1. Verilmiş sözlərdən birində k-y əvəzlənməsi baş verir

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 0.75 Mb.
səhifə7/7
tarix20.01.2017
ölçüsü0.75 Mb.
1   2   3   4   5   6   7

21. M.Ə.Sabirin satiralarının əsas mövzusu:

A) maarifçilik, inqilaba çağırış, varli sinfin tərifi,cəhalət, mövhumat

B) sosial-siyasi çətinlik, xalqın geriliyi,mövhumat, cəhalət,qadın azadlığı

C) xurafat,qadın hüquqsüzluğu,məhəbbət,silahlı üsyan

D) vətənpərvərlik, məhəbbət,maarifçilik, xalqlar dostluğu

E) təbiəti qorumaq, dözümlülük, ədalətlilik, saf əxlaq



22. M.Ə.Sabirin “Səttərxana” şeiri hansı üslubdadır?

A) satirik B) ictimai C) romantik

D) maarifçi E) realist
23. “...Qafqazlılarız, yol kəsiriz, nam alırız biz”

-misrası M.Ə.Sabirin hansı əsərindəndir?

A) “Dindirir əsr bizi...”

B) “Millət şərqisi”

C) “Amalımız, əfkarımız ifnayi-vətəndir”

D) “Satıram”

E) “Səbəb boynu yoğun oldu”


24. M.Hadi yaradıcılığına xas olan aparıcı ideya:

A) vətən, millət, azadlıq, qurtuluş

B) vətən, millət, islama qayıdış

C) saf və təmiz məhəbbət, beynəlmiləlçilik

D) təbiəti qorumaq, insanlara hürriyət

E) olum, ölüm, hürriyət və istiqlal


25. M.Hadinin şeir kitabları:

A) “Əlvahi-intibah”, “Şükufeyi-hikmət”

B) “Dad istibdad”, “Təraneyi-əhraranə”

C) “Firdövsi-ilhamat”, “Şükufeyi-hikmət”

D) “Qürbət ellərdə yadi-vətən”, “Türkün nəğməsi”

E) “Bir əməlim”, “Nəğmeyi-əhraranə”


VII. Ən yeni dövr Azərbaycan ədəbiyyatı. I mərhələ

XX əsrin 10-cu illərinin sonlarından 50-ci illərə qədər Azərbaycan ədəbiyyatı.
1. “Çırpındı Qara dəniz” şeirinin müəllifi:

A) M.Müşfiq B) Ə.Cavad

C) S.Rüstəm D) O.Sarıvəlli

E) S.Vurğun


2. “Partbiletim sol cibimdə, ürəyimin başındadır”, - sözləri ilə Azərbaycan sovet şairinin poetik şəxsiyyətini müəyyənləşdirən sənətkar:

A) R.Rza B) S.Vurğun C) O.Sarıvəlli

D) M.Rəfili E) S.Rüstəm
3. “Ələmdən nəşəyə” kitabında yaradıcılıq manifestini elan edən şair:

A) S.Rüstəm B) S.Vurğun C) M.Rahim

D) M.Müşfiq E) N.Rəfibəyli
4. “Oxu, tar...” şeirinin müəllifi:

A) A.İldırım B) M.Müşfiq C) M.Şəhriyar

D) S.Vurğun E) R.Rza
5. M.S.Ordubadinin əsərləri sırasında verilənlərdən biri səhvdir:

A) “Dumanlı Təbriz” B) “Gizli Bakı”

C) “Döyüşən şəhər” D) “Qılınc və qələm”

E) “Söyüdlü arx”


6. Xalqımızın milli mənəvi zənginlikləri keşiyində dayanan M.Cəlal hansı romanında ciddi problemlər

qaldırmış və güclü xarakterlər yaratmışdır?

A) “Təzə toyun nəzakət qaydaları”

B) “İclas qurusu”

C) “Bir gəncin manifesti”

D) “Kəntərovlar ailəsi”

E) “İnsanlıq fəlsəfəsi”


9. Sonet, türkü və marş janrlarını ədəbiyyatımızda ilk dəfə işlədən sənətkar:

A) C.Cabbarlı B) Ə.Cavad C) Ə.Münzib

D) S.Mənsur E) H.Cavid
10. H.Cavidin ailə-məişət mövzusunda pyesi:

A) “Maral” B) “Şeyx Sənan”

C) “Səyavuş” D) “Topal Teymur”

E) “İblis”


11. Aşağıdakı misralar H.Cavidin hansı şeirindəndir?

– “Quzum, yavrum! Adın nədir?

Gülbahar

Pəki, sənin anan, baban varmı?

Var...”

A) “Qız məktəbində” B) “Öksüz Ənvər”

C) “Çiçək sevgisi” D) “Rəqs”

E) Uyuyur”


12. H.Cavidin dialoqlardan ibarət süjetli şeirləri:

A) “Öksüz Ənvər”, “Çiçək sevgisi”, “Qız məktəbində”

B) “Rəqs”, “Uyuyur”, “Könlümü”

C) “Pəmbə”, “Çarşaf”, “Ah, yalnız sən”

D) “Get”, “Çəkilmə, gül”, “Mən istərəm ki”

E) “Öksüz Ənvər”, “Qız məktəbində”, “Çəkilmə, gül”


13. H.Cavid “İblis” faciəsində hansı obraz vasitəsilə müharibələri pisləyir?

A) İblis B) Rəna C) Arif

D) Elxan E) İbn Yəmin
14. H.Cavidin monoloq şəklində yazılmış şerləri:

A) “Get”, “Könlümü”, “Çəkinmə, gül”

B) “Uyuyur”, “Məzlumlar üçün”,“Neçin”

C) “Öksüz Ənvər”, “Çiçək sevgisi”, “Qiz məktəbində”

D) “Mən istərəm ki”, “Pəmbə çarşaf”, “Ah, yalnız sən”

E) “Get”, “Könlümü”, “Xuraman-xuraman”


15. H.Cavidin müharibə mövzusunda yazdığı əsər:

A) “Ana” B) “Maral” C) “Afət”

D) “İblis” E) “Şeyda”
16. “Rəna, İbn Yəmin, İxtiyar Şeyx, qaçaq zabit Elxan”

H.Cavidin hansı əsərinin qəhrəmanlarıdır?

A) “Şeyx Sənan” B) “Peyğəmbər” C) “Afət”

D) “Topal Teymur” E) “İblis”


17. “Xəyal!...Əvət, yaşadan yalnız əhli-halı odur,

Yaşarsa bir könül, az-çox xəyal içində yaşar”, - şeirin müəllifi:

A) M.Hadi B) A.Səhhət

C) H.Cavid D) A.Şaiq

E) Ə.Vahid


18. H.Cavidin “Azər” janr etibarı ilə:

A) lirik poemadır B) epik poemadır

C) lirik-epik poemadır D) faciədir

E) komediyadır


19. Bu göy boya Göy Moğaldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya İslamlığın sarsılmayan inamı,

İrəklərə dolmalı.

Bu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı! –

Şeirin müəllifi kimdir?

A) M.B.Məmmədzadə B) Ə.Cavad

C) H.Cavid D) C.Cabbarlı

E) M.Ə.Rəsulzadə


20.”Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan...”

Bu sözləri C.Cabbarlının hansı qəhrəmanı deyir?

A) Aydın B) Oqtay Eloğlu C) Bəhram

D) Firəngiz E) Amalya

21. C.Cabbarlının hansı pyesinin konflikti iki cəbhənin: bir tərəfdə azadlıq, milli və sosial tərəqqi tərəfdarları, o biri tərəfdə despotizm, feodal dərəbəyliyinin mübarizəsi üzərində qurulmuşdur?

A) “Trablis mübarizəsi” B) “Ədirnə fəthi”

C) “Nəsrəddin şah” D) “Aydın”

E) “Sevil”


22. C.Cabbarlının “Nəsrəddin şah” pyesində hadisələrin baş verdiyi məkan:

A) Azərbaycan B) İran

C) Əfqanıstan D) Hindistan

E) Gürcüstan


23. Aşağıdakı pyeslərdən biri C.Cabbarlının deyil:

A) “Nəsrəddin şah” B) “Trablis müharibəsi”

C) “Ədirnə fəthi” D) “Knyaz”

E) “Od gəlini”


24. C.Cabbarlının “Oqtay Eloğlu” faciəsi necə başlayır?

A) Oqtayın monoloqu ilə

B) Oqtayın tamaşaya hazırlıq görməsi ilə

C) Firəngizin teatra getməsi ilə

D) Aslan bəyin çıxışı ilə

E) Oqtayın qubernator tərəfindən sürgünə göndərilməsi ilə


25. C.Cabbarlının “Oqtay Eloğlu” pyesində yığıncaqlarda teatrı tərifləyən, həqiqətdə isə aktyor peşəsini ləyaqətsizlik sayan Avropa paltarlı cahil:

A) Firəngiz B) Oqtay C) Sevər

D) Aslan bəy E) Tamara
26. C.Cabbarlının “Oqtay Eloğlu” pyesində Oqtay bu sözləri kimə deyir?

Aldanırsan...Bunu bizimçin kim edəcəkmiş!..



Başqalarında səhnə,mədəniyyət, hər şey var, bizdə yox.

Yaşamaq istəyiriksə, yaratmalıyıq”.

A) Səməd bəyə B) Aslan bəyə

C) Firəngizə D) Sevərə

E) Tabasaranskiyə


27. C.Cabbarlının hansı əsərinə tamaşaya gələn qadınlar səhnədəki hadisələrin təsiri ilə çarşablarını teatr səhnəsində qoyub getdilər?

A) “Almaz” B) “Oqtay Eloğlu” C) “Sevil”

D) “Dönüş” E) “Aydın”
28. C.Cabbarlının “Oqtay Eloğlu” əsəri ideya və xüsusiyyətinə görə yazıçının hansı pyesinə oxşayır?

A) “Solğun çiçəklər”ə

B) “Vəfalı Səriyyə”yə

C) “Nəsrəddin şah”a

D) “Aydın”a

E) “Od gəlininə”nə


29. Biri C.Cabbarlı yaradıcılığına aid müsbət

surətlər sırasında verilə bilməz:

A) Aydın B) Oqtay Eloğlu C) Sevil

D) Balaş E) Sara
30. “ Bu ellər gecəni qatıb gündüzə,

Faşist ordusuyla gəlib üz-üzə,

Dastanlar yazacaq öz hünəriylə,

Ordular basacaq öz zəfəriylə”

S. Vurğunun hansı əsərindəndir?

A) “Qızıl şahinlər”

B) “Vətən keşiyində”

C) “Qəhrəmanın hünəri”

D) “Partizan Babaş”

E) “Gözaydılığı”


31. S.Vurğunun ailə və məhəbbət probleminə həsr olunmuş mənzum romanı:

A) “Zamanın bayraqdarı”

B) “Dar ağacı”

C) “Aygün”

D) “Muğan”

E) “Komsomol poeması”


32. S.Vurğunun poeması:

A) “Şairin ölümü” B) “Vətən keşiyində”

C) “Şəfqət bacısı” D) “Macəra”

E) “Rəhbərin çağırışı”


33. “... Yanında balası, yağış gölündən

Əyilib su içir bir ana ceyran...”

Şeir S.Vurğunun hansı poemasındandır?

A) “Komsomol poeması” B) “Talıstan”

C) “Aslan qayası” D) “Muğan”

E) “Aygün”


34.S.Vurğunun tarixi mövzuda yazdığı poemalar:

1.”Dar ağacı” 2.”Aslan qayası”

3.”26-lar” 4.”Üsyan” 5.”Qız qayası”

6.”Macəra” 7.”Hörmüz və Əhriman”

8.”Zamanın bayraqdarı”

A) 1,3,4,6,8 B) 2,3,5,7,8

C) 3,4,5,6,7 D) 1,2,3,5,8

E) 1,3,5,7,8


35. Obrazlardan biri S.Vurğunun “Vaqif” pyesində iştirak etmir:

A) İbrahim xan B) Vaqif

C) Xanlar D) Eldar

E) Xuraman


36. S.Vurğun hansı pyesində hökmdar və zəmanə, zəhmət, məhəbbət, ideal kimi

məsələlərə toxunmuşdur?

A) “Fərhad və Şirin” B) “Vaqif”

C) “Xanlar” D) “İnsan”

E) “Muğan”


37. S.Vurğunun hansı əsərinin mövzusu Azərbaycan xalqının XVIII əsrin sonlarında xarici qəsbkarlara

qarşı mübarizəsindən götürülmüşdür?

A) “Xanlar” B) “İnsan” C) “Vaqif”

D) “Ayın əfsanəsi” E)”Qız qayası”
38. “... Sizin güldüyünüz çoban torpağı,

Nizamilər, Füzulilər yetirmiş!”

Bu sözlər S.Vurğunun hansı əsərindəndir?

A) “Komsomol poeması” B) “Aygün”

C) “Vaqif” D) “Xanlar”

E) “İnsan”


39. “Vaqif” pyesindəki vətənpərvər qüvvələr:

A) M.P.Vaqif, Eldar, Kürd Musa

B) Qacar, Eldar, M.P.Vaqif

C) M.V.Vidadi, M.P.Vaqif, Xuraman

D) İbrahim xan, M.P.Vaqif, Eldar

E) Xuraman, Əli bəy, M.P.Vaqif


40. “Mənim vicdanım da, qəlbim də qandır,

Dünya qan üstündə bir xanimandır”

Vaqif” pyesində hansı obrazın həyat fəlsəfəsidir?

A) İbrahim xanın B) Vaqifin

C) Ağa Məhəmməd Şah Qacarın D) Xuramanın

E) Eldarın
41. İkinci dünya müharibəsində qəhrəmanlıq göstərən azərbaycanlı təyyarəçinin həyatını əks etdirən poema və onun müəllifi:

A) “Qızıl şahinlər”, S.Vurğun

B) “Ana və poçtalyon”, S.Rüstəm

C) “Leninqrad göylərində”, M.Rahim

D) “Gətir, oğlum, gətir”, O.Sarıvəlli

E) “Min dörd yüz on altı”, B.Vahabzadə


42. “Saçlı”, “Ağbulaq dağlarında”, “Qafqaz qartalı”, “Şamo” əsərlərinin müəllifi:

A) S.Hüseyn B) M.S.Ordubadi C) S.Rəhimov

D) Ə.Vəliyev E) M.İbrahimov
43. “Mənim atam süfrəli bir kişiydi,

El əlindən tutmaq onun işiydi,

Gözəllərin axıra qalmışıydı...”

Bu misralarla atasını xatırlayan şair:

A) M.Şəhriyar B) S.Vurğun

C) S.Rüstəm D) M.Rahim

E) R.Rza
44. “Türkün dili tək sevgili, istəkli dil olmaz,



Ayrı dilə qatsan bu dil əsil olmaz” - sözlərinin müəllifi:

A) M.Hadi B) M.Şəhriyar

C) S.Rüstəm D) B.Vahabzadə

E) B.Azəroğlu


45.Süleyman Rüstəm və Məmməd Rahimə mənzum məktub yazmış cənublu şair:

A) S.Tahir B) Səhənd

C) B.Azəroğlu D) M. Şəhriyar

E) Ə.Tudə


46.Aşağıdakılardan biri janrına görə lirik poemadır:

A) “İskəndərnamə”

B) “Leyli və Məcnun”

C) “Muğan”

D) “Heydərbabaya salam”

E) “Qızılgül olmayaydı...”


47. Beşlik formasında (aaabb), heca vəznində yazılmış poema:

A) “Xosrov və Şirin” B) “Dəhnamə”

C) “Aygün” D) “Heydərbabaya salam”

E) “Qızılgül olmayaydı...”



VIII. Ən yeni dövr Azərbaycan ədəbiyyatı

II mərhələ XX əsrin ortalarından bu günə qədər Azərbaycan ədəbiyyatı
1. “...Belə məğrur dayanmaqda haqlıyam,

Mən kökümlə bu torpağa bağlıyam!”,

- misralarının müəllifi:

A) S. Vurğun B) M. Müşfiq C) R. Rza

D) B.Vahabzadə E) N.Xəzri
2. R.Rzanın ilk mətbu əsəri:

A) “Bu gün” B) “Bolşevik yazı”

C) “Bəxtiyar” D) “Rüşvətxorlar mərsiyəsi”

E) “Vətən”


3. R.Rzanın ilk şeir kitabları:

A) “Bu gün”, “Çinar”

B) “Vətən”, “Bəxtiyar”

C) “Ölməz qəhrəmanlar”, “İntiqam, intiqam”

D) “Çapey”, “Qanadlar”

E) “Qəzəb və məhəbbət”, “Si-Ay”


4. R.Rzanın nəsrlə yazılmış oçerk, hekayə və povestdən ibarət əsəri:

A) “Vəfa”

B) “Qəzəb və məhəbbət”

C) “Qızılgül olmayaydı”

D) “Min dörd yüz on səkkiz”

E) “Madrid”


5.İkinci Dünya müharibəsi dövründə çap olunmuş “Vəfa”, Bəxtiyar”, “İntiqam!..İntiqam!..”, “Qəzəb və məhəbbət” kitablarının müəllifi:

A) S. Rüstəm B) R.Rza

C) S.Vurğun D) O.Sarıvəlli

E) M.Rahim


6. R.Rzanın əsərlərindən biri müharibə mövzusunda deyil:

A) “Bəxtiyar” B) “Bu gün”

C) “Vətən” D) “İntiqam!.. İntiqam!..”

E) “Qəzəb və məhəbbət”


7. “Biz onunla tanış olduq

bir yaz səhəri

Gənc işçi”də”



Bu misralarda söhbət kimdən gedir?

A) O.Sarıvəlli ilə S.Vurğundan

B) R.Rza ilə M.Müşfiqdən

C) S.Rüstəmlə M.Rahimdən

D) M.Müşfiqlə R.Rzadan

E) S.Rəhmanla M.Müşfiqdən


8. R.Rza “Qızılgül olmayaydı” poemasında

müasirləri kimin yaddaşına, poeziyaya

məhəbbətinə heyran qalırdı:

A) S.Vurğunun B) S.Rəhmanın C) R.Rzanın

D) S.Rüstəmin E) M.Müşfiqin
9. “...Hər şeydən artıq

Şeirin əsiri idi.

Yuxuda şeir yazardi

(Özü deyərdi bunu –

şerə qul olduğunu!)

Bu misralarla obrazı yaradılan sənətkar:

A) M.Müşfiq B) R.Rza

C) S.Rüstəm D) S.Vurğun

E) BVahabzadə


10. Biri R.Rzanın beynəlxalq mövzuda yazdığı

əsərlər sırasında verilə bilməz:

A) “Mən torpağam” B) “Madrid”

C) “Həbəşistan” D) “Almaniya”

E) “Cəlladları durdur”


11. R.Rzanın “Qızılgül olmayaydı” poeması necə başlayır?

A) Dilbər xanımın gecə gəlişilə

B) M.Müşfiqin represiya olunması ilə

C) R.Rza ilə M.Müşfiqin “Gənc işçi” qəzetində görüşü ilə

D) M.Müşfiqin anadan olmasının təsviri ilə

E) M.Müşfiqin evində axtarışların aparılması ilə


12.Ədəbiyyatımızda lirik- psixoloji

dramaturgiyanın banisi:

A) M.F.Axunduv B) İ.Əfəndiyev

C) C.Cabbarlı D) S.Rəhman

E) H.Cavid


13. İ.Əfəndiyevin xalqımızın birliyi probleminə həsr etdiyi ilk dram əsəri:

A) “Şeyx Xiyabanı”

B) “Atayevlər ailəsi”

C) “Xurşidbanu Natəvan”

D) “Sən həmişə mənimləsən”

E) “Mahnı dağlarda qaldı”


14. İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərində Natəvan əri Knyaz Xasay xandan ayrılarkən ona nə bağışlayır?

A) Övladlarının şəkli olan medalyonu

B) İki böyük kənd

C) Xankəndində olan mülkünü

D) Ağdamdakı torpaq sahələrini

E) Qarabağ xanlığının gəlirinin yarısını


15. İ.Əfəndiyevin avtobioqrafik məzmunlu əsərləri:

A) “Geriyə baxma, qoca”, “Üçatlan”

B) “Söyüdlü arx”, “Mənim günahım”

C) “Körpüsalanlar”, “Şeyx Xiyabani”

D) “Xurşudbanu Natəvan”, “Bahar suları”

E) “Unuda bilmirəm”, “Sən həmişə mənimləsən”


16. İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərində Mil düzündən Şuşaya su çəkdirən Natəvana qarşı çıxan:

A) Knyaz Xasay xan

B) Əmisi oğlu Hidayət xan

C) Şair Zabir bəy

D) Müəllimi Mirzə Ruhulla

E) İran Şahzadəsi


17. İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərində hadisələrin baş verdiyi məkan:

A) Gəncə B) Bakı C) İrəvan

D) Borçalı E) Qarabağ
18. İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesindəki mənfi obrazlar:

A) Knyaz Xasay, Qafqaz canişini, Mirzə Ruhulla, İran şahzadəsi

B) Zahir Vəfa bəy, Hidayət xan, İran şahzadəsi və onun vəziri Məliküddövlə

C) Natəvan, Mirzə Ruhulla, Xasay xan, Hidayət xan

D) Zahir Vəfa bəy, Hidayət, Natəvan, Mirzə Ruhulla

E) Seyid Hüseyn, Natəvan, Zahir Vəfa bəy, Hidayət


19. İ.Şıxlının avtobioqrafik məzmunlu əsəri:

A) “Cəbhə gündəlikləri” B) “Məni itirməyin”,

C) “Daima axtarışda” D) “Ayrılan yollar”

E) “Namərd gülləsi”


20. İ.Şıxlının “Dəli Kür” romanında başqalarından tələb etdiyi qeyrət və

namusun mütləq timsalı ola bilməyən obraz:

A) Şamxal B) Allahyar

C) Molla Sadıq D) Cahandar ağa

E) Zərnigar


21. İ.Şıxlı “Dəli Kür” romanını yazarkən hansı əsərdən təsirlənmişdir:

A) M.Şoloxovun “Sakit Don”undan

B) L.Tolstoyun “Hərb və sülh”ündən

C) S.Rəhimovun “Şamo”sundan

D) E.Heminqueyinin “Əlvida, silah”ından

E) C.Londonun “Həyat eşqi”ndən


22. İ.Şıxlının “Dəli Kür” romanında Şamxalın

o dövr üçün ən böyük qəbahəti:

A) evdən qaçaraq oxumağa getməsi

B) feodal ailəsinin əsas prinsiplərinə qarşı çıxması

C) atası Cahandar bəyin tərəfini saxlaması

D) məktəbi yarımçıq buraxıb evə gəlməsi

E) anası Zərnigara qarşı çıxması


23. Şamxal harada atasının varisi olmalı idi? (İ.Şıxlının “Dəli Kür” romanı)

A) Qarabağ B) Borçalı C) İrəvan

D) Gəncə E) Göytəpə
24. İ.Şıxlının “Dəli Kür” romanında yeni ilə köhnə üz-üzə durmuşdur:

A) Şamxal və Mələk

B) Mələk və Zərnigar

C) Mələk və Allahyar

D) Cahandar ağa və A. Çernyayevski

E) Allahyar və Molla Sadıq


25. Stalin terrorunun sona çatdığını, lakin cəmiyyətdə ikili vəziyyətin hökm sürdüyünü əks etdirən əsər:

A) “Dəli Kür” B) “Cəbhə gündəlikləri”

C) “Ayrılan yollar” D) “Namərd gülləsi”

E) “Məni itirməyin”


26. B.Vahabzadənin poemaları:

A) “Ana dili”, “Cavab”, “Mənim anam”

B) “İstiqlal”, “Atılmışlar”, “Şəhidlər”

C) “Vicdan”, “Yağışdan sonra”, “Fəryad”

D) “Ağ saçlar”, “Ana və şəkil”, “Ana”

E) “Mənim anam”, “İlk cığır”, “Bəsdir”


27. “Şəhid məzarları...Düşmən qənimi

Vətənin köksündə vüqarla durub.

Mənim varlığımı bir təsdiq kimi,

Yurdun sinəsinə möhürlər vurub”

- B.Vahabzadənin hansı əsərindəndir?

A) “Şəhid məzarları” B) “Şəhidlər” poeması

C) “Təyyariçilər” D) “Vətən var”

E) “Bəsdir”


28. B.Vahabzadənin mənzum dramları:

1. “Vicdan”. 2. “Şəhidlər”. 3. “Yağışdan sonra”.

4. “İstiqlal”. 5. “Fəryad”. 6. “Yollara iz düşür”.

7. “Atılmışlar”. 8. “İkinci səs”

A) 2,3,4,6,8 B) 1,2,4,6,7 C) 1,2,3,5,6

D) 1,3,5,6,8 E) 3,4,5,6,7
29. B.Vahabzadənin “Özümüzü kəsən qılınc” pyesi hansı

dastanın motivləri əsasında yazılmışdır?

A) “Koroğlu” B) “Qaçaq Nəbi”

C) “Dədə Qorqud” D) “Aşıq Qərib”

E) “Şah İsmayıl”


30. B.Vahabzadə “Gülüstan” poemasını necə bitirir?

A) “Heydərbabaya salam”poemasından gətirdiyi şeirlə

B) SSRİ-yə qarşı silahlı üsyana çağırışla

C) İranla dostluğun möhkəmləndirilməsi işinin təbliği ilə

D) Tomris və Babəkin qəhrəmanlığının tərənnümü ilə

E) Azərbaycan xalqını birliyə səsləyən misralarla


31. “Ey kağız parçası əvvəl heç ikən,

Yazılıb qollanıb yoxdan var oldun.

Böyük bir millətin başını kəsən,

Qolunu bağlayan hökmdar oldun.”

Bu misralar B.Vahabzadənin hansı poemasındandır:

A) “Muğam” B) “Şəhidlər”

C) “Gülüstan” D) “Şəbi-hicran”

E) “Ağlar-güləyən”


32. “Arazın bu tayı vətən, o tayı vətən.

Vətəni görməyə amanım yox mənim”

Nümunə B.Vahabzadənin hansı əsərindəndir?

A) “Gülüstan” B) “Ağ saçlar”

C) “Vətəndən-vətənə” D) “Dörd yüz on altı”

E) “Şəhidlər”


33. “Yolda” və “Dilqəm” poemalarının müəllifi:

A) M.Araz B) C.Novruz

C) H.Arif D) S.Rüstəmxanlı

E) B.Vahabzadə


34. N.Həsənzadəyə aid edilən əsərlərdən biri onun deyil:

A) “Nəriman” B) “Zümrüd quşu”

C) “Kimin sualı var?” D) “Atabəylər”

E) “Atayevlər ailəsi”


35. “Nəsimi” poemasının müəllifi:

A) Hüseyn Arif B) Nəbi Xəzri

C) Məmməd Aslan D) Qabil

E) Nəriman Həsənzadə



36. “Gəncə qapısı”, “Sağ ol, ana dilim”, “Qan yaddaşı”, “Ömür kitabı” şeir kitablarının müəllifi:

A) Qabil B) N.Xəzri C) S.Rüstəmxanlı

D) X.R.Ulutürk E) M.Araz
37. İsa Hüseynov hansı əsəri ilə Azərbaycan nəsrinə yeni ovqat gətirdi?

A) “Məhşər” B) “İdeal” C) “Yanar ürək”

D) “Ədəbiyyat” E) “Tütək səsi”
IX. Ədəbiyyat nəzəriyyəsi
1. Mətlə və məqtə beytləri hansı şeir şəklinə aiddir?

A) qoşma B) gəraylı C) qəzəl

D) bayatı E) müxəmməs
2. Yazılı ədəbiyyatın epik növünə daxildir:

A) əfsanə, təmsil, hekayə, oçerk

B) təmsil, hekayə, povest, roman

C) nağıl, novella, xatirə, roman

D) dastan, hekayə, novella, oçerk

E) lətifə, təmsil, oçerk, xatirə


3. Yazılı ədəbiyyatda işlənən lirik növün janrları:

A) bayatı, qəzəl, tuyuq, rübai

B) nəğmə, tuyuq, rübai, qitə

C) qəzəl, qəsidə, tuyuq, mürəbbe

D) qəsidə, mahnı, qəzəl, mürəbbe

E) ağı, qəzəl, rübai, tuyuq


4. Məzmununa görə qoşmanın növləri:

A) gözəlləmə, ustadnamə, qıfılbənd, vücudnamə

B) gəraylı, təcnis, dodaqdəyməz, divani

C) müxəmməs, vücudnamə, müstəzad, ustadnamə

D) bayatı, ustadnamə, qıfılbənd, vücudnamə

E) divani, gəraylı, qıfılbənd, gözəlləmə


5. Bəndin misradaxili bölgüsü:

Əzizim, bağda dara,



Zülfünü bağda dara,

Vəfalı bir dost üçün

Rumu gəz, Bağdad ara.”

A) 5+2 B) 4+3 C)3+4 D) 2+5 E) 4+4


6. Məzmununa görə qəsidənin növləri göstərilən cərgə:

1.qəzəl 2.rübai 3.minacat 4.nət

5.qitə 6.mədhiyyə 7.fəxriyyə

A) 3,4,6,7 B) 1,2,3,5 C) 3,4,5,7



D) 1,3,5,6 E) 2,4,5







Dostları ilə paylaş:
1   2   3   4   5   6   7
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə