1.Çoxmənalılıq haqqında məlumat. Çoxmənalılığın əmlə gəlməsi



Yüklə 299 Kb.
səhifə38/45
tarix01.01.2022
ölçüsü299 Kb.
#103351
1   ...   34   35   36   37   38   39   40   41   ...   45
Uyuşma idiomlar

Uyuşma idiomlar birləşmə idiomlardan fərqli olaraq bu birləşmənin birinin tərəfi həm mənsubiyyət şəkilçisi qəbul edə bilir, həm də bunların arasına başqa sözlər daxil ola bilir. Məsələn, baş girləmək- başını girləmək- başını bir təhər girləmək vəs.

Uyuşma idiomlar tərkibindəki sözlərin sərbəstliyi və müxtəlif qrammatik vasitələrlə əlaqələnməsi onları birləşmə idiomlardan fərqləndirir.

Uyuşma idiomların birləşmə idiomlardan bir fərqidə ondan ibarətdir ki, uyuşma idiomların tərkibində olan sözlərin başqa sözlərlə əvəz edilməsi ilə müxtəlif mənalı bir çox uyuşma idiomlarını əmələ gətirmək olur. Məsələn, ürəyi bulanmaq- ürəyi boşaltmaq, ürəyi qalxmaq vəs.

Uyuşma idiomlarının ekvivalentliyi əsasən fellərə xasdır.

Uyuşma idiomların formalaşması istiqaməti aşağıdakılardır:

1.Adlıq və qeyri- müəyyən təsirlik hallı bir ismin fellə birləşməsi yolu ilə: fikir aparmaq vəs.

2.Mənsubiyyət şəkilçili bir ismin və ya III növ təyini söz birləşməsinin fellə birləşməsi yolu ilə: yolu düşmək vəs.

3.Yerlik və çıxışlıq halda olan bir ismin fellə birləşməsi yolu ilə: xatirdə saxlamaq- xatirdən çıxarmaq vəs.


İbarələr

Birləşməni təşkil edən sözlərin müəyyən hissəsinin məcazi, digər hissəsinin isə həqiqi mənada işlənməsi nəticəsində yaranan obrazlı birləşmələr ibarə adlanır: dəmir iradə, şirin dil. Bu xüsusiyyətə malik idiomların özləri də ( baş üstə, göz üstə) eyni zamanda idarədir.

İbarələrin tərkibində olan sözlərin biri digərini daha da qüvvətləndirmək, canlandırmaq üçün işlədilir və məcazi məna ifadə etdiyindən, ondan ayrıla bilmir.

Müasir Azərbaycan dilində bir çox ümumi xarekter daşıyan ibarələr vardır ki, bunlara ən çox danışıqda təsadüf olunur.

İbarələr idiomatik və predikativ olmaqla iki yerə bölünür.

İdiomatik ibarələr idiomlardan ibarət olub, ən çox canlı danışıq dilində işlədilir: sən hara, bura hara vəs. İdiomatik ibarələrdə məcazi məna daha qüvvətlidir. İdiomatik ibarələr özü də 2 qismə ayrılır.

a) Adlarla fellərin birləşməsindən əmələ gələnlər.canım sənə söyləsin, canına and olsun.

b) Feldən başqa nitq hissələrinin birləşməsi ilə əmələ gələnlər: qədəmin mübarək, gözün aydın.

Predikativ idarələrdən bədii əsərlərdə surətləri səciyyələndirən zaman istifadə olunur. Öz quruluşu etibarı ilə predikativ ibarələr cümlə şəklində təşəkkül tapır.

Buyruq sizinkidir, adil hökmdar,

Sizdə ədalət də, fəzilət də var.

Bu yaltaqlığın idarəsinə işarədir.




Yüklə 299 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin