Kurs: I
Fənn: Ana dili
Müəllim: Fəxriyyə Cəfərova
ceferova.fexriyye@mail.ru
Mövzu 6: Terminlər və dialektizmlər
Plan:
1.Terminlər haqqında məlumat
2.Terminlərin yaranma yolları
3.Dialektizmlər və onların növləri
A. Qurbanov. Müasir Azərbaycan ədəbi dili. B. 2003
Müasir Azərbaycan dili 1 hissə B.2007
N. Abdulzadə. Azərbaycan dili (milli kurrikulum)
H. Həsənov. Müasir Azərbaycan dilinin leksikası B. 1988
S. Cəfərov. Müasir Azərbaycan dili B.1982
Dilin leksik tərkibindəki sözlər ümumi şəkildə iki cür qruplaşdırılır: adi sözlər, terminlər. adi sözlərin hamısı adi söz kimi işlənir. Məs:mən, sən. görmək, gəlmək və s. Lakin bəzi adi sözlər həm adi söz kimi, həm də termin şəklində işlənir. Məs: sifət, turşu, xəbər və s. Bu baxımdan daha konkret şəkildə dilimizdəki sözləri üç yerə ayırmaq olar:
1.Ancaq adi söz olanlar: yerimək, gəlmək, danışmaq və s.
2.Həm adi söz, həm də termin kimi işlənən sözlər:fel, səs, say, xəbər, sifət
3.Yalnız termin kimi işlənənlər: fonetika, qrafika
Termin elm, texnika, siyasət və mədəniyyətə aid xüsusiləşmiş mənalı söz və ifadələrdir. Bu cür xüsusiləşmiş mənalı söz və ifadələr müxtəlif elm sahələrinə aiddir. Terminlərin aid olduqları elm sahələrini nəzərə almaqla, onları belə qruplaşdırmaq olar:
1.Dilçiliyə aid terminlər: tamamlıq, fonetika, morfologiya, lirika, janr
2.Pedoqogika və psixologiyaya aid terminlər: metodika, üsul, didaktika
3.Riyaziyyata aid terminlər: faiz, kvadrat, kub
4.Hüquq sahəsinə aid terminlər: hakim, hüquq, məcəllə
Hər bir elm sahəsinin özünəməxsus terminologiyası vardır. Azərbaycan dilindəki terminlər quruluşina görə iki cür olur:
1.Bir sözdən ibarət olan terminlər:cümlə, zərf, isim, təyin
2.Bir neçə sözdən ibarət olan terminlər: ahəng qanunu, budaq cümlə, vasitəli nitq
Dilimizdəki terminlər işlənmə dairəsinə görə iki yerə bölünür:
1.Ümumişlək terminlər: su, çay, okean, dəniz
2.Xüsusi dar sahə terminləri: semantika, fonologiya, sinonim, antonim
Terminlər dilin lüğət tərkibində emosionallığa və obrazlılığa malik olmayan sözlərdir. Bu sözlər əsasən elmi üslub üçün xarakterikdir və asan yadda qalmaq üçün təkmənalı olmalıdır.
2.Termin üç prinsipi nəzərə almaqla yaranır, yıni termin yaradıcılığında üç cəhət diqqətdən qaçmamalıdır.
I.Təkmənalılıq
II.Azkomponentlik
III.Sinonimsizlik
Termin ona görə təkmənalı olmalıdır ki, o, elmi anlayışı əks etdirir. Azkomponentliyi ona görə lazımdır ki, onu yadda saxlamaq, mənimsəmək mümkün olsun. Ona görə sinonimsiz olmalıdır ki, bir anlayışı bir neçə terminin, yəni termin dubletlərin bildirməsi işi müəyyən dərəcədə çətinləşdirir. Terminlərin bir sıra səciyyəvi xüsusiyyətləri vardır. Həmin səciyyəvi xüsusiyyətləti aşağıdakı kimi qruplaş
dırmaq olar:
1.Dəqiqlik 7.Anlaşıqlıq
2.Konkretlik 8.Üslubi neytrallıq
3.Qısalıq 9.Azkomponentlik
4.Təkmənalılıq 10.Təkvarianrlılıq
5.Adlandırma 11.Sinonimsizlik
6.Sistemlilik 12.Ekspressivsizlik
13.İşlədilmə məhdudiyyəti
Terminlər sistemində dəyişiklik bir neçə səbəblə bağlı ola bilər:
1.Terminin ifadə etdiyi anlayışın xarakteri, yaxud həcmi dəyişə bilir. Bu zaman termin sistemində dəuişiklik yaranır.
2.terminin aid olduğu elm inkişaf edərsə, termin sistemində dəyişiklik yarana bilir. Bu göstərilən səbəblərlə bağlı olaraq termin köhnəlir və yenisi ilə əvəz olunur:
Köhnəlmiş termin Yeni termin
Sövtiyyat fonetika
Sərf morfologiya
Nəhv sintaksis
Sərf-nəhv qrammatika
Termin mənşəsə iki cür olur:
1.Milli terminlər: çaylaq, yarış, örüş, çimərlik.
2.Alınma terminlər: isim, poeziya, dekan, filologiya, morfologiya
Alınma terminlər üç qrupa bölünür:
1.ərəb və fars mənşəli alınma terminlət
2.rus mənşəli alınma terminlər
3.avropa mənşəli alınma terminlər.
Dilin lüğət tərkibindəki terminlərinümumişlək sözlərdən bir sıra fərqli cəhətləri var. Bunlar aşağıdakılardan ibarətdir:
1.Ümumişlək sözlər üçün ümumişləklik, termin üçün dəqiqlik, konkretlik səciyyəvidir.
2. Ümumişlək sözlər həqiqi, məcazi, frazeoloji mənalarda, termin isə ancaq həqiqi, nominativ mənada işlənir.
3. Ümumişlək sözlər dilin ümumi qaydaları ilə, termin isə şüurlu nəzarət, nizamlama prosesi ilə yaranır.
4. Ümumişlək sözlər fəal işlənir, termin isə məhdud sahə ilə bağlı olur.
5.Ümumişlək sözlərə modallıq, ekspressivlik xasdır, terminlərdə bu xüsusiyyət yoxdur.
6. Ümumişlək sözlər çoxmənalılığa, terminlər təkmənalılığa meyl edir.
7. Ümumişlək sözlərin ədəbi dildə sinonimi var, terminlər isə əsasən sinonimlikdən uzaqdır.
Azərbaycan dilinin lüğət tərkibinfəki terminlər terminoloji leksikanı yaradır. Azərbaycan dilinin terminoloji ieksikası XI-XIIIəsrdən yaranmağa başlayıbdır.
Dostları ilə paylaş: |