İtaliyanın birləşdirlməsinin I mərhələsi 1807- 1848-ci illəri əhatə edir. Bu dövrdə 1820-ci ildə Neopolitan krallığında, 1821-ci ildə isə Pyemontda ( Sardiniya) üsyan baş verdi və hər iki krallıqda çıxışlar Avstriya müdaxiləsi ilə yatırdıldı.1831-ci ildə Parma hersoqluğunda üsyan yatırdıldı.İtaliyanın birləşdirlməsinin II mərhələsi 1848-1849-cu illəri əhatə edir. Bu dövrdə iqtisadi böhran İtaliyada vəziyyəti ağır hala saldı. 1848-ci il yanvarın 12-də Palermoda (Siciliya) başlanmış inqilab tez bir zamanda bütün ölkəyə yayıldı. Yazda Lombardiya və Venesiya istisna olmaqla,bütün İtaliyada konstitusiya qəbul edildi. 1848-ci ilin martında Milanda üsyan baş qaldırdı. Beş gün sürən qanlı döyüşlərdən sonra avstriyalılar şəhərdən qovuldu. Buna baxmayaraq İtaliyanın şimal vilayətləri Avstriya hakimiyyəti altında qalmaqda idi. 1848-ci ilin martında Venesiyada üsyan baş verdi və respublika elan olundu. Lakin 1849-cu ilin avqustunda Venesiya üsyanı avstriyalılar tərəfindən yatırıldı. 1849-cu ilin əvvəllərində Romada baş vermiş üsyan nəticəsində Roma papası şəhərdən qaçdı və respublika elan olundu. Roma respublikasına qarşı Avstriya, Fransa, İspaniya və Neopolitan krallığının qoşunları çıxış etdi. İki ay müdafiə olunan romalılar nəhayət təslim olmağa məcbur oldular.1848-1849-cu illərdə Avstriya ilə I müharibə İtaliyanın birləşdirilməsinə növbəti cəhd kimi qiymətləndirilir. 1848-ci il martın 24-də Pyemont kralı (Sardiniya kralı) Karl Albert Avstriyaya müharibə etdi və ona Papa vilayəti, hər iki Siciliya krallığı da qoşuldu. Hərbi əməliyyatların gedişi İtaliyan dövlətlərinin koalisiyası üçün uğurlu olmadı. 1849-cu ildə bir sıra məğlubiyyətlər yaşayan Karl Albert oğlu Viktor Emmanuilin xeyrinə taxt-tacdan əl çəkib ölkəni tərk etdi. Roma və Venesiya respublikalarının süqutu İtaliya inqilabının məğlubiyyətini ifadə etdi. Sardiniya krallığından savayı digər italiyan dövlətlərində mütləq quruluşlar bərqərar oldu. İnqilabçılara qarşı izləmə və repressiyalar başlandı. Avstriya Lombardiya və Venesiyada hərbi rejim yaratdı. Roma papası IX Piyin xahişi ilə şəhərdə fransız qarnizonu yerləşdirildi. 1859-1870/1871-ci illər İtaliyanın birləşdirilməsininIII mərhələsi hesab olunur. İnqilablar yatırdıldıqdan sonra Sardiniya yeganə dövlət idi ki, burada konstitusion – parlament quruluşu qorunub saxlanılmışdı və bu ona İtaliyanın birləşdirilməsinə rəhbərlik etmək imkanı verdi. Avstriyaya qarşı Sardiniya və Fransanın müharibəsi zamanı və ardınca Haribaldinin qoşunlarının Siciliyayaya girməsi nəticəsində Sardiniya krallığına Lombardiya, Toskana, Romanya, Parma, Modena və hər iki Siciliya krallığı birləşdirildi. 1861-ci il martın 17-də Sardiniya parlamenti paytaxtı Turin olmaqla müstəqil İtaliya krallığının yaradıldığı elan olundu. Sardiniya krallığının baş naziri Kamilio de Kavur İtaliyanın birləşdirilməsi prosesinə müsbət impuls vermək üçün islahatlar keçirdi. Bunlar aşağıdakılar idi:- Avropa dövlətləri ilə ticarət müqavilələri bağladı;- gömrük tariflərini aşağı saldı;- sənaye inkişaf etdirildi, şosse və kanallar çəkildi, irriqasiya qurğuları yaradıldı;- Avstriyanı Lombardiya və Venesiyadan qovmaq üçün və onların Parma və Modena ilə birlikdə Sardiniya krallığına birləşdirilməsi üçün Böyük Britaniya və Fransanın dəstəyini qazanmağa çalışdı. Buna nail olmaq üçün o Rusiyaya qarşı müharibəyə (Krım müharibəsi) belə girdi. 1858-ci ildə Kavur Avstriyaya qarşı çıxış etmək haqda III Napoleonla razılığa gələrək gizli müqavilə bağladı. Razılığa görə, Fransa və Sardiniya Avstriyanı Lombardiya və Venesiyadan qovmalı, Sardiniya Vyana konqresinin qərarlarına görə ona verilmiş Savoyya və Nitsanı Fransaya qaytarmalı idi. Məlumdur ki, müharibədə Avstriya məğlub oldu və imzalanmış sülhün şərtlərinə görə Avstriya Lombardiyanı III Napoleona güzəştə getdi, Venesiyanı isə özündə saxladı. III Napoleon vəd etdiyi kimi Lombardiyanı Sardiniya kralına verdi. Lombardiyanın ardınca 1860-cı ilin martında Sardiniyaya Toskana, Modena və Parma birləşdirildi.1861-ci ilin aprelində Kavurun gözlənilməz ölümündən sonra vahid İtaliya kralılığının yaradıldığı elan olundu. İtaliya krallığı konstitusiyalı monarxiya elan olundu və bununla da bütün İtaliya iki palatadan ibarət parlamentli dövlətə çevrildi. Sardiniyada hakimiyyətdə olan sülalə Savoyya sülaləsi İtaliyanın hakim sülaləsi oldu.1946-cı il ümumxalq səsverməsinə qədər İtaliyada monarxiya quruluşu mövcud oldu. Sardiniyanın İtaliyanın birləşdirilməsi yolunda növbəti gedişi Prussiya ilə ittifaqa girmək və Avstriyaya qarşı III müharibəyə (1866-cı il) başlamaq oldu. Bu müharibə yenidən Avstriyanın məğlubiyyəti ilə başa çatdı, Venesiya və Venesiya vilayətinin İtaliya krallığına birləşdirilməsi ilə nəticələndi. Fransada II imperiya süqut etdikdən sonra 1870-ci ilin yayında İtaliya ordusu Romaya daxil oldu və İtaliyanın birləşdirilməsi sona çatdı. 1870-ci ildə Papa vilayəti ləğv edildikdən sonra İtaliya krallığının paytaxtı Florensiyadan Romaya köçürüldü və 1871-ci ildə Roma birləşdirilmiş İtaliyanın paytaxtı elan edildi. İtaliyanın birləşdirilməsi zamanı iki əsas vəzifə yerinə yetirildi: ölkənin şimal-şərq hissəsi Avstriya ağalığından azad olundu və milli dövlət yaradıldı. Bu proses geniş xalq kütlələrinin və Sardiniya krallığı hökumətinin birgə səyləri nəticəsində uğurla başa çatdı.