ibtidai kompüter təhsili olmadan mümkün deyil. Faktiki olaraq hər bir orta təhsilli şəxsin ibtidai kompüter təhsili alması zəruri bir məslədir. 3. İbtidai kompüter təhsilinin (İKT) əsas prinsipləri İKT-in əsas məqsədi orta məktəb şagirdlərinə kompüter operatoru ixtisası verməkdir. Kompüter operatoru ixtisası aşağıdakı bilikləri əhatə edir: İlk praktik dərsdə şagirdlərə kompüterin əsas qurğuları göstərilməli, bu qurğuları elektrik şəbəkəsinə qoşmaq/ayırmaq qaydaları, “yumuşaq disklərin” (floppy disk) xarici yaddaş qurğusuna (FDD) yerləşdirilməsi/kənar edilməsi qaydaları, kompüterin qurğularının mühafizəsi və digər kompüterdən istifadə etmək “mədəniyyətinin” elementləri öyrədilməlidir. Kompüterin daxili və xarici qurğuları haqqında zəruri mə'lumatlar. Əmləliyyat sistemləri (8 dərəcəli maşınlar üçün MicroDos, 16 dərəcəli maşınlar üçün MsDos) haqqında zəruri mə'lumatlar. Əməliyyat sistemlərinin əsas elementləri (fayl, kataloq, yol) haqqında geniş mə'lumatlar (əməliyyat sistemlərinin 12 əsas əmri: DIR, MD, CD, RD, TYPE, COPY, REN, DEL, TIME, DATE, PAUSE, CLS). Servis sitemlərlə bağlı tam mə'lumatlar (məs. 16 dərəcəli maşınlar üçün Norton Commander). Redaktorlarda (Symantec şirkətinin Norton Editor və ya MicroSoft şirkətinin EDIT redaktorları) sərbəst işləmək bacırığı. “Kor yığımı”nı öyrədən sistemdə (BABYTYPE) praktik olaraq klaviaturda sür'ətli və keyfiyyətli yığıma nail olmaq ( Kafi parametrlər: yığım sür'əti 1 dəqiqədə 60 simvoldan az olmamalı, səhvlər 5%-dən çox olmamalıdır.).Kompüterləri təxrib edən “viruslara” qarşı olan antivirus proqramlarından istifadə etmək bacarığı. Kompüterdəki mə'lumatları arxivləşdirmək, mə'lumatları arxiv vasitəsilə bərpa etmək imkanı. Basic alqoritmik dilinin redaktorunda işləməyi, sadə alqoritmlər tərtib etməyi və standart Basic-in operatorları vasitəsilə proqramlar yaratmaq qabiliyyətinə malik olmalıdır.Fənni tədris edən müəllim aşağıdakı şərtlərə fikir verməlidir: İlk praktik dərsdə şagirdlərə kompüterin əsas qurğuları göstərilməli, bu qurğuları elektrik şəbəkəsinə qoşmaq/ayırmaq qaydaları, “yumuşaq disklərin” (floppy disk) xarici yaddaş qurğusuna (FDD) yerləşdirilməsi/kənar edilməsi qaydaları, kompüterin qurğularının mühafizəsi və digər kompüterdən istifadə etmək “mədəniyyətinin” elementləri öyrədilməlidir.Dərs aparılarkən hər bir mövzunu müasir texnalogiyalarla bağlı mə'lumatlarla genişləndirmək lazımdır. Texnoloji yeniliklər dövrü nəşriyyatdan, ixtisaslaşdırılmış ədəbiyyatdan götürülməlidir.Kompüterin daxili qurğuları mövzusunda olan dərsləri apararkən praktik olaraq ana platanın üzərində yerləşən bütün qurğular şagirdələrə göstərilməlidir.Əməliyyat sistemləri ilə bağlı mövzuları tədris edərkən, hər bir şagirdin əvvələdən müəyyən olunmuş sxem üzrə kataloq strukturunu yaratmaq, yolları müəyyən etmək, mövcud kataloqlara keçmək və onları ləğv etmək bacarığını aşılamalıdır. Analoji işlər faylların yaradılması, adlarının dəyişdirilməsi, tərkibinə baxılması, onların müxtəlif katalloqlara köçürülməsi və ləğv edilməsi ilə bağlı aparılmalıdır.Bütün praktik dərslərdə 10 barmaqlı kompüter yığımı ilə bağlı məşğələlər (10-15 dəq.) aparılmalıdır. Şagirdlərin klaviaturda yığım sür'ət və keyfiyyətinin artmasına xüsusi nəzarət olunmalıdır.Standart Basic-in PRINT operatoru və hesablama operatorları vasitəsilə kalkulyator rejimindən istifadə etmək bacarığını aşılamalıdır.Basic alqoritmik dilinin yalnız standart operatorları (20 operator) öyrədilməli, bu operatorlar vasitəsilə sadə alqoritmə malik olan proqramlar yazılmalıdır. Adi bir alqoritm uzun müddət öyrənilməli və təkminləşdirilməlidir. Məsələn, kvadrat tənliyin köklərinin tapılması üçün nəzərdə tutulan alqoritmə müxtəlif yoxlama blokları əlavə olunmalıdır. 4. İbtidai kompüter təhsilinin proqramıİbtidai kompüter təhsilinin proqramı 10-11-ci snifləri əhatə edir. Bu proqram təcrübəli operatorlar hazırlanması üçün nəzərdə tutulub. 11-ci sinifdə keçiriləcək bə'zi dərslər (27, 28, 30, 31, 32) sadə məsələlərin alqoritmlərinin yaradılması, standart Basic-in 20 operatoru vasitəsilə proqramların yazılması, gələcəkdə ali kompüter təhsili almaq istəyən şagirdlərə zəruri bilikləri verəcəkdir