Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
184
Ədəbi dil normalarının müəyyənləşdirilməsi. Məlum
olduğu üzrə, ümumxalq dilinin cilalanmış, normalaşdırılmış
hissəsi
ədəbi dil adlanır. Dilçilik elmi bu “ədəbi” deyilən dil
üçün forma yaratmır, canlı dildə mövcud olan normaların
hansının ədəbi meyara uyğun olduğunu müəyyənləşdirir.
Ədəbi norma meyarı müxtəlif dövrlərdə müxtəlif for-
mada olur. Ədəbi normalar da tarixi inkişaf prosesinə ma-
likdir. Buna görə də hər hansı bir dildəki bu və ya digər
ədəbi normanın müəyyən tarixi vardır.
Ədəbi norma müəyyənləşdirilərkən
dilin quruluşu-
nun hər üç komponenti – fonetik sistemi, lüğət tərkibi və
qrammatik quruluşu nəzərə alınır.
Lüğət yaradılması. Tətbiqi dilçiliyin problemləri sı-
rasında müxtəlif tip lüğət yaradılması işi xüsusi mövqeyə
malikdir. Məlumdur ki, hər bir lüğət xalqın mədəni inkişaf
və tələbatı əsasında yaranır. Lüğət tərtibi son dərəcə çətin,
lakin olduqca faydalı və zəruri bir işdir.
Son zamanlar bütün dünya ölkələrində lüğət məsələlə-
rinə böyük əhəmiyyət verilir. İndiyə qədər dünya dillərinə
aid minlərlə tam və normativ lüğət yaradılmışdır.
Dostları ilə paylaş: