1.Çoxmənalılıq haqqında məlumat. Çoxmənalılığın əmlə gəlməsi



Yüklə 299 Kb.
səhifə8/45
tarix01.01.2022
ölçüsü299 Kb.
#103351
1   ...   4   5   6   7   8   9   10   11   ...   45
Qrammatik məna: sözlər qrammatik cəhətdən müxtəlif şəkillərə düşərək müxtəlif qruplar halında ümumiləşir. Bunula belə, həmin qruplara daxil olan sözlər bir-birində qrammatik cəhətdən fərqlənmir. Məsələn, dinləyir, danışır, yazır, pozur, oturur və s. Bu fellər bir-birindən leksik mənalarına görə fərqlənən, müxtəlif məfhumları yada salan xüsusi fərdiləşmiş mənalı sözlər kimi dərk olunur. Lakin bunlar qrammatik cəhətdən bir-birindən seçilmir. Onlar ümumiləşmiş bir məna ilə, abstrakt məfhumla bağlıdır. Bu sözlərin hamısı bir qrammatik zamanı-indiki zamanı bildirir. Qrammatik məna dil sistemində qrammatik vasitələrin fəaliyyət göstərməsi nəticəsində yaranır və əsasən formal vasitələrlə ifadə olunur.

Bu məna sözlər arasındakı müxtəlif münasibətləri aşkara çıxarır, məsələn, “tovuz” sözü leksik mənasına görə quş növünü bildirir, qraqmmatik mənasıma görə isə tovuz quşlar qrupuna aiddir. Qrammatik məna söz, söz birləşməsində və cümlədə konkret forma alır. Sözün hər cür konkretlikdən ayrılmış şəkildə ifadə olunan ümumiləşmiş mənası qrammatik məna adlanır.

Sözlər öz luğəvi mənalarını saxlamaqla müxtəlif şəkillərə düşür, məsələn, baş, ev, başın üstü və s. Burada “baş” sözü müxtəlif formalarda işlənsə də, öz lüğəvi məna­sını mühafizə edir. Sözlər qrammatik cəhətdən müxtəlif qruplarda birləşərək ümumi­ləşir. Onların qrammatik mənaları konkret yox, ümumiləşmiş mənada işlədilir.

Qrammatik məna nitqdə sözlər arasındakı ümumi əlaqələri müəyyənləşdirməyə, eyni tipli sözlərin bütöv bir qrupuna aid etməyə, leksik mənanı tamamlamağa, bir kateqoriya daxilində bir qrammatik mənanın digər qrammatik məna ilə qarşılaş­dır­mağa xidmət edir.

Qrammatik mənanın növləri: 1. əşya və hadisələr arasında obyektiv əlaqələri bildirir; əşya və əlamətlərə münasibət (isim, adlıq hal,tək cəm) qrammatik vasitələrlə ifadə olunur. 2.Gerçəkliyə aid deyilmiş fikirləri obyektiv məzmun əlaqəsi. 3. Deyilənlərə danışanın münasibəti.

Qrammatik məna danışanın hər cür subyektiv münasibətini yaratmır. Yalnız informasiya üçün zəruri, kommunikativlik üçün aktual olan münasibətləri bildirir: müəyyənlik və qeyri müəyyənlik. Bu mənalar, əvvəla, nitq hissələri ilə hüdudlanır, ikinci morfoloji, sintaktik vasitələrlə ifadə olunur. Sözlərin sırası, xüsusi sintaktik konstruksiyalar, həm də bəzi modal sözlər və ədatlar qrammatik mənanın yaranmasında xüsusi rol oynayır. Ifadə vasitələri içərisində intonasiya xüsusi yer tutur.

Qrammatik nöqteyi- nəzərdən sözün mənası iki cəhətdən məhdudlaşa bilər: morfoloji və sintaktik.

Morfoloji cəhətdən qrammatik məna sözdəyişmə formalarının kəmiyyətinə, sintaktik cəhətdən isə sintaktik əlaqə üsuluna, cümlə üzvlərinin vəzifəsinə görə məhdudlaşır.




Yüklə 299 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin