1.Çoxmənalılıq haqqında məlumat. Çoxmənalılığın əmlə gəlməsi



Yüklə 299 Kb.
səhifə7/45
tarix01.01.2022
ölçüsü299 Kb.
#103351
1   2   3   4   5   6   7   8   9   10   ...   45
Sözün məna tipləri: Sözlər cümlə daxilində leksik vahid kimi müxtəlif məna­lar­da işlədilir. Müəyyən qrammatik formalar qəbul edir və sintaktik funksiya daşı­yır. Hər bir əsas sözün leksik və qrammatik mənaları var, həqiqi və məcazi mənalarda işlə­dilir.

Leksik məna: Dil sisteminin müxtəlif hissələri bir-biri ilə qarşılıqlı şərtlənir və bir-birinə təsir göstərir. Leksik məna məfhum ifadə etməklə bərabər, emosional –ekspressiv məna və üslubi çalar da bildirir.

Tədqiqatçılar mənanın sözün adlandırdığı əşyaya, onun məfhumuna münasibətini müxtəlif şəkildə dərk edirlər. Sözün əsas vəzifəsi əşyanı, hadisəni adlandırmaqdır, ona görə də leksik mənanı müəyyənləşdirərkən ancaq dil amilləri (birləşmə bə sözün başqa sözlərə münasibəti) ilə məhdudlaşdırmaq olmaz. Birləşmə mənanın vacib göstəricisidir. Birləşmə göstərici olsa da, mənanın özü deyildir. O, sözün mənası nəticəsində yaranır. Məna sözün daxili cəhəti kim onun strukturuna daxildir, sözün səslənməsi isə onun maddi qabığı kimi çıxış edir. Bu yalnız mənanı ifadə etmək üçün deyil, həm də mənanı çatdırma vasitəsidir.

Əşyanın müəyyən əlamətinə əsasən verilən ad sözün əşyavi-məntiqi mənasını təşkil edir. Konret desək, dilin leksik tərkibinə daxil olan sözlərin vasitəsilə təklikdə ifadə olu­nan konkret məna sözün leksik mənası adlanır. Leksik məna sözün ilk və başlıca məna­sı­dır. Buna görə də hər bir sözün leksik mənası əsas və həlledicidir. Sözün leksik mənası sözün özünə nisbətən bir cür, əşyaya nisbətən isə başqa cür təzahür edir.

Leksik məna sözün özünə nisbətən konkret və fərdidir. Yəni hər bir leksik məna bu və ya digər sözə məxsusdur. Bir sözün leksik mənası digər sözün leksik mənasından konkret və ayrıca bir leksik əlaqədar olmasına görə fərqlənir. Məsələn, qarpız, yemiş, xiyar və s. Bu sözlər bostan bitkiləri olmalarına görə ümumiləşdirilsə də, bunlar ayrı-ayrı əşya, kon­kret məfhumla bağlı olmalarına görə seçilir. Onlar fərqləndirici mənalar ifadə edir.

Leksik mənada sözün adlandırdığı əşya və hadisələrin bütün əlamətləri yox, ancaq həmin dildə danışan xalqın diqqətini özünə cəlb edən ayrı-ayrı əlamətlər əks olunur.

Əşyaya münasibətinə görə hər bir sözün leksik mənası konkret, xususi və fərdi olsa da, umumilik və mücərrədlik bildirir. Çünki hər hansı kitabı, hər hansı almanı, hər hansı qapını, həm də onların bütün növlərini, bütün kitabları, almaları, qapıları da başa düşü­rük. Sözün mənası məfhumların formalaşma vasitəsidir, onların formalaşmasına əsas baza yaradır. Məfhumlar isə obyektiv aləmə məxsus əşya və hadisələrin ən zəruri, mühüm cəhətlərini ümumiləşdirir.

Deməli, sözün leksik mənası həm konkret və fərdidir, həm də ümumidir.

Leksik mənanın mahiyyətini başa düşmək üçün əsas üç yol vardır: 1. leksik məna özündə substansiya və ya münasibəti təsəvvür edirmi? 2. məna sözün daxili və ya xarici cəhətidirmi? 3. sözün məzmunu ilə səslənməsinin əlaqəsi üzvi və ya mexanikidirmi?

Leksika məna dərketmə prosesində yarandığı üçün danışan və dinləyən tərəfindən eyni şəkildə başa düşülür. Bu mənanın yaranması obyektiv aləmə, onun şüurda əks olunması, səslənməsi və təfəkkürdə bu səslənmənin inikası etməsi ilə bağlıdır. Deməli leksik məna obyektiv aləmin maddiliyi, mənanın əşya ilə əlaqədar olması və ictimi xarekterliliyi ilə müəyyənləşir.

Leksik məna yalnız ifadə etdiyi məfhumla yox, həm də sözün aid olduğu nitq hissəsi ilə, işlədildiyi mətnlə, ekspressiv və üslubi çalarlarla müəyyən edilir. Leksik məna dildənkənar ekstralinqvistik və dil amilləri ilə müəyyənləşir. Leksik mənanı müəyyənləşdirən ekstralinqvistik amillər real gerçəkliyin əşyaları və onların məfhumlarıdır. Bunlar bir-biri ilə bağlıdır. Dil amilləri sözün leksik mənasının formalaşmasında iştirak edir. Belə əlaqə bir tərəfdən mətnlə, digər tərəfdən sözlərin müxtəlif assosiasiyası ilə bağlıdır.

Mənanın müəyyənləşdirilməsi bir tərəfdən sözün məna variantlarını təmin edir, onun leksik və qrammatik mənaları arasında aydın hüdud qoyur, digər tərəfdən çoxmənalı sözlərin leksik məzmunu ilə qrammatik formalarının sıx qarşılıqlı təsirini göstərir.

Leksik mənanı müəyyənləşdirərkən aşağıdakı amilləri nəzərə almaq lazımdır: 1. ictimai dərk edilməsini və mətndə işlədilməsini; 2. sözün müəyyən nitq hissəsinə aid olmasını; 3. müəyyən məna qrupuna aidliliyini; 4. başqa sözlərlə konkret leksik əlaqəsini; 5. onun sinoniminə semantik münasibətini; 6. sözün məna əlaqəsinin əsas tiplərinin modellərini; 7. müəyyən məfhumla əlaqədar olmasını; 8. müəyyən əşya qrupuna aid olma qabilliyyətini; 9. funksional amillərini; 10. sözdə fərqləndirici əlamətlərin olmasını.




Yüklə 299 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin