Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
179
qiqinə və tədrisinə sürətlə tətbiq olunmağa başlanmışdır.
Şübhəsiz ki, dilçiliyin texnika ilə əlaqəsinin güclənməsi bu
sahədə elmi-tədqiqat işlərinin və tədrisin inkişafına çox
böyük təkan verir.
* * *
Müşahidələr
göstərir ki, dilçiliyin başqa elmlərlə
konkret əlaqələri get-gedə daha da artır. Bu əlaqələr dil-
çiliyin müstəqilliyinə zərrə qədər xələl gətirmir, əksinə,
onun sürətli inkişafına səbəb olur. Buna görə də dilçiliyin
başqa elmlərlə əlaqəsinin azalmasına, zəifləməsinə heç cür
yol
verməmək, onun zəruriliyini yüksək qiymətləndirmək
lazımdır.
180
V FƏSİL
DİLÇİLİYİN SAHƏLƏRİ
“
DİLÇİLİYİN SAHƏLƏRİ”
ANLAYIŞI
HAQQINDA
Müasir dilçilik elmində son zamanlar diqqəti xüsusilə
cəlb edən məsələlərdən biri dilçiliyin sahələri problemidir.
Həqiqətən dilçiliyin sahələri və onların qarşılıqlı münasi-
bəti haqqında təsəvvür aydınlığı dilçiliyin inkişafının ha-
zırkı dövründə çox zəruridir.
Dilçiliyin sahələri problemi ilə dilçilər çoxdan ma-
raqlanmışlar. Buna görə də dilçilik elmində həmin prob-
lemə
müəyyən dərəcədə toxunulmuş, bu və ya digər
şəkildə fikir söylənilmişdir. Rus alimlərindən V.A.Boqo-
roditski özünün 1915-ci ildə çap olunmuş “Ümumi dil-
çiliyə dair mühazirələr” adlı əsərində dilçiliyi iki sahəyə
ayıraraq demişdir: “Dilçilik, hər şeydən əvvəl,
saf və
tətbiqiyə bölünür”
1
. O, bu sahələrin hər birinin məqsəd
və vəzifələrindən də bəhs etmişdir. Lakin deməliyik ki,
həmin qeydlər müasir baxımdan qənaətləndirici deyildir
və bu problem indiyə kimi də lazımi səviyyədə öz həllini
tapmamışdır.
Dilçiliyin sahələri probleminin izahı üçün ilk növ-
bədə
dilçiliyin sahələri anlayışını aydınlaşdırmaq la-
zımdır. Dilə aid elmin tərkibə ayrılmasını bildirən sahə
termini dilçilik ədəbiyyatında bir çox müxtəlif mənalar-
1
Хрестоматия по истории русского языкознания. M., 1973, с. 438.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
181
da işlənmişdir. Bəzi alimlər
sahə terminini
şöbə və
fənn
terminləri ilə qarışdırmışlar. Bunun da nəticəsində səhv
olaraq dilçiliyin
fonetika, qrammatika şöbələri,
eləcə də
müasir dil, dialektologiya, dil tarixi və başqa fənləri sahə
adlandırılmışdır.
Dilçilikdə
sahə anlayışının sərhədinin nəzəri cəhət-
dən müəyyənləşdirilməsinin əhəmiyyəti böyükdür. Buna
görə də
sahə termininin öz yerində işlənməsinə ciddi əməl
edilməlidir. Bu, hər şeydən əvvəl, elmin tələbidir. Çünki
elm dəqiqlik tələb edir. Elmdə dəqiqlik isə, əsasən, termin
dəqiqliyindən başlanır.
Sahə sözü
şöbə terminindən daha geniş məna ifadə
edir. Elə buna görə də bir sahəyə bir neçə şöbə aid ola bilir.
Məsələn,
nəzəri dilçilik sahəsinə fonetika, leksikologiya, se-
masiologiya və s. şöbələr daxildir.
Ümumiyyətlə,
sahə termini dilçilikdə ümumi və xüsu-
si dilçiliyə də aid edilir. Dilçilikdə
sahə (makrosahə) dedik-
də tətbiqi, nəzəri, xüsusi və ümumi dilçilik sahələri nəzər-
də tutulur. Dilçiliyin bu sahələrini sxemlə aşağıdakı kimi
təsvir etmək olar.
Dostları ilə paylaş: