Çoxmənalılıq məfhumu altında sözün mürəkkəb semantik sistemə, onun əsas məna ilə yanaşı, bir neçə ikinci dərəcəli mənalara da malik olması nəzərdə tutulur. Məlumdur ki, sözün məcazi mənası onun ilkin mənası yəni kominativ mənası əsasında yaranır. Və beləliklə dildə başqa mənaların özəyi kimi çıxış edir.
Azərbaycan dilində sözlərin əksəriyyəti çoxmənalıdır.
Çoxmənalı sözlər vasitəsilə müxtəlif fikirlərin ifadəsi asanlaşır.
Dildə çoxmənalılığın rolu olduqca böyükdür. Belə ki, sözün semantikası genişləndikcə onun ifadəlilik imkanları da, qrammatik əlamətləri də artır və bunun nəticəsində başqa sözlərlə əlaqəsi də genişlənir. Sözdə çoxmənalılığın genişliyi onun leksik- semantik əlaqələrinin genişliyinə dəlalət edir. Sözün həqiqi və məcazi mənaları arasında uzaq və yaxın əlaqələrin olması zəruridir. Həmin əlaqələrin varlığı məcazların əmələ gəlməsinə imkan yaradır. Yalnız iki mənanın (həqiqi və köçürmə) mövcudluğu əsasında məcaz əmələ gəlir.
Sözün ilkin, həqiqi mənası mətnsiz aydındırsa onun əsil təbiəti, çoxmənalılığı, məcazi mənası cümlə vasitasilə, mətn çərçivəsində özünü büruzə verir.
Sözün müxtəlif xarekterli məcazi mənaları ola bilər. Bunlardan bir qismi ümumişlək olduğu halda, müəyyən bir qismi də situativ, fərdi mahiyyətə malikdir. Dilimizdə sabitləşmiş, hamı tərəfindən qəbul edilmiş və geniş şəkildə yayılmış məcazi məna sözün ümumişlək məcazi mənasıdır. Məcazi məna müəyyən konkret şəraitə uyğun yaranmışsa, ona situativ məcazi məna deyilir. Həmin məcazi məna sözün semantik quruluşuna daxil olmur və yalnız müəyyən şəxs tərəfindən bu və ya digər şəraitə uyğun işlənir. Situativ məcazi məna əsasən bədii üslubda işlənir.(Ordu üç qola ayrılmışdı. Ağacın qolu sınmışdı.)
Müasir filologiyada məcazın aşağıdakı növləri işlədilir: Metofora, metonomiya, epitet, alleqoriya, sinekdoxa, müqayisə, kinayə, təşbih, mübaliğə və s.
Dostları ilə paylaş: |