dil ha-
disələrinin tədqiqində geniş istifadə olunur. Dilçilik və ri-
1
Bax: A.Qurbanov. Azərbaycan onomalogiyasının əsasları. II cild, Bakı, 2004.
2
Bax: A.Qurbanov. Azərbaycan onomalogiyasının əsasları. II cild, Bakı, 2004, səh. 323-332.
3
Bax: И.А.Мельчук. Проблемы математической лингвистики. “Вестн. АН СССР”. 1959,
N 8; Ю.И.Левин. Математика и языкознание. M., 1964, Математическая лингвистика.
M., 1964; В.А.Москевич. Статистика и семантика. M., 1969, Математическая лингвисти-
ка. M., 1973; Р.Г.Пиотровский, К.Г.Бектаев, А.А.Пиотровский. Математическая лингви-
стика. M., 1977 və s.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
177
yaziyyat məzmun etibarı ilə müxtəlif elm sahələridir. La-
kin dil hadisələrinin kəmiyyətcə öyrənilməsi onu gətirib
riyaziyyatla bağlayır. Çünki riyaziyyat yeganə elmdir ki,
həm təbiət, həm də cəmiyyət hadisələrinin ancaq kəmiy-
yət tərəflərini öyrənir. Ona görə də dilçilik dil hadisələ-
rinin kəmiyyət tərəflərini öyrənərkən riyazi üsullardan
geniş istifadə edir. Dildə sözlərin
işlənmə tezliyi riyazi
hesablamaların köməyi ilə aparılır. Müxtəlif morfemlərin
və sintaqmların törəməsi və bir-biri ilə əlaqəsi diferensial
və inteqral tənliklərin metodları əsasında nümayiş etdi-
rilir. Bütün bunlar dil hadisələrini və qanunauyğunluq-
larını daha düzgün və dəqiqliklə öyrənməyə çox böyük
köməklik göstərir.
Riyaziyyatın dilçiliyə tətbiqi formal qrammatikanın
meydana çıxmasına səbəb olmuşdur. Burada, əsasən, dilin
təsviri verilir.
Dostları ilə paylaş: