54.l İngilis-Əfqan müharibəsi və nəticələriXIX əsrin 30-cu illərin əvvəllərində Böyük Britaniya kapitalist sənayesi yüksək inkişaf səviyyəsinə çatdı. Ölkənin daxili və xarici siyasətində üstün mövqeyə malik ingilis burjuaziyası yeni ərazilər və müstəmləkə bazarları və xammal mənbəyi ələ keçirməyə səy göstərirdi. Geniş ərazi və əhali potensialına malik Hindistan ingilisləri artıq qane etmirdi. Bu dövrdə Orta Şərqdə siyasi vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi. İngilislər tərəfindən müharibəyə təhrik edilən İranın məğlubiyyəti Cənubi Qafqazın tam olaraq Rusiya təsir dairəsinə keçməsinə gətirib çıxardı. Müharibədən sonra ingilis kəşfiyyatı rus-iran münasibətlərinin pozulmasına çalışırdı. Fətəli şah və Abbas Mirzəni Türkmənçay müqaviləsinin şərtlərini pozmağa təhrik edirdi. Müharibədən sonra soyuqlaşmış rus-iran münasibətlərindən istifadə edən ingilislər 1832-1834-cü illər ərzində Hindistandan İrana ingilis zabitlərinin yeni kontingentini və müxtəlif hərbi vasitələri gətirdi.. İran şahı Məhəmməd Azərbaycan valisi olub əvvəlki İran siyasətindən köklü fərqlənən xarici siyasət yürütmədi. Sadəcə onda Rusiya meyli sezilməkdə idi (İngilis zabitlərini ölkədən qovmuşdu).Əfqanıstan Orta Şərqdə geosiyasi cəhətdən vacib məntəqədə yerləşir. Böyük Britaniya bu baxımdan Əfqanıstanı ələ keçirmək uğrunda mübarizəyə başlayır. Orta Asiyada Rusiyanın uğurları Böyük Britaniyada narahatlıq doğururdu, çünki bu Hindistan üçün təhlükə yaradırdı. XIX əsrin 30-cu illərində Əfqanıstanın önəmi daha kəskin hiss edilməyə başladı. Əmir Dost Məhəmmədin müstəqil xarici siyasəti ingilislərin bu ölkədə ekspansionist siyasətini həyata keçirməsinə maneçilik törədirdi.1838-ci il iyunun sonunda Herata hücum zamanı Lahorda üçtərəfli müqavilə - Hindistanın general qubernatoru, Pancit Sinq və Şuc şahı arasında hərbi ittifaq imzalandı. İngilis hökuməti və Sinq maharacası Kabildə Şuc şahın hakimiyyətinin bərpasına kömək etməyi öhdələrinə götürürdülər. Əvəzində isə Şuc şah ingilis hökumətinin razılığı olmadan heç bir xarici dövlətlə əlaqələr qurmamağı, ingilis və sinqlərin ərazilərinə xarici dövlətlər tərəfindən hücum təhlükəsi yaranarsa, hərbi müqavimət göstərməyi öhdəsinə götürdü. Bu müqavilə ingilislərin Kabil üzərində protektoratlığının yaradılmasını ifadə edirdi. O dövrdə Herat ingilislərin əlində idi Müharibənin nəticələri. 1838-1842-ci illər ingilis-əfqan müharibəsi ingilislərin tam məğlubiyyəti ilə başa çatdı. İngilislər bu müharibəni dəhşətlə xatırlayırdılar. Döyüşlərin birində 16 minlik ingilis qoşunu pusquya düşmüş və 16 min əsgərdən yalnız bir nəfər (həkim Brayden) sağ qala bilmişdi. I İngilis-əfqan müharibəsində Böyük Britaniyanın əsas məqsədi bu ölkəni müstəmləkəyə və Ost-Hind Şirkətinin tabeliyində ingilis general-qubernatorunun idarə etdiyi əyalətə çevirmək idi. Hadisələr bir neçə dəfə Hindistanda tətbiq edilən ssenari üzrə inkişaf etdi, lakin ingilislər əfqanların milli xüsusiyyətlərini nəzərə almadan müharibəyə başladılar və bu da ekspedisiya korpusunun tam məğlubiyyətinə gətirib çıxardı.Məhz Əfqanıstan Böyük Britaniya üçün ən çətin keçilən ərazi oldu. Bu bölgədə Böyük Britaniya Rusiya diplomatiyasının kəskin münasibəti ilə qarşılaşdı. Bu bölgədə ingilislərin hərbi və siyasi mövqelərinin güclü olmasına baxmayaraq əfqanlarla müharibədə bu üstünlüyü həyata keçirmək mümkün olmadı. I İngilis-əfqan müharibəsi müstəqil əfqan dövlətinin yaranmasına, Böyük Britaniyanın bölgədə yürütdüyü ekspansionist siyasətinin müvəqqəti zəifləməsinə səbəb oldu. Müharibə nəticəsində Böyük Britaniya 18 mindən çox əsgərini, 25 mln. funt sterlinqini və Orta Şərqdəki nüfuzunu itirdi. II İngilis-əfqan müharibəsi – 1878-1880-ci illəri əhatə edir.